Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

YARDIMLI 1859-CU İLİN SİYAHIYAALINMASINDA


Ən çox əhali Köryədi (879 ), Ərus (Арусь;  839), Cirimbel (403), Şiləvəngə (361), Odurakəran (291), Əliabad (Али-абадь;  286) və Ovrada (276), ən az əhali isə Buravar, Germi, Ovçin (15 ), Savaşqadu (16), Deman (19), Murzavar (28), Bərcan (31), Ələdin (46), Çanaqbulaq (56), Suka (59) və Mamulğanda (61) qeydə alınmışdır.

 1859-cu ilin siyahıyaalınması zamanı indiki Yardımlı rayonu Bakı quberniyasının Lənkəran qəzasının tərkibində olmuşdur. Siyahıyaalınma zamanı indiki Yardımlı rayonu ərazisində 51 yaşayış məntəqəsi qeydə alınmışdır. Rus dilində tərtib olunmuş siyahıyaalınmada adları qeyd olunan yaşayış məntəqələri aşağıdakılardır:

  1. Astanlı (Астанлу): - ev 23, əhali 177 nəfər (kişi 75, qadın 102).
  2. Avur (Аурь):  - ev 21, əhali 177 (k 90, q 87).
  3. Arvana (Арвань/Арвана):  - ev 11, əhali 87 (k 44, q 43).
  4. Buramet (Бурамета):  - ev 14, əhali 114 (k 57, q 57). 
  5. Buravar (Бураварскiй):  - ev 14,kişi 15, qadın - ?
  6. Bərcan (Борджань):  - ev 6, əhali 31 (k 19, q 12).
  7. Bozayran (Базагерань/Бозагарань):  - ev 12, əhali 138 (k 72, q 66).
  8. Cirimbel (Джерiмбель):  - ev 40, əhali 403 (k 208, q 195). 
  9. Çanaqbulaq (Чанаг-булагь):  - ev 7, əhali 56 (31, q 25). 
  10.  Deman (Диманскiй):  - ev 1, kişi 19, qadın - ?
  11.  Dəryavar (Дарьявар ):  - ev 21, əhali 140 (k 70, q 70).
  12.  Eçara (Ичара):   - ev 17, əhali 178 (k 92, q 86).
  13.  Əliabad (Али-абадь):  - ev 24, əhali 286 (k149, q 137).
  14.  Əliabad (Алiабадскiй):  - ev 1, kişi 25, qadın - ?
  15.  Ərus (Арусскiй):  - ev 1, kişi 25, qadın - ?
  16.  Ələdin (Аладинь):  - ev 8, əhali 46 (k 24, q 22).
  17.  Əsədabad (Асад-абадь):   -    -  -   -  -  -   -  -  -   -  -  - -   -  -  -
  18.  Ərus (Арусь):   - ev 85, əhali 839 (k 421, q 418).
  19.  Ərsilə (Арсели/Арсилэ):  - ev 13, əhali 140 (k 72, q 68). 
  20.  Əvcədulan (Авчадулань):  - ev 10, əhali 58 (k 30, q 28).
  21.  Germi (Герминскiй):  - ev 1, kişi 15, qadın - ? 
  22.  Gavran (Гаврань/Орагарань):  - ev 9, əhali 84 (k 42, q 42).
  23.  Horonu (Горань/Хурани):  - ev 41, əhali 250 (k136, q 114).
  24.  Jiy (Джи/Джiй):  - ev 14, əhali 116 (k 57, q 59).
  25.  Keçələkəran (Кечеле-керань):  - -   -  -  -   -  -  -   -  -  -   -  -
  26.  Kürəkçi (Куракчi/Кюрекчi):  - ev 23, əhali 249 (k 132, q 117).
  27.  Köryədi (Курьяды):  - ev 82, əhali 879 (k 444, q 435).
  28.  Limar (Лимарь ):  - ev 16, əhali 126 (k 76, q 50). 
  29.  Ləzran (Лязрань/Лазрань):  - ev 30, əhali 179 (k  149, q 130). 
  30.  Movare (Мовареь):  - ev 13, əhali 123 (k 65, q 58).
  31.  Mamulğan (Мамулгань ):   - ev 8, əhali 61 (k 35, q 26).
  32.  Murzavar (Мурзаварь/Марзаварь):  - ev 3, əhali 28 (k 10, q 18).
  33.  Milya (Миля):   - ev 38, əhali 248 (k 139, q 109).
  34. Ovçin (Овчинскiй):  - ev 1, kişi 15, qadın - ? 
  35.  Ovra (Овра):   - ev 23, əhali 276 (k 143, q 133). 
  36.  Ostayır (Остаирь):  - ev 21, əhali 213 (k 105, q 108). 
  37.  Odurakəran (Ордугерань/Одурагрань):  - ev 23, əhali 291 (k 147, q 144).
  38.  Ökü (Окю):   - ev 14, əhali 152 (k 78, q 74). 
  39.  Pirembel (Перембель/Пирембель):  - ev 29, əhali 267 (k 132, q 135).
  40.  Pyardi (Пярду/Гилярь ):  - ev 41, əhali 263 (k 177, q 86).
  41.  Peştəsər (Пештасарь):  - ev 20, əhali 225 (k 116, q 109).
  42.  Suka (Сука):   - ev 5, əhali 59 (k 32, q 27). 
  43.  Savaşqadu (Саваш-гядугскiй):  - ev 1, kişi 16, qadın - ?
  44.  Soxulcan (Согулджань):  - ev 24, əhali 232 (k 122, q 110).
  45.  Şələ (Шаля/Шэлэ):  - ev 14, əhali 121 (k 69, q 52).
  46.   Şiləvəngə (Шилэвэнга/Шеливенгэ):  - ev 46, əhali 361 (k 183, q 178).
  47.   48. Şovut (Шоуть), Telavar (Тилаварь):  - ev 39, əhali 434 (k 236, q 198).   

