O həm də Beynəlxalq Ekologiya Elmləri və Həyat Təhlükəsizliyi Akademiyasının müxbir üzvüdür.
Əslən Masallı rayonu Qızılağac kəndindən olan Məmmədli Tariyel Feyruz oğlu,
1941 ci il aprel ayının 20 - də Bakıda doğulub.
1957 ildə orta məktəbi,
1960 da "Bakı Balıq Sənaye Texnikomu"nu bitirdikdən sonra
1961-ci ildə Sovet Ordusu sıralarında xidmətə yollanıb.
1964 -cü ildə əsgəri xidməti başa vurduqdan sonra vətənə - Azərbaycana qayıdıb.
Əmək fəaliyyətinə "balıqşünas -usta " kimi başlayan Tariyel Məmmədli qısa bir zamanda kollektivin dərin hörmət və rəğbətini qazanaraq təhsilini davam etdirmək məqsədili ilə Moskvaya üz tutur.
1969-cu ildə Moskva Yeyinti Sənaye İnstitutundan "ixtioloq" ixtisası ilə məzun olur.
29 yaşından Çaykənd Qızılbalıq Artırma Zavodunda direktor işləmişdir.
1981 ildə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasını bitirir.
1973/77 illər "Cənubi-Xəzər Balıqartırma və Mühafizəsi İdarəsi"ndə Rəis müavini,
1977/88 illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında "Balıqçılıq Təsərrüfatı İdarəsinin" Rəisi və Azərbaycan Respublikası "Balıq Sənayesi İstehsalat Birliyi"nin Baş Direktoru vəzifələrində çalışır.
1988-1992-ci illər Respublika Aqrar Sənaye Komitəsinin Mərkəzi Balıqçılıq Labaratoriyasının Rəsi və sonradan həmin təşkilatın Vitse Prezidenti kimi fəaliyyət göstərir.
1992/93 illərdə Bakı Gəmi Təmiri Zavodunun Baş Direktoru və eyni zamanda Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun Direktor müavini vəzifələrində işləyib.
1993-2001ci illər "Azərbalıq Dövlət Konsern"in Sədr müavini və sonradan Sədrin birinci müavini vəzifələrində təşkilatçılıq və rəhbərlik fəaliyyətini davam etdirir.
2001 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifələrdə çalışan Tariyrel Məmmədli ölkəmizin ictimai siyasi həyatında siyasi xadim (deputat) kimi Xəzəryanı dövlətlərin Baş Asambleyasında ölkəmizin maraqlarının daimi müdafiəçisi kimi çıxış etmişdir.
Xidmətlərinə görə bir neçə orden və medulla təltif olunub.
2000 ci ildən Beynəlxalq Ekologiya Elmləri və Həyat Təhlükəsizliyi Akademiyasının müxbir üzvüdür.
55 elmi əsərin müəllifidir.
Təqdim etdi: Şahin Musa oğlu