7 may dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olub. 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Popov radioəlaqənin ilk seansını həyata keçirib və dünyada ilk radioqəbuledicini təqdim edib. 1945-ci il mayın 7-də SSRİ-də radionun yaranmasının 50 illiyi təntənəli şəkildə dövlət səviyyəsində qeyd edilib və SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə 7 may “Radio günü” kimi qeyd olunmağa başlayıb.
Sovet radiosu fəaliyyət göstərdiyi illərdə bir çox məşhur səslərlə yadda qalıb. Onlardan biri də Vladimir Qertsik olub. Müharibə illərində Qertsikin populyarlığı heç də Yuri Levitandan az olmayıb. İki tanınmış diktorun arasında yalnız bir fərq olub, Levitan öz səsi ilə nasist rəhbərlərini yerdən, Qertsik isə səmadan qıcıqlandırıb və dünya onu “səma diktoru” kimi tanıyıb.
Vladimir Qertsik 1908-ci ildə Polşanın Belostok şəhərində yəhudi ailəsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Moskva Dövlət Texniki Universitetinin kimya fakültəsində ali təhsil alıb. Universitetdən hələ iş təyinatını almamış o, ümumittifaq radiosunda keçirilən diktor müsabiqəsində iştirak edərək uğur qazanıb və diktor kimi fəaliyyətə başlayıb.
1941-ci ildə sovet-alman müharibəsi başlananda Qertsikin radio əməkdaşı kimi hərbi xidmətə çağırışdan möhlət hüququ olsa da o, könüllü olaraq müharibəyə yollanıb. İki il ərzində Qertsik döyüş bölgələrində kimya qoşunlarında xidmət edib. 1943-cü ildən isə xidmətini hərbi diktor kimi davam etdirib.
Qertsikin üzərinə düşən vəzifə təhlükəli və çətin olsa da, o, döyüş tapşırıqlarını yüksək səviyyədə icra edib. Belə ki, Qertsik U – 2 təyyarəsi ilə ön cəbhədə, o cümlədən düşmənin arxasında təşviqat işi aparıb, birbaşa təyyarədən rus və alman dillərində səsgücləndiricilər vasitəsi ilə alman qoşunlarının məğlubiyyətindən, sovet döyüşçülərinin qəhrəmanlığından informasiyalar səsləndirib. O cümlədən diktor təyyarədən “Sovinformbüro”nun məlumatlarını da oxuyub və sonda sovet döyüşçülərinin mənəvi ruhunu yüksəltmək üçün efirə müharibə mahnıları buraxıb.
Qertsik iki il ərzində 120-dən artıq döyüş uçuşu keçirib. O, dəfələrlə almanların raket hücumuna məruz qalsa da, möcüzə nəticəsində hədəfdən yayına bilib.
3-cü Reyxin təbliğat naziri Yozef Göbbels Qertsiki “səma şeytanı” adlandırıb. Onun uçduğu təyyarəni vuran şəxsə böyük məbləğdə pul mükafatı vəd edib. Diktorun səsindən əsəbiləşən nazirin bu arzusunu həyata keçirmək, pul mükafatını almaq heç bir alman döyüşçüyə nəsib olmayıb.
Müharibə bitdikdən sonra Qertsik kapitan rütbəsində ordudan tərxis olunub və radioda işini davam etdirib.
Yüksək ali mükafatlarla təltif edilən diktor ən mötəbər tədbirlərə aparıcı kimi dəvət olunub, bir çox müharibə mövzulu kinoların mətnlərini səsləndirib, o, həmçinin bir neçə flmdə rol da alıb.
Jurnalistlərə həmişə açıq olan, mətbuata həvəslə müsahibələr verən Qertsik müharibə illəri haqqında maraqlı açıqlamalar verib: “1944-cü ildə növbəti uçuşdan sonra Belarusiya cəbhəsində marşal Jukovla görüşdük. Bu görüş əvvəlcədən planlaşdırılmamışdı. Marşal özü məni yanına çağırtdırmışdı. Mən qərargahda ona yaxınlaşıb hərbi qaydada özümü təqdim etdim. O, rəsmiyyəti kənara qoyub dostcasına mənimlə hal-əhval tutdu, sonra mənə gözləmədiyim bir sual verdi:
- Səni həmkarınla görüşdürmək istəyirəm. Etiraz etmirsən?
Söhbətin kimdən getdiyini anlamadım və etiraz etmədiyimi bildirdim. Jukov məni əsir düşmüş alman hərbçilərinin yanına apardı, onların arasından bir nəfəri çölə çıxartdılar. Hündürboylu, arıq və olduqca zəhmli bir alman zabiti idi, yaşı təxminən 40-a yaxın olardı. Jukov onu mənə təqdim etdi:
- Bu birbaşa Göbbelsin tabeliyində xidmət edən zabitdir, hərbi diktordur. Onunla həm rus, həm də alman dilində danışa bilərsən, hər iki dili mükəmməl bilir.
Jukovun bu təqdimatından sonra mən ağzımı açmağa macal tapmamış alman zabiti üzünü mənə tutdu:
- Mənim sizinlə danışmaq həvəsim yoxdur və sizi də yaxşı tanıyıram. Əminliklə bildirirəm ki, Göbbels sizi şəxsən güllələyəcək. Bütün yəhudilər it kimi gəbərməlidirlər.
Bu sözləri deyərək o, əli bağlı olsa da mənə hücum etməyə də cəhd etdi. Mühafizəçilər bir göz qərpımında bu cəhdin qarşısını alıb onu içəri apardılar. Jukov gülümsəyərək başını buladı:
- Səsin səni bütün almanlarla düşmən edib. Belə də davam elə. O ki qaldı Göbbelsə, ondan narahat olma, biz bu faşistlərin hamısının axrına çıxacağıq...”
Qertsikin ən son rütbəsi kapitan olsa da, ali rütbəli hərbçlər, marşal və generallar diktora hörmət və ehtiramla yanaşıblar. Müharibədən sonrakı illərdə də diktor sərkərdələrlə mütəmadi olaraq görüşüb.
Ömrünün 60 ilini radioya həsr edən Vladimir Qertsik elə Radio günündə, 1997-ci ilin mayın 7-də 88 yaşında vəfat edib. O, Moskvada, Don qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com