Yaxud, 20 min manatlıq korrupsiya, bir az da 5 manatlıq qəzetlər barədə
(Cenub.az-ın araşdırması)
Sovet dövründə qiyməti 2 qəpiyə, tirajı 15-16 minə çatan, həftədə 3 dəfə çıxan rayon qəzetləri hazırda nə vəziyyətdədir?
Tək-tük rayonları çıxmaq şərti ilə yaxın vaxtlara qədər İcra hakimiyyətlərinin təsisçiliyində olan qəzetlər ayda 1, ən yaxşı halda 2 dəfə, 300-500, ən babatı 1000 tirajla çıxırdı.
MEDİA haqqında yeni qanun “hökümət” qəzetlərinin qarşısına əməlli-başlı sədd çəkib. Belə ki, Paytaxtda nəşr edilən 10 qurumun qəzeti
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
9. Azərbaycan Milli Elmlər Akademiyası
10. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
qurumlar istisna olmaqla, göründüyü kimi, heç bir rayonda İcra hakimiyyəti qəzet təsisçisi ola bilməz.
Yəni, icra hakimiyyəti başçılarının təsisçisi olan qəzetlər artıq onların himayəsindən çıxır. İcra hakimiyyətlərinin bu qəzetlər üçün abunə kompaniyası aparması da artıq yersiz görünür.
Bundan əlavə redaksiya müstəqil fəaliyyət göstərmək istəyirsə, yeni MEDİA haqqında Qanuna görə aşağıdakı şərtlərə əməl etməlidir:
1. Öncə Nizamnaməsində dövriliyini dəqiq bildirməlidir. Belə ki, Gündəlik qəzetdirsə, həftədən 5 dəfədən az çıxa bilməz. Günaşırı qəzetdirsə, ən azı həftədə 3 dəfə çıxmalıdır. Həftəlik qəzet adından göründüyü ən azı həftədə bir dəfə, Aylıq qəzet isə ayda bir dəfə çıxmalıdır. Buna əməl etməyən redaksiya qanunu pozmuş olur və cəzalana, yəni həmin qəzet bağlana bilər.
Qəzetin 1 buraxılışı 1 nömrə sayılır. Qəzetin nömrə sayında 1-2 yazıb, yəni 2 nömrəni guya birlikdə buraxmaq görüntüsü yaratmaq qanuna ziddir. Təəssüf ki, “Yeni Həyat” qəzeti bəzən 3 sayı birdən buraxır. (Şəkilə bax. “Yeni Həyat” qəzeti 14 oktyabr 2022-ci il)
Hazırda bəzi rayon qəzetləri açıq-aşkar qanun pozuntularına yer verir.
“Yeni həyat” qəzeti bu sahədə pis nümunədir.
Ayda 1 dəfə çıxan qəzetin tirajı təxminən 400-dür.
Ölkədə 0,50 qəpikdən baha qəzet olmadığını nəzərə alsaq, “Yeni həyat” qəzetinin də 0,50 qəpikdən baha deyil. Deməli 6 ayda 6 dəfə çıxan qəzetin 6 aylıq abunəsi 6 manatdır.
Bəs realda necədir? Yəni, “Yeni həyat”ın 6 aylıq abunəsi 30 manatdır.
Tiraj 404 X 30 manat = 12.120 ?!!
6 ayda 6 qəzet X 0,30 qəpik = 3 manat X 404 = 1212 manat.
Deməli, abunəçilərdən 12.120 manat pul topla, amma abunəçiyə ən yaxşı halda 1212 manatlıq qəzet ver. Qısası, abunədən 6 ayda 10, 1 ildə 20 min qazan. Qəzet də qəzet ola. Detalları sadalasaq, rüsvayçılıq göz deşər.
Bəs redaksiya işçilərinin əmək haqqı nə qədərdir?
4 işçi, 1-i texniki, 3-ü jurnalist. Hər birinin əmək haqqı minimum əmək haqqı miqdarında. Baş redaktorla texniki işçinin əmək haqqında fərq yoxdur.
Bu jurnalistlər öz hüquqlarını qoruya bilmir, xalqın hüququnu necə qoruyar? “Bəs, tərəqqipərvər bəşəriyyət, dünya birliyi buna necə dözür”
Yeri gəlmişkən, Qəzetin saytı da “sıfır” səviyyəsində.
Burada deyirlər e, kimi aldadırsan, zalım balası? Bir ildə 20.000 manat yeyinti!
Hələ başsağlıqlaından, ad günü təbriklərindən, elanlardan, sifarişli yazılardan gələn pulları demirik.
Cenub.az. Zahir Əmənov