Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Camaat qiymətlərin ardınca qaçmaqdan yorulub: gəl, bu şəraitdə dolan


Bugünkü qiymətlərlə yaşamaq üçün nə qədər pul lazımdır?

Ərzaq qiymətləri artmaqda davam edir, gəlirlər azalır, əhalinin əksəriyyətinin maaşı isə hələ də yerində sayır. Bu il qiymət artımı həddi hansı səviyyəyə çatıb? Bu məsələ ilə bağlı rəsmi məlumatlar cəmiyyətdə inflyasiya ilə bağlı təsəvvürlərdən çox fərqlidir.

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu ilin yekunlarına görə Azərbaycanda orta inflyasiyanı 13,7% səviyyəsində proqnozlaşdırır. Mərkəzi Bankımızın qiymət artımı ilə bağlı gözləntiləri 12,5-12,8 səviyyəsindədir. Müstəqil iqtisadçılar isə inflyasiyanın rəsmi məlumatlardan bir neçə dəfə yüksək olduğunu düşünürlər. Dəqiq neçə olduğunu, ölkədə bu cür məlumatların alternativ mənbələrinin olmaması səbəbindən heç kim bilmir.

Bahalaşma son illərdə müzakirə olunan mövzulardan birinə çevrilib. Üstəlik, praktikada əhalinin hiss etdiyi qiymət artımının səviyyəsi statistika qurumunun hesabladığı rəqəmlərlə uzlaşmır. AYNA-nın söhbətləşdiyi paytaxt sakinlərinin sözlərinə görə, bahalaşma ərzaq dükanlarının rəflərini işğal edib və ən çox istehlak edilən məhsulların qiyməti demək olar ki, hər gün artır.

Aybəniz Quliyeva: “Şəhərin iri pərakəndə satış şəbəkələrinin birində məhsulların qiyməti digərlərindən qat-qat bahadır. Bunu etmək asan olmasa da, adətən yaxınlıqda başqa ərzaq mağazaları olmadığından, ora getməməyə çalışıram. Amma təəssüf ki, qiymətlər hər yerdə qalxır. Son iki ildə bir çox məhsullar ikiqat bahalaşıb, mənim 700 manat maaşımla dolanmaq artıq mümkün deyil”.

Əhalinin orta təbəqəsi arasında qiymət artımı çox kəskin hiss edilir. Eyni zamanda, belə demək mümkünsə, şəxsi hiss olunan qiymət artımı hər kəs üçün fərqlidir və bu, istehlakın səviyyəsi və xüsusiyyətləri, gəlir və daha çox bu kimi bir çox subyektiv amillərdən asılıdır. Burada vahid yanaşma ola bilməz, çünki insanların müxtəlif ehtiyacları var: bəziləri üçün otel tətilləri bahalaşıb, bəziləri üçün isə sadə məhsullar üçün kifayət qədər pul yoxdur. Ailənin istehlak səbəti də istehlak qiymətləri indeksinin səbətindən fərqlənir. Axı, hər kəsin öz istehlak malları və xidmətləri var.

Və əgər gənc ailə, istehlak xərclərinin əsas maddəsinə əlavə olaraq, uşaq yeməkləri, oyuncaqlar və digər uşaq xərclərini də təmin edərsə, başqa birində - yetkin uşaqlar və başqa bir xərc maddəsi var. Əgər uşaq qidalarının qiyməti qalxarsa, birinci ailənin hiss etdiyi inflyasiya ikincininkindən yüksək olacaq və əksinə, təhsil haqqı artarsa, ikinci ailə daha böyük inflyasiya hiss edəcək.

Bizim vəziyyətimizdə qiymət artımı, demək olar ki, bütün mal və xidmətlərin çeşidi üçün bahalaşdığından, şəxsi istəklərindən asılı olmayaraq əhalinin bütün kateqoriyaları tərəfindən hiss olunur. Şəxsi inflyasiyanı bir kənara qoysaq, azərbaycanlıların minimum istehlak səbəti çox güclü qiymət dalğalanmalarına məruz qalıb. Bu isə  baxmayaraq ki, bizdə işləyən əhalinin yaşayış minimumu 210 manat, minimum əmək haqqı 270 manat olan vəziyyətə baş verir. Bir qayda olaraq, işəgötürənlər bu məbləğdən bir qədər çox pul ödəyirlər - ölkədə median (orta) əmək haqqı 420 manatdır.

Həmsöhbətolduğumuz vətəndaşlarlar deyirlər ki, bir çoxlarının maaşları bir neçə ildir qaldırılmır və artırsa belə, müavinətlər inflyasiya ilə müqayisədə çox cüzidir.


Ofis işçisi Afət Rəsulova: “Yeddi il əvvəl əlimə 500 manat alırdım, indi maaşım vergilər çıxmadan 800 manata yaxındır. Beləliklə, mən 300 manat çox alıram və bu 7 ildə qiymətlər, hiss etdiyimə görə, 3-4 dəfə artıb”.


İqtisadçı ekspert Rauf Qarayev hesab edir ki, qiymətlərin cilovlanmadığı indiki şəraitdə azərbaycanlıların minimum əmək haqqı real yaşayış minimumundan üç dəfə aşağıdır. Onun hesablamalarına görə, indiki qiymət səviyyəsində minimum əmək haqqı ən azı 3 dəfə yüksək olmalıdır.


“Əmək qabiliyyətli insanın yaşaması üçün ayda ən azı 900 manat lazımdır. Bizim qiymətlərimiz daim artır və hökumət bu barədə düşünməlidir”, - deyə Qarayev bildirib.


İqtisadçı Xalid Kərimli isə o fikirdədir ki, az-çox normal yaşamaq üçün bir vətəndaşa 1200 manata qədər pul lazımdır, 5 nəfərlik ailə isə ayda ən azı 3000 manat qazanmalıdır.


Maraqlı məqam: minimum əmək haqqını hesablayarkən biz adətən adambaşına düşən xərclərin “tavanından” çıxış edirik. Amma axı, insanlar öz nəslini taleyin rəhminə buraxan ekzotik növ deyillər. Azərbaycan ailələrinin böyük əksəriyyətinin uşaqları var və onların da geyindirilməsi, yedizdirilməsi, müalicə olunması, təhsil alması lazımdır. Bütün bunlar ölkəmizdə uşaqlar üçün pulsuz deyil.


Valideynlərdən birinin, adətən atanın minimum əmək haqqının 300 manatı hesabına ailəni dolandırmalı olduğu şəraitdə uşaq dünyaya gətirməklə bağlı təbii proseslərə biz artıq susuruq. Minimum əməkhaqqı ilə bağlı indiki yanaşmalarla, yəqin ki, yaşamaq ancaq ona tövsiyə olunur ki, bu məbləği özünə xərcləsin. Ailənin qalan hissəsi ilə nə edəcəyinə dair isə tarix susur.


Müəllif: Tanya Samsonova






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10