Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xəyallarda olan kənd - Unuz.


Sovet-İran sərhədi həmin dövrdə faktiki mövcud olmadığından və əhali İrana keçdiyi bəhanəsi ilə sərhəd boyu kəndlərdə yaşayanlar 1947-ci ildən başlayaraq digər qonşu kəndlərə köçürülməyə başlanıldı. Astara rayonunun dağlıq ərazisində, İranla sərhəd boyu yerləşən Anbaran, Baxçalı, Armudlu, Çayağzı, Unuz, Təngəov, Novuştəru, Dilmədi və Siyov kəndlərinin sakinləri isə 1953-cü ildə digər rayonlara zorla köçürülmüşlər. Onlar Salyanın Qaraqşlı və Sarvan, Zaqatalanın kəndlərinə didərgin salınmış, onların övladları indi də bu rayonlarda yaşayırlar. 


Astara rayonu Unuz kəndi rayon mərkəzindən 27 kilometr aralıda, İranla sərhəddə yerləşən belə kəndlərdən biri idi. Həmin dövrdə bu kənddə 22 ev və 44 ailə yaşayırdı. 1947-ci ildə 12 günə srügün edilən kəndin əhalisinə 10 il sonra öz kəndlərinə qayıtmaq qadağası ləğv edilir. Lakin yerli dövlət orqanları və sərhədçilər bu qərara əməl etməyib əhalini öz kəndlərinə buraxmırlar. Müstəqiliyin ilk illərində nəhayət Unuz kəndinin sakinlərindən bir-neçə ailə kəndə qayıdır, lakin kənddə elementar həyat şəraitinin mövcud olmadığından onlar təkrar kənddən köçməyə məcbur olurlar. Hazırda Unuz kəndində 3-4 ailə yaşayır və bu ailələrdə isə 8-10 uşaq var.

Bu kənddə nəinki elektrik, qaz və telefon xətləri mövcud deyil, bura hətta radiotelevizya dalğaları belə gəlib çatmır. Əhali mövsümü maldarlıqla məşğuldur. Generatorlar və günəş batareyaları ilə elektrik enerjisinə olan tələbatlarını qismən ödəyirlər. Onların təhsil və səhiyyə problemləri isə Allahın ümidinə qalıb. 

Dağlar arasında yeləşən Unuz kəndinuin yüksəkliklərindən İran və Xəzər dənizi görünür. Hazırda ölkənin inzibat-ərazi bölgüsündə Unuz adlı kənd yoxdur. Bu kənddə yaşayanlar da digər kəndlərdə pasport qeydiyyatındadırlar. Kəndin ərazisi Hirkan Milli Parkına və dövlət yasaqlığına daxil edilib. Bu əraziyə sadəcə sərhədçilərin istifadə edə biləcəyi yolla getmək mümkündür. Buna görə də kəndə sərbəst girişə parkın əməkdaşları və sərhədçilər tərəfindən indi də maneələr yaradılır. Əgər heç bir maneə olmasa belə İstisu kəndindən ora atla 8 saata və piyada 1 günə gedib çıxmaq olar. Bir sözlə, kəndə getmək üçün yol yox, dağlardan və dərələrdən keçən, su və palçıqlı cığır mövcuddur.

Unuz kəndində yaşayan uşaqlar bir qayda olaraq təhsil ala bilmirlər. Hazırda kənddə yaşayan  8-10 uşağın ən yaxın - Zəngüləş kənd tam orta məktəbinə getməsi üçün 7-8 kilometr yol qət etməsi lazımdır. Zəngüləş məktəbinə gediş də yalnız at vasitəsilə mümkündür. 

Rəsmən möcvud olmayan, lakin faktiki ata-baba yurdlarında məskən salan bir-neçə ailənin yaşadığı, internetin, rabitənin, hətta torpaq yolun belə olmadığı Talış dağlarının ucqarındakı bu kənd sanki xəyallardadır...

Cenub.az Rabil Abidinov.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10