Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xəndəkdən tapılan uşaq||--||


Xəndəkdən tapılan uşaq||--||

Müəllif daha sonra Masallıdakı olayı xatırlayıb və maraqlı bir təkliflə çıxış edib. O yazır:

Ancaq hər il Azərbaycanda nə qədər körpə belə faciə ilə üzləşib salamat qalır? Qışın soyuğunda, yayın istisində zibilliklərə, insan ayağı dəyməyən yerlərə, kol-kosluqlara, kanallara atılıb qətlə yetirilən uşaqların hesabını aparan varmı? Çətin ki. Bizim statistika idarəsinin başı yalanlar uydurmağa qarışıbdır. Bəs bunun çarəsi nədir? Bu uşaqları xilas etmək mümkün deyilmi?

Mümkündür. Özü də nəsə kəşf eləməyə ehtiyac yoxdur, sivil dünya çoxdan bunun yolunu tapıbdır. Dünyanın bir çox ölkələrində - ABŞ, Fransa, Çexiya, Polşa, Yaponiya, İtaliya, Macarıstan və sairə ölkələrdə �bebi-box� (hərfi tərcüməsi �uşaq qutusu�dur) adlanan üsuldan istifadə edilir. Keçmiş SSRİ məkanında ilk �bebi-box�lar keçən il Latviya və Litvada açılıb. Ümumiyyətlə, atılmış körpələr üçün bəzən �həyat pəncərəsi� adlandırılan bu üsulun tarixi 12-ci əsrə, Vatikana qədər gedir. Nədir bu bebi-box?

Şəhərdəki hər hansı bir xəstəxananın bir divarında pəncərə açılır. Pəncərənin içərisində uşaq qoymaq üçün qutu olur. Körpəni atmaq istəyən ana onu həmin qutuya qoyur. Sonra avtomatik olaraq pəncərə bağlanır, uşaq isə qutudan rahat şəkildə aşağıdakı çarpayıya düşür. Bu zaman 2 dəqiqə ərzində siqnalizasiya işə düşür, dərhal tibb heyəti gəlib uşağı götürür. Uşağı qutuya qoyandan sonra pəncərə ona görə avtomatik bağlanır ki, uşağa bayırdan hər hansı təhlükə olmasın. Əgər ana körpəni atmaq fikrindən daşınsa, qutunun üstündə yazılan nömrəyə zəng etməlidir. Bu sistemdə əsas məsələ uşağı zibilliyə və qəbiristanlığa atmaq fikrindən anaları daşındırmaqdır. Çünki ana körpəni pis yerə atırsa, cinayət məsuliyyəti daşıyır, �bebi-box�lar isə təhlükəsiz yerdir. Adətən belə qutuların yanında heç bir kamera-filan quraşdırılmır, uşağı atan valideyn tam anonim qalır. Gələcəkdə başqa valideyn də güvənsin deyə.

Sivil dünyada hər il nə qədər körpə beləcə xilas edilir, sağ qalır, dövlətin güvənliyi altında qorunur, sonradan qayğıkeş insanlara övladlığa verilir.

Azərbaycanda təcili olaraq �bebi-box�lar açılmalıdır. Özümüzü başını quma soxmuş dəvəquşu kimi aparmayaq, atılmış uşaqların xilası üçün bu olduqca vacibdir�. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10