Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onlarla qadın Masallıda işlə necə təmin edildi?


Siz Masallı Qadın Resurs Mərkəzinin reallaşdırdığı layihələri ilə tanış olsanız bu suallara asanlıqla cavab tapacaqsınız.

Öncədən sizi məlumatlandıraq ki, bu resurs mərkəz 2016-ci ilin əvvəllərində yaradılıb.  BMT-nin layihəsi çərçivəsində fəaliyyət göstərən bu quruma BMT-nin müşaviri, eksperti, layihə rəhbəri  Gülarə xanım Hümmətovadır. Masallıda isə bu qurumun koordinatoru  Masallı şəhər 1 saylı məktəbində rus dili müəllimi işləyən, təşəbbüskarlığı və işgüzarlığı ilə seçilən Nərgiz xanım Muxtarova rəhbərlik edir.  Respublikanın 10-a yaxın rayonunda fəaliyyət göstərən və ya göstərmiş bu mərkəzlər əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin,  BMT-nin İnkişaf Proqram, Ailə,  Qadın və  Uşaq  Problemləri Üzrə Dövlət Komitəsinin maliyyə və texniki dəstəyi ilə  qadınların məşğulluğu, onların biznesə cəlb olunması nəticəsində layihələri reallaşdırırlar.

Masallıdakı Qadın Resurs Mərkəzi hələ ki, cənub bölgəsində bu tipli yeganə qurumdur.

Bu mərkəzin əsas işi nədir?

Deməli, Qadın Resurs Mərkəzi təşəbbüskar qadınlardan maraqlı ideyalar toplayır. Həmin ideyalara uyğun olaraq bu qadınlar üçün təlim kursları təşkil edir,  bu təlimlərdə maariflənən qadınların   biznes planlar təqdim edib. Bu təlimlər 4 dəfə təşkil edilib, hər təlimdə 100-150 nəfər iştirak edib, 51 qadın qalib olub. Qaliblər müvafiq avadanlıqlar əldə edir, onlar üçün ofislər təşkil olunur. Müsabiqə qalibi olanlar da ətrafına işçilər, şagirdlər və könüllülər toplayır. Həmin avadanlıqlar da müsabiqə qaliblərinə  təmənnasız və 2 illik müqavilə ilə verilir. 2 ildən sonra isə verilmiş avadanlıq onların mülkiyyəti olur.

Bəs Masallı Qadın Resurs  Mərkəzi hansı layihələri gerçəkləşdirib və neçə nəfər qadını işlə təmin edib?

 Düzünə qalsa, bu təşkilatın son 3 ildə gördüyü işləri sadalasaq, böyük bir siyahı alınar.  Xatırladaq  ki, “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsi çərçivəsində  “Öz biznesini başla və inkişaf et”   təlimlərinə 100-dən artıq qadın  qatılır.  Masallı şəhərində (İsgəndərli, Dadva və Digah da daxil) 20, Hişgədərə kəndində 11,  Ərkivan qəsəbəsində 7, digər 10-a yaxın kənddə - Mahmudavar, Türkoba, Xanalion, Lürən, Viləş, Həsənli, Köhnə Alvadı, Təzə Alvadı kəndlərində qadınların şəxsi bizneslərini yaratmaq üçün onlara avadanlıq verilib, digər zəruri şərait yaradılıb.

Həmin siyahını sizə təqdim edirik:

Masallı şəhəri üzrə

  1. Aygün XəlilovaQuşçuluq - Masallı
  2. Günel Ağazadə - Fitnes saglamlıq Mərkəzi - Masallı
  3. Həqiqət Miriyeva - Dərzi - Masallı
  4. Kövkəb Məmmədova - Dərzi - Masallı
  5. Mehmanə Əliyeva_- Kosmetika satışı – Masallı
  6. Rəqibə Cahangirova- Dərzi - Masallı
  7. Tünzalə Abuzərova - Xalçaçılıq - Masallı
  8. Ülkər Hüseynov - Antik qablar satışı - Masallı
  9. Rəşadə ƏsədovaDərzi (inkişaf) - Masallı
  10. Samirə Nəzərova - Şiriniyyat - Masallı
  11. Sədaqət Şahverdiyeva - Quşçuluq - Masallı
  12. Səhrabə Məmmədova - Dərzi (inkişaf) – Masallı
  13. Zəhra Əliyeva - Çörəkçi - Digah
  14. Təranə Məmmədova - Dərzi- Dadva
  15. Nərmin Dəyyanova - Xinayaxdı mərasiminin təşkili - Dadva
  16. Nəsirova Məlahət- dərzi - Dadva
  17. Nuranə Qasımova - Gözəllik salonu (inkişaf)- Dadva
  18. Nənəqiz ƏhədovaÇörəkçi - Dadva
  19. Rəmziyyə Əliyeva - İngilis dili kursu - Dadva
  20. Firəngiz Məmmdova -Heyvandarlıq -isgəndərli

 

Ərkivan qəsəbəsi

 

  1. Abikə Babayeva - Dərzi- Ərkivan
  2. Sevda Məmmədova - Dərzi - Ərkivan
  3. Fəridə Ağaəliyeva - Dərzi - Ərkivan
  4. Çimnaz CagangirovaToxuculuq -Ərkivan
  5. Pərvanə Rəsulova- Çəltik - Ərkivan
  6. Aygün CəlilovaDuluzçuq - Ərkivan
  7. Sevil Əliyeva - Quşçuluq - Ərkivan

