"Çoxlu maye qəbul edin, yaxşı yatın, məşq edin, Günəş altında olun, dostlarınızla zaman keçirin, sağlam qidalanın və pozitiv düşünün..."
Bütün insanları şərti olaraq iki qrupa bölmək olar: İl ərzində bir neçə dəfə ağır xəstələnən və qış mövsümündə yüngül soyuqdəymə keçirib sonra bir neçə gün ərzində normaya düşənlər.
İkinci qrupa mənsub olmaq üçün həyatımıza bir neçə vacib vərdişlər daxil etməliyik.
Bu barədə İsrailin məşhur "Detaly" nəşri yazıb.
Qış mövsümü bir çoxumuzda təkcə Yeni ilin gəlişi ilə deyil, həmçinin zökəm, öskürək, boğaz ağrısı və yüksək hərarətlə assosiyasiya edilir. Əgər siz özünüzü geniş yayılan mövsümi xəstəliklərdən qorumaq istəyirsinizsə və həyatınızda dəyişikliklərə hazırsınızsa, bir neçə effektiv metodla buna nail olmaq olar.
Beləliklə, demək olar ki, heç vaxt xəstələnməyən insanların 10 sağlam vərdiçi aşağıdakılardır.
1. Onlar çoxlu su içir
Düzgün içki rejimi haqqında danışanda tez-tez gün ərzində 8 stəkan su içmək tövsiyyə edilir. Biz kifayət qədər maye qəbul edəndə orqanizmimiz funksiyalarının yerinə yetirilməsi və müxtəlif xəstəliklərlə mübarizə üçün yanacaq alır. Az maye qəbul etdikdə (bir çoxlarımız məhz belə edir) orqanizmin əksəriyyət hissələrinin işi pozulur ki, bu da qış mövsümündə ziyanlıdır.
2. Onlar qripə qarşı peyvənd alır
Bir çoxları düşünür ki, qrip yüngül xəstəlikdir. Təəssüf ki, qripdən hər il insanlar dünyasını dəyişir. Hətta siz keçən il peyvənd almışsınızsa, onu müntəzəm olaraq yeniləmək lazımdır. Çünki peyvənd mövsümi xarakter daşıyır, ştamlar isə zamanla dəyişir. Buna uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı bu il üçün aktual olan peyvənd istehsalına can atır.
3. Onlar yaxşı yatır
Almaniyadan olan tədqiqatçılar sübut edib ki, immun sisteminin yuxu zamanı patogen bakteriyalara qarşı potensial qabiliyyəti sahəsində yuxu bəzən mürəkkəb xəstəliklərin ən yaxşı dərmanı ola bilər. Eyni zamanda, pis və kifayət qədər olmayan yuxu çəkiyə, əhval-ruhiyyəyə və ümumi ovqata təsir edir. Həm də bu,təkcə növbəti gün üçün yox, ümumilikdə belədir. Və bu müxtəlif xeoniki xəstəliklərə gətirib çıxarır. Qışda sutkada 8 saat yatmağa çalışın. Onsuz da qaranlıq tez düşür.
4. Onlar əllərin yumağı unutmur
Sizə neçə dəfə deyiblər ki, yeməkdən əvvəl, tualetdən sonra və ya günün ortasında sağlam qalmaq üçün əllərinizi yumaq vacibdir? Son illərin tədqiqatlarına inansaq, dəsmallar, xüsusilə mətbəxdə istifadə etdiyimiz dəsmallar evdə xəstəliyin dəhşətli yayıcısıdır. Yadda saxlayın ki, bakteriyaların təsirindən yaranan əlamətlər çoxsaylıdır. Buraya dəri infeksiyaları, həzm sisteminin və digər daxili sistemlərin zədələnməsi daxildir.
