O, Yuqoslaviya prezidenti İosip Broz Titonun beşinci həyat yoldaşı olub. Prezident ailəsində beşinci qadın olsa da, Jovanka Budisavleviç-Broz XX əsr dünyanın ən ziddiyyəli xanımları siyahısında birinci yerdə qərarlaşıb.
Jovanka Broz 1924-cü ildə Xorvatiyanın Like bölgəsində anadan olub. 17 yaşında Yuqoslaviya Kommunist İttifaqına üzv qəbul edilib, eyni zamanda partizan hərəkatına qoşulub. Atası və qardaşı II dünya müharibəsində həlak olub. Jovanka özü isə 1943-cü ildə antifaşist hərbi əməliyyatları zamanı ayağından yaralanıb. Məhz elə bu ərəfədə o, Broz Tito ilə tanış olub.
Aralarında 32 yaş fərqi olmasına baxmayaraq, Jovanka ilə Tito arasında münasibətlər ciddiləşib. Onların hansı şəraitdə tanış olmaları və rəsmi nikaha girmələri haqqında dəqiq məlumat olmasa da, bununla bağlı bir neçə versiya səsləndirilib.
Rəsmi versiyaya görə II dünya müharibəsindən sonra Broz Titonun texniki işçilərinin seçimi ilə daxili işlər naziri Aleksandr Rankoviç məşğul olub. Titonun katibəsi olmaq üçün 50 namizədin arasından Rankoviç Jovankanı seçib. Digər bir versiyaya görə, Jovanka “NKVD”-nin Yuqoslaviyadakı nümayəndələrinin əli ilə Titonun ətrafına yerləşdirilib. Bu versiyada Jovankanın sovet kəşfiyyatçıları ilə əməkdaşlığı da istisna edilməyib. Hər halda bütün variantlarda Jovanka Titonun bir addımlığında özünə yer edə bilib.
Artıq 1950-ci illərin əvvəllərində Jovanka Titonun sevgilisi kimi qəbul edilib. Qeyri-rəsmi münasibətlərə isə 15 aprel 1952-ci ildə son qoyulub, onlar rəsmi nikahla giriblər.
Evliliyin ilk illəri sakit keçsə də, sonralara Jovanka “partizanlığından” əl çəkməyib. O, zaman-zaman Titonun siyasi fəaliyyətinə daha çox müdaxilə edib. Hətta hakimiyyətin bir qismini ələ keçirməyə də can atıb. 11 nazirdən 10-unu vəzifədən uzaqlaşdırmağa nail olanda, dövlət məmurları Jovanka haqqında sərt fikirlər irəli sürüblər, onu casusluqda ittiham ediblər.
1970-ci iliin əvvələrində Tito ilə Jovanka arasında ciddi fikir ayrılığı yaranıb, siyasi diskusiyalar, mübahisələr cütlük arasında kifayət qədər soyuq münasibətə səbəb olub. Jovanka “mən qoca ərimi müdafiə edirəm” deməklə özünə bəraət qazandırmağa çalışıb. Münasibətlərin gərginliyi son həddə çatanda Tito Jovankanın fəaliyyətini araşdırmaq üçün xüsusi komissiyanın yaradılması haqqında sərəncam verib. Komissiya araşdırmalarla bağlı 59 iclas keçirib. Birinci xanım əsasən SSRİ-yə işləməkdə ittiham olunub.
Nəhayət, 1975-ci ildə Jovankanın rəsmi məsələlərə müdaxiləsinə tam qadağa qoyulub. Məhz bu tarixdən sonra Jovanka Titonun yanında görünməyib və onlar ayrı-ayrı evlərdə yaşayıblar. Tito Ujitski küçəsindəki iqamətgahını tərk edərək “Ağ saray”a köçüb.
Jovanka yaxın zamanlarda bütün münasibətlərin qaydasına düşəcəyinə ümid etsə də, zaman onun xeyrinə işləməyib. 4 may 1980-ci ildə uzun sürən xəstəlikdən sonra Tito vəfat edib. Marşalın dəfnində iştirak etdikdən sonra Jovanka cəmisi üç ay prezident iqamətgahında yaşaya bilib. Sabiq birinci xanımı məcburi şəkildə iqamətgahdan çıxararaq Titonun sahib olduğu 750 kvadtatmetlik evə köçürülüb. Onu iqamətgahdan çıxaranda ən adi şəxsi və ev əşyalarını götürməyə icazə verməyiblər. Titonun bütün əmlakı, şəxsi əşyaları, bir sözlə, bütün var-dövləti dövlət fonduna verilib. Jovankaya yalnız iki paltarını və bir də xəz kürkünü götürməyə icazə verilib.
Jovanka ev dustağı elan edilib. Yaşadığı böyük mənzil 15 nəfərin nəzarətində saxlanılıb. Mənzil böyük olsa da yaşamaq üçün minimum şəraiti belə olmayıb. Uzun illər boş qalan evdə nə isiti su, nə istilik sistemi olmayıb. Qarlı və yağışlı havada isə evin tavanından axan sular otaqlarda gölməçələr yaradıb.
Jovankaya hətta həyat yoldaşının məzarını ziyarət etməyə də icazə verməyiblər. Zəngin həyat tərzinə öyrəşən sabiq birinci xanıma həftədə bir dəfə ərzaq gətirilib. Onun bütün sənədləri də alindən alınıb.
Beləliklə, Jovanka 20 ildən artıq müddətdə türməni xatırladan mənzildə ev dustağlığında yaşayıb. 2000-ci ildə Yuqoslaviya İttifaq Respublikasına prezident seçilən Voislav Koştunitsa Jovankanı ev dustaqlığından azad edib və onun vətəndaşlıq hüququ tam bərpa edilib.
Jovanka özünə və həyat yoldaşına məxsus müsadirə olunmuş əmlakın və əşyaların qaytarılması üçün çox cəhdlər etsə də, heç bir nəticə əldə edə bilməyib. Müvafiq qurumlar müsadirə ilə bağlı sənədlərin, əmlak və əşya siyahılarının “itməsini” bildirərək Jovankanın müraciətlərini cavabsız qoyub.
2013-cü ildə Jovankanın səhhətində ciddi problemlər yaranıb. Bədənində mənşəyi bilinməyən yaraların əmələ gəlməsi onkoloji xəstəlik şübhəsi yaradıb. O, Belqradda klinakaya yerləşdirilib. Onun səhhəti ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Həkimlərin gərgin səyinə baxmayaraq, sabir birinci xanımım həyatını xilas etmək mümkün olmayıb. 88 yaşlı Jovanka Budisavleviç-Broz 2013-cü ilin oktybrın 20-də vəfat edib. Jovankanın son xahişi və vəsiyyəti nəzərə alınaraq onu Belqradda Broz Titonun yanında, “Çiçəklər evi” mavzoleyində dəfn ediblər.
İlham Cəmiloğlu, Musavat.com