Hişgədərə KƏNDİ

  1. Elnarə Əliyeva - Heyvandarlıq - Hişkədərə
  2. Havanisə Qafarova - Heyvandarlıq - Hişkədərə
  3. Kəbirə Əliyeva - Heyvandarlıq - Hişkədərə
  4. Leyla CəfərovaHeyvandarlıq - Hişkədərə
  5. Zəminə CəfərovaHeyvandarlıq - Hişkədərə
  6. Sülfiyyə Ağayeva Heyvandarlıq - Hişkədərə
  7. Günel İsrafilova - Quşçuluq - Hişkədərə
  8. Nəfisə İsrafilovaQuşçuluq (ördək) - Hişkədərə
  9. Şeyda Əhədova Qoyunçuluq - Hişkədərə
  10. Natavan Fətullayeva - Gözəllik salonu - Hişkədərə
  11. Rəhilə Əhədova - Quru meyvə - Hişkədərə

 

Digər kəndlər

  1. Göyçək Ələsgərova - Heyvandarlıq (ABAD- Sosiska- kolbasa istehsalı) - Təzə Alvadı
  2. Məlakə Məmiyeva- Heyvandarlıq - Köhnə Alvadı
  3. Nazilə Hüseynova - Arıçılıq - Həsənli
  4. Gülər Abiyeva – komputer Mərkəzi - Viləş kənd
  5. Heyranə Səfərova – Qoyunçuluq - Lürən
  6. Nadirə Heydərova - Dərzi – Türkoba
  7. Xalidə Dadaşova - Dərzi - Ninalov
  8. Gülyanaq Məmmədəliyeva – Heyvandarlıq- Mahmudavar
  9. Dilrubə Xanəliyeva – Heyvandarlıq - Miyankü

Layihədə 47 qadının adı əks olunsa da, 4 qadın 2 dəfə müsabiqə qalibi olub. Yəni ki ümumilikdə Masallı qadınları 51 dəfə müsabiqəni qalib kimi tərk ediblər.

Siyahıdan da göründüyü kimi, 10 nəfərdən  artıq qadın dərziliklə məşğul olmaq üçün şans qazanıb. Onlara tikiş maşını,  peşəkar oberlok  və ütü verilib. 10-a yaxın qadın isə heyvandarlıq və quşçuluqla məşğul olmaq üçün  imkanı əldə edib.

Daha orijinal layihələr reallaşdıranlar da var – fitnes-sağlamlıq mərkəzi, ingilis dili-kompüter kursları, xalçaçılıq, xınayaxtı mərasimi və sair. Bu layihələrddən isə ən maraqlısı “Qadın dünyası” adlananMode Evi-dir ki, bu barədə yaxın vaxtlarda əlavə məlumat verəcəyik.

Göründüyü kimi iş yeri hamının düşündüyü kimi zavod və  fabriklərdən, digər təsərrüfat meydanlarında deyil, elə siz də öz ocağınızda, lap yaxınlığınızda da  biznes qurub, həyatınızı dəyişə bilərsiniz. Təki maraqlı ideyalarınız, təşəbbüsləriniz olsun.

Bütün bu işlərin reallaşmasında koordinator Nərgiz  Muxtarovanın böyük zəhməti olsa da, çox fərəhlidir ki Masallı  rayonun İcra başçısı Rafil Hüseynov da bu işlər hərtərəfli dəstək göstərir.  Onu da xatırladaq ki, N. Muxtarova həm də “Masallıda Qadınların Sosial İnkişafına   dəstək”İctimai Birliyinin sədridir.

 

Son vaxtlar rayonda qadın təşkilatlarının sayının artması olduqca sevindiricidir. Dilarə Əliyeva adına Qadın hüquqlarını Müdafiə Təşkilatın cənub bürosunun Masallıda açılması, rəhbərlik etdiyim “Ümidim sənsən” Sosial İnkişafa Yardım  İctimai  Birliyinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçib fəaliyyətə başlaması, eləcə də “Ümidim sənsən” xeyriyyə icmasının son bir ildə keçirdiyi silsilə təbirlər bu ugurlar sırasındadır.

İnanırıq ki, rayon rəhbərliyi, iş adamları, ziyalılar rayonda vətəndaş cəmiyyətinin formalaşması, qadınların biznesə daha uğurla cəlb olunması üçün ciddi addımlar atacaqlar

Qeyd: Masallı Qadın Resurs Mərkəzi Masallıdakı Heydər Əliyev Muzeyinin 2-ci mərtəbəsində yerləşir. Mərkəzin  daha geniş fəaliyyəti ilə “Nərgiz Muxtarova”“Masallı Qadın Resurs Mərkəzi” adlı Facebook səhifəsində tanış ola bilərsiniz

Yazını hazırladı:  “Ümidim sənsən” Sosial İnkişafa Yardım İçtimai Birliyinin  sədri Fidan Abbaslı.

Əlaqə: e-mail- Fidan.Abbaslı[email protected], Facebook- Fidan Abbaslı

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10