5. Onlar müntəzəm məşq edir
İdman, xüsusilə biz yaşa dolanda, immun sisteminin möhkəmlənməsi üçün həlledici əhəmiyyətı malikdir. O cümlədən onlar virusla yoluxan hüceyrələri məhv edən T-limfositlərə və anticism əmələ gətirən B-limfositlərə cavabdehdir. Biz yaşa dolduqca onların istehsalı azalır, ona görə də orqanizm daxili və xarici təhlükılərə daha həssas olur. Tədqiqatlar həmçinin göstərib ki, mülayim və intensiv fiziki aktivlik yuxarı tənəffüs yollarının infeksiyası, o cümlədən soyuqdəymə riskini azaldır.
6. Onlar küçədə daha çox vaxt keçirir
D vitamini immun sistemin normada saxlanması, virus xəstəliklərdən qorunmaq və sümüklərin möhkəmliyi üçün vacibdir. Bu vitamini Günəşin altında olarkən almaq olar. Çünki o, orqanizmə dəridən keçir. D vitaminin çatışmazlığını həmçinin qida əlavəlırin köməyi ilə, amma qan analizi verdikdən və həkimlə məsləhətləşdikdən sonra doldurmaq olar. İstənilən halda Günəş altında hər gün 10 dəqiqə (dəri tipinizdən aslı olaraq) və həftədə 4 dəfədən az olmayaraq olmaq lazımdır.
7. Onlar dostları ilə vaxt keçirir
Tədqiqatlar göstərib ki, bir çox hallarda dostlar möhkəm sağlamlıq üçün hətta ailədən də vacibdir. O cümlədən insanlar məlumat verir ki, onların dostluğu böhran keçirəndə, fiziki cəhətdən zəifləyirlər. Dostluq möhkəm və dəstəkverici olarsa, insanlar daha sağlam olur. Görünür, bunun səbəbi ruhun hərarətində və ya birlikdə deyib- gülməkdədir. İstənilın halda çalışın həyatınız boyu özünüzü ruhunuza uyğun insanlarla əhatə edəsiniz.
8. Onlar isti qida qəbul edir
Ənənəvi toyuq bulyonu və isti xörəklər orqanizmə qış nazaslıqlarının öhdəsindən gəlməyə və onu möhkəmləndirməyə kömək edəcək. Onlardan istifadə edilməsi həm bədənimizi isidəcək, həm də qan dövranı və bütün orqanizmin işini stimullaşdıracaq. Müxtəlif növ çaylardan istifadə edin. İsti içkilərə istiot və digər faydalı ədviyyatlar əlavə edin. Hətta bir fincan şəkərsiz və keyfiyyətli kakaodan hazırlanan isti şokolad fayda verəcəkdir.
9. Onlar sağlam qidanı seçir
Meyvə-tərəvəz, taxıl məhsulları, paxla və qoz orqanizmi lazımi vitaminlər, minerallar və antioksidantlarla zənginləşdirməyə kömək edəcək. Bundan başqa, həzm sistemi və bağırsağın fəaliyyətini yaxşılaşdıran məhsullardan yoqurt, həmçinin narıncı tərəvəzlərdən boranı və şirin kartof qışda müxtəlif xəstəliklərlə mübarizədə effektiv vasitələrdir.
10. Onlar pozitiv düşünür
Yox, biz iddia etməyəcəyik ki, həyat yalnız müsbət emosiyalardan ibarətdir və gözəldir. Lakin əgər daha çox yaxşı şeylərə köklənsəniz, daha çox yaşayıb, sağlam və xoşbəxt olacaqsınız. Xüsusilə qışda hav tez qaralanda pozitiv düşünmək o qədər asan deyil. Depressiya isə bizi hər addımda izləyə bilər. Sadəcə olaraq, yadda saxlayın ki, bizim ruhi sağlamlığımız fiziki sağlamlığımıza çox böyük təsir göstərir. Ona görə də ehtiyac duyduyunuz halda yardım üçün psixoterapevdə müraciət edin.
Healty Walla
Moderator