Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Guya məhərrəmlikdə şadlıq mərasimləri keçirmək olmaz”


Artıq Məhərrəm ayının ikinci günündəyik.

Bu ayda Məhəmməd peyğəmbərin (ə.s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid olunublar.

Buna görə də ölkədə əksəriyyət şadlıq mərasimlərini təxirə salır.

Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Peyğəmbərimiz (s.ə.s) ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirib

İlahiyyatçı Əkrəm Həsənov bu ayla bağlı ölkədə doğru olmayan inancların olduğunu deyir:

“Allah-Təala Qurani kərimdə Məhərrəm ayının haram ay olduğunu buyurub. Haram ay o deməkdir ki, bu ayda müharibə eləmək, özünə zülm etmək olmaz. Bu ay günahlardan qorunma ayıdır. Günahlardan qorunmağı maksimum dərəcədə də çalışmaq lazımdır.

Bu ay haqqında islam dininə uyğun olmayan anlayışlar var. Guya məhərrəmlikdə şadlıq mərasimləri keçirmək olmaz. Bunlar məhərrəmlik ayında qadağa deyil. Bizdə də bunu adət kimi oturuşub. Bir çox hadisələr məhərrəm ayına təsadüf edib. İmam Hüseyn (ə.s) də məhərrəm ayında şəhadətə qovuşsa da, bu ay yas ayı sayılmır.

Əkrəm Həsənov gündəlik həyatda bəzi işlərdə kişilərlə qadınların bir yerdə olmasına islam dini baxımdan belə şərh verib:

“Bu ayda toy eləməyə gəldikdə bizim cəmiyyətimiz müasir cəmiyyətdir. Bunu qadınlarla kişilər ayrı eləmək mümkün deyil. Kütlə bunu hazırda qəbul eləmir. Toyun necə keçirildiyinin dini və yaxud da qeyri-dini keçirilməsinin fərqi yoxdur. Burada əsas amil evlənməkdir.

Sırf islam dini baxımından qadınlarla kişilərin bir yerə olması düzgün deyil. Biz türk cəmiyyətiyik. Bu, mənim şəxsi fikrimdir. Bu fikrimi kim necə istəsə, elə də qəbul edə bilər. Qadınlarla kişilər ayrı olmasına gəldikdə avtobusda metroda qadınlarla kişilərin bir yerdə olmasını necə izah edək?! Biz islamı təbliğ eləsək, bu necə olacaq, necə ayrılacaq. Yəni, qadınlar üçün onda gərək xüsusi avtobuslar olsun...

Yaslarda qadın kişi məclisləri ayrı olsa da, toylarda belə deyil. Bunu artıq hamı belə qəbul edir. Bunu təbliğ eləmək də mümkün deyil. İslamı qəbul edənlər, yaşayanlar çoxdur. Amma indiki cəmiyyətimizdə islamı bütün həyatına qatmağı təbliğ etmək mümkün deyil. Buna hələ hazır deyilik. Bu, həm vətəndaşlarımızın qəbul elədiyi görüş, həm də mənim şəxsi fikrimdir. Bu fikrimi kim necə istəsə, elə də qəbul edə bilər”.

İmamət İSMAYILOVA






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10