49.Uzyu (Узю/Юзю/Изю):  - ev 15, əhali 132 (k 78, q 54).

50. Vərgədüz (Варгазо/Варгазу):  - ev 13, əhali 138 (k 79, q 59).

51. Zevin (Зовинь):  - ev 34, əhali 282 (k 157, q 125).

     Siyahıda ən çox ev Ərus (Арусь;  85), Köryədi (82), Şiləvəngə (46), Horonu, Piyardi (41), Cirimbel (40) və Milyada (38), ən az ev isə Buravar, Deman, Əliabad (Алиабадскiй), Ərus (Арусскiй), Germi, Ovçin, Savaşqadu (1), Murzavar (3), Suka (5), Bərcan (6), Çanaqbulaq (7), Ələdin (8) və Mamulğanda (8) qeydə alınmışdır.

    Ən çox əhali Köryədi (879 ), Ərus (Арусь;  839), Cirimbel (403), Şiləvəngə (361), Odurakəran (291), Əliabad (Али-абадь;  286) və Ovrada (276), ən az əhali isə Buravar, Germi, Ovçin (15 ), Savaşqadu (16), Deman (19), Murzavar (28), Bərcan (31), Ələdin (46), Çanaqbulaq (56), Suka (59) və Mamulğanda (61) qeydə alınmışdır.

     Siyahıda Əsədabad və Keçələkəran kəndləri ilə bağlı heç bir qeyd aparılmamış, Buravar, Deman, Əliabad (Алiабадскiй), Ərus (Aрусскiй), Germi, Ovçin və Savaşqadu kəndləri haqqında məlumatda isə qadınların sayı göstərilməmiş, Şovut və Telavarın evlərinin və əhalisinin sayı bir yerdə verilmişdir. 

     Siyahıda adı qeyd olunan 51 kəndin yalnız birində - Ərusda (Арусь) obyekt – 1 məscid göstərilmişdir. 

    Siyahıyaalınmada adları göstərilən Buramet, Ələdin, Germi, Limar, Movare, Murzavar, Milya, Ovçin, Ovra, Suka, Soxulcan, Savaşqadu, Əsədabad və Uzyu kəndləri hazırda mövcud deyildir. Soxulcan adına 1968-ci ilə aid inzibati-ərazi bölgüsündə rast gəlinir. Əsədabad kəndi Daşkənd və Ünəş kəndləri ilə birlikdə 13 iyun 2008-ci ildə ləğv edilərək Yardımlı şəhərinə birləşdirilmişdir. Uzyu (bəlkə də Üzü) çox güman ki, indiki Çay Üzü və Dağ Üzü kəndlərindən birinin əvvəlki adı olmuşdur. Siyahıyaalınmada bir Astanlı göstərilsə də, hazırda rayon ərazisində iki Astanlı – Yuxarı və Aşağı Astanlı kəndləri vardır.

     Siyahıyaalınmada Ərus (Арусскiй; Арусь) və Əliabad (Али-абадь; Алiабадскiй) adında iki kənd göstərilsə də, bu kəndlər arasında başlıca fərq onların adlarının rus dilindəki yazılışındadır. Pyardi kəndi kimi qeyd olunan kənd isə indiki Gliar kəndidir.

     Maraqlıdır ki, siyahıyaalınmada Yardımlının yaşayış məntəqəsi kimi adına rast gəlinmir. Rayon mərkəzi sayılan Yardımlı 1963-cü ildə qəsəbə, 2008-ci ildə isə şəhər statusu almışdır. 

    Qeyd edək ki, Yardımlı rayonu hazırda inzibati cəhətdən 88 yaşayış məntəqəsindən (1 şəhər, 87 kənd) ibarətdir və ərazisi 667 kv.km-dir.

 

 Cenub.az                                                                                      İldırım ŞÜKÜRZADƏ,

 Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

    

          

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10