Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Video. Lerik. Vistən kəndi. Bu kəndin övladları 1300 nəfərdən bir az artıq olan yurdu necə şöhrətləndirir?


1 saat 46 dəqiqəlik “Vistən” filmi sizi çox şeylərdən agah edəcək?

Cenub.az təqdim edir:
Ərazisindən 2 çay axan bu kənd  19-cü əsrin sonlarında yaşamış,  Salyandan İran sərhəddinə qədər ərazinin Qazisi olmuş böyük islam alimi və təbibi Ağamir Mir İsmayılın, 16-cı əsrdə Lerikin Əmiri olmuş Əmir Əhmədin, məşhur futbolçu Nazim Süleymanovun və xalq artisti, tanınmış balabançı Əlixan Səmədovun boya-başa çatdığı kənddir.
Lerik şəhərinə yaxın bir ərazidə yerləşən Vistən 100-dən artıq kəndi olan Lerikin ən axar-baxarlı kəndlərindən biridir. Hazırkı mənbələrdə kəndin tarixi 12-ci əsrə qədər bildirilsə də, bir çoxları kəndin daha qədim tarixə malik olduğunu söyləyir. 

Bu kəndin əsasını Seyidlər təşkil edir. Mənbələrdə bildirilir ki, kəndə ilk məskunlaşan Seyyid Məhəmməd Bistami və onun övladları olmuşdur. Onlar bura İranın Ərdəbil şəhərindən köçmüşdür, Muhəmməd Bistaminin kökü isə İranın Bistam adlanan ərazisindədir və İmam Museyi Kazımın nəslindən hesab olunur. 

Vistən kəndi yaşayış üçün çox münbit ərazidir. Burada çoxlu bulaqlar və kəndin ərazisindən Lənkəran çayı kimi tanıdığımız böyük çay axır, digər kiçik çay isə kəndin tam mərkəzindən keçərək kəndi iki hissəyə ayırır.

Mötəbər sənədlərdə kəndin dahi şəxsiyyətləri haqqında məlumatlar çoxdur. Hələlik onlardan  2 nəfərin adını qeyd etmək istərdim.
Qədim  Vistəndə 15-ci əsrin sonları və 16 –cı  əsrin əvvəllərində yaşamış Əmir Əhməd Değıj ( və ya Dereği) adlı şəxs  lerikin indiki ərazisinin əmiri olmuşdur. 

Daha yeni tarixdə,  19-cü əsrin sonlarında yaşamış böyük islam alimi və təbib Ağamir Mir İsmayıl bu kəndin sakinidir. Əldə etdiyimiz məlumata görə  bu şəxs indiki Salyandan iran sərhədlərinə qədər ərazinin rəsmi nümayəndəsi, Qazisi olmuşdur. Səlahiyyət sahibi kimi ona  möhür də verilmişdir. 

 Bu şəxs Qarabağ ərazisi ilə də sıx əlaqələr qurmuşdur. Mir İsmayıl Axund haqqında araşdırmalar  tam başa çatdıqdan sonra onun ömür yolu haqqında daha geniş söhbət açacağıq.

Bu şəxs  “Elm qapısı” adlanan Nəcəf şəhərində 25 il təhsil alıb,  dövrünün yüksək elmi dərəcəsinə yiyələnmişdir.

Vistənin əhalisi 1344 nəfərdir.
Kəndin 2 şəhidi var
Son müharibədə 74 vistənli iştirak etmişdir

Filmə təqribən 2000 manat vəsait xərclənmişdir.

Visitən haqqında filmin başa gəlməsində böyük zəhməti olan, “Dirçəliş  və Tərəqqi” partiyasının sədr müavini, əslən vistənli olan Mais Hüseyn deyir ki,  orta məktəb illərindən kəndimiz haqqında film çəkmək arzusunda olmuşam. Xüsüsən, kəndin günbəgün boşaldığını hər dəfə müşahidə edəndə  bu tarixi daha çox əbədiləşdirmək istəmişəm.
Nəticədə sinif yoldaşlarım Fariz Ramazanov və Rusiyada yaşayan digər sinif yoldaşım Ruhid Tarverdiyevlə  birlikdə filmin çəkilişinə başladıq. Bir neçə həftə ərzində ətrafımıza 70-80 vistənli toplaşaraq daha böyük işlər görməyə bizi ruhlandırdı.  “Vistən” İctimai Birliyi yaratdıq.  Birliyimizin artıq 200-ə qədər üzvü var, Hörmətli ziyalımız Elşad Babayev bu birliyin sədridir , 12 nəfərdən ibarət idarə heyətin var. Kəndimiz haqqında sənədli film çəkmək  həm də birliyin daha güclü təməl üzərində qurulmasına yardımçı oldu. 

Bu kəndin məşhurlarını tanımaq da pis olmazdı.
Məşhur balaban ustası, Azərbaycanın xalq artisti Əlixan Səmədov, Osetiyanın fəxri vətəndaşı, Rusiya çempionluğunu qazanan yeganə azərbaycanlı,   əməkdar futbolçu Nazim Süleymanov vistənlidir.
Ümid edirəm ki, yaxın zamanlarda bu gözəl məkana dövlət diqqət ayırar və bu yurdun insanları yenidən doğma, səfalı kəndə qayıdar

Filmin çəkilişində bütün Vistən ictimai birlik üzvlərinin əməyi var, xüsüsi xidmətləri olmuş şəxslər isə 
Elşad Babayev
Fariz Ramazanov
Ruhid Tarverdiyev
Seymur Nuriyev
İlham Rəsulov
Nəcməli Feyziyev

Film 628 qısametrajlı kadrdan hazırlanıb, filmdə dəqiqləşdirilməmiş məlumat verilməyib  Vistən haqqında Araşdırmamız hələ davam edir.

Redaksiyadan: Hər kənddə doğma yurda, onun tarixinə belə böyük sevgi olsa, hər yurdun mükəmməl tarixi yaranar. Necə ki, yaratdı. Film o qədər səmimi, o qədər kolaritlidir ki, adam 2 saata yaxın vaxtın necə keçdiyini bilmir.

Filmin yaradıcılarına, xüsusən Mais bəyə təşəkkürümüzü bildirir, onlara daha böyük uğurlar arzulayırıq. 

Cenub.az. Zahir Əmənov

Filmin linki burada:





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10