“Seçkