Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarixin ən dəhşətli qadını: 20 kişi onunla evlənmək istəyirdi


Xuliya Pastrana 1834-cü ildə Meksikanın Sinaloa ştatında anadan olub.

Onun doğulandan bədbəxtliyə məhkum olduğu görünürmuş. çünki qızın görünüşü təəccüblü şəkildə fərqli idi.

Onun bədəni, ovucları və ayaq altı istisna olmaqla, tüklərlə örtülmüşdü. Böyük burun və iri çənəsi, qalın dodaqları - onu dəhşətli dərəcədə çirkin göstərirdi.

Sonra o, tarixin ən dəhşətli qadını kimi tanındı. Ona hətta "Meymun qadın" ləqəbi də verilmişdi.

Ən dəhşətli qadının həyatı necə keçib?

Bu gün məlum olur ki, Xuliya nadir anadangəlmə xəstəlikdən - akromeqaliya (Bədənin ayrı-ayrı hissələrinin patoloji böyüməsidir - red.) və hipertrixoz (bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur - red.) əziyyət çəkirdi. Amma o zaman Xuliya kimi insanlar insanların marağına səbəb olurdu. 

Xuliya Pastrana üç dildə danışırdı, oxumağı və rəqs etməyi bilirdi və xarakteri yumşaq idi. Ancaq insanlar onda yalnız kişi və meymunun hibridini görürdülər.

O, 20 yaşına qədər qubernatorun himayəsində olub. Onun evində qulluqçu işləyirdi. Lakin sonra o, şoumen Reyts ilə əlaqə saxlayıb və onun bədheybət sirki ilə səyahətə başlayıb.

“Meymun qadın” təkcə tamaşaçıların deyil, həm də onu tədqiq etməyə həvəsli olan həkimlərin marağına səbəb olub. O, həyatda ən sadə şeyləri sevirdi: yemək bişirməyi, tikiş tikməyi və səyahət etməyi. Lakin o, həkimlərin xahişi ilə testlər verib və xarici görünüşü ilə bağlı nəyin yanlış olduğunu özü də öyrənmək istəyib.

1850-ci illərdə Xuliya meneceri Teodor Lentaya gizli şəkildə ərə gedib. Çoxları düşünürdü ki, kişi onunla evlənərək, yaxşı gəlir gətirən ən məşhur ulduzunu itirməkdən qorxurdu. Amma o onu həqiqətən sevirdi.
Xuliya müsahibələrindən birində iyirmidən çox kişidən evlilik təklifi aldığını bildirirdi. Lakin o, zəngin olmadıqları üçün onlardan imtina edib. O, yəqin ki, onların təkliflərində şəxsi maraq və xəsislik də görürdü. Teodor onun hesabına pul əldə etmişdi, lakin o, onunla xoşbəxt olduğunu bildirirdi.

Qadın bütün həyatı boyu müxtəlif insanlar tərəfindən alçaldılmışdı və əri də ona rəhm etməmişdi. Belə ki, Rusiyada səyahətdə olarkən onun çıxışları qəzetlərdə reklam olunurdu və sarkazmla müşayiət olunurdu: deyirdilər ki, "meymun qadın" Rusiyada özünə ər axtarır. Moskvadakı bu səyahət zamanı Xuliyanın uşağı doğuşdan beş gün sonra ölüb. Oğlu cəmi üç gün yaşayıb.

Niyə Xuliya və uşağının cəsədi dəfn edilməyib?

Əri səyahətlərdən və belə qeyri-adi arvadın ona gətirdiyi puldan imtina etmək istəmirdi. O, arvadını və oğlunu mumiyalatdırıb şüşə qaba yerləşdirmək xahişi ilə rusiyalı professor Sokolova müraciət edib.

Professor bunu edib, lakin cəsədləri Moskva Universitetinin Anatomiya kafedrasında saxlamaq istəyib. Lakin Teodor Lent nikah şəhadətnaməsi təqdim etdikdən sonra məhkəməyə verib və qalib gəlib. Ancaq Rusiyada mumiyanı göstərməyə ehtiyac yox idi, hakimiyyət bu cür əyləncələri həqiqətən başa düşmürdü.

Amma Avropada bu cür nümayişə tələb var idi, lakin heç bir məhdudiyyət yox idi. Daha sonra Lent eybəcərliyi oxşar olan qadınla evlənib və yeni həyat yoldaşını mərhum Xuliyanın bacısı kimi təqdim edib. Bəzən o, arvadının və oğlunun mumiyasını muzeylərə icarəyə verirdi. 

19-cu əsrin sonlarında qadının və oğlunun mumiyası hərracda satılıb və uzun müddət onların taleyindən heç kim xəbər tutmayıb. Lakin 1921-ci ildə onlar Norveçdə, şəxsi dəhşət evində görünüb. 1943-cü ildə nasistlər mumiyanı məhv etmək istəyiblər, lakin bunun xəzinəni doldurmaq üçün yaxşı mənbə olduğuna da əmin idilər. Beləliklə, mumiya xilas edilib. Müharibə zamanı və ondan sonra insanlar ən dəhşətli qadına baxa bilirdilər.

1970-ci illərdə Amerikaya mumiya turu planlaşdırılırdı. Lakin bu qərar böyük qəzəb doğurub. Vandallar uşağın mumiyasını praktiki olaraq məhv ediblər. Xuliyanın mumiyası oğurlanıb. Lakin sonradan məlum olduğu kimi, mumiya Oslodakı Məhkəmə Tibb İnstitutunda saxlanılıb. Orada, hətta onun kim olduğunu və ora necə gətirildiyini unudublar. Onu onu dəfn etmək təklifi verilib, lakin alimlər yenidən mumiyanı araşdırmaq üçün icazə alıblar. Yalnız 2012-ci ildə universitet cəsədi Meksikaya qaytarmaq qərarına gəlib.

Xuliyanın cəsədi dinclik tapana qədər 150 il keçib./lent.az
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10