Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

18 rayonun gəncləri Lənkərana niyə toplaşmışdı?






Yaxud MAGİYA öz dayanıqlığını necə saxlaya bilir?

Müstəqilliyimiz bərqərar olandan bəri Lənkəranda 10-a yaxın ictimai birlik fəaliyyət göstərib. Onların içərisində öz dayanıqlığını qoruyan bir neçə təşkilat qalıbsa, onlardan biri də qısaldılmış adı “MAGİYA“ olan – “Maarifpərvərlik” Azərbaycan gənclərinin ictimai yardım assosiasiyası - ictimai birliyidir.
Birliyə bu sahədə böyük təcrübəsi olan Afiq Məlikov rəhbərlik edir.

Təşkilatın əsas gücü fəaliyyətində tam aşkarlığı nümayiş etdirməsi, müasir təcrübədən məharətlə faydalanması, eləcə də günün tələblərini layiqincə dəyərləndirməsidir.
Təşkilat son illər bir sıra maraqlı tədbirlərə imza atıb. Onlardan biri də bu il avqustun 10-da 13-dək 18 rayonun müsabiqə yolu ilə seçilmiş gənclərinin iştirakı ilə Lənkəranda keçirilmiş tədbirdir.
Oxucular üçün maraqlı olacağını nəzərə alıb təşkilatın təqdim etdiyi məlumatı sizinlə paylaşırıq.


“Məişət zorakılığına qarşı ictimaiyyət arasında profilaktik tədbirlərin təşkili”



MAGİYA ictimai birliyi cari ilin 10 avqust tarixindən etibarən 13 avqust tarixinədək Lənkəran şəhərində yerləşən AB Qala otelində (“Lənkəran Mehmanxana” ASC) “Məişət zorakılığına qarşı ictimaiyyət arasında profilaktik tədbirlərin təşkili” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 18 yaşayış məntəqəsindən (Bakı, Bərdə, Cəlilabad, Füzuli, Gəncə, Goranboy, Göyçay, İmişli, Lerik, Masallı, Oğuz, Saatlı, Sumqayıt, Şabran, Tovuz, Yardımlı, Yevlax, Zəngilan) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5000 (beş min) manatlıq maliyyə dəstəyi ilə 3 günlük təlim kurslarının keçirilməsinə başlamışdır. Təlim kurslarında 12 nəfər qız və 13 nəfər oğlanın iştirakı təmin olunmuşdur.

İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Elbəy Fətəliyev, təlimçi qismində isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.



Təlim kursunda işçi heyətlə iştirakçılar arasında məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində bir çox mövzuların: “Ailədaxili zorakılıq və ya məişət zorakılığı nədir? Kimlər məişət zorakılığının qurbanları hesab olunur? Ailədaxili zorakılığla əlaqədar BMT-nin və Avropa Şurasının statistik məlumatları, Azərbaycanda məişət zorakılığı ilə bağlı mövcud statistika – ailələrdə qadınlara qarşı zorakılıq səbəbindən baş verən ölüm və intihar halları və onların təhlili, Qadınlara qarşı zorakılığla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistikası və onun təhlili, Ailə-məişət münaqişələri zəminində baş verən cinayət hadisələrinin statistikası və onların təhlili, Məişət zəmnində baş verən ailədaxili zorakılıq və onun səbəblərinin araşdırılması, Məişət zəminində baş verən ailədaxili zorakılıq və onun fəsadlarının qiymətləndirilməsi, Məişət zəminində baş verən ailədaxili zorakılıq və onun həlli yollarının müzakirəsi, Məişət zorakılığına məruz qalan şəxslərin müdafiə vasitələri, Məişət zorakılığı törədən şəxsin əməlində məsuliyyətin müəyyən edilməsi və qanunun tətbiqi, Məişət zoraklığına məruz qalan şəxslərin hüquqlarının təmin olunması üsulları, Ailədaxili zorakılıq və onunla mübarizə: milli və beynəlxalq təcrübə, Məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində hüquqi savadsızlıq probleminə qarşı maarifləndirmə və məlumatlandırma kampaniyalarının təşkili mexanizmləri, Azərbaycanda ailədaxili zorakılıqla mübarizə sahəsində aidiyyəti qurumların və QHT-lərin yeri və rolu” müzakirə olunması və 3 günlük təlim sessiyaları ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından geniş istifadə olunmasını planlaşdırır.



Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi, gənclərə məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində müvafiq təqdimatların təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, 01 iyul – 01 oktyabr 2018-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi məişət zorakılığı və onun formaları ilə mübarizə sahəsində gənc jurnalistləri və digər ictimai fəal gəncləri təlimatlandırmaq və onların vasitəsilə ictimaiyyətin geniş maarifləndirilməsini və məlumatlandırılmasını həyata keçirtməkdən ibarətdir.

Əlavə edək ki, təlim kurslarından öncə Azərbaycanın 37 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bakı, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gəncə, Goranboy, Göyçay, İmişli, Kəlbəcər, Qəbələ, Lerik, Lənkəran, Masallı, Naxçıvan, Oğuz, Saatlı, Sabirabad, Siyəzən, Sumqayıt, Şabran, Şəki, Şəmkir, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab) 83 nəfər gənc ərizəçi (46 oğlan və 37 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (13 oğlan və 12 qız) təlimdə iştirak etmək hüququ qazanmışdır.


MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi
Əlaqə vasitələri:
(0 50) 381 62 43, [email protected], İlkin Muradov
Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 42 00,
İnternet səhifəsi: www.epsaya.az, E-mail: [email protected]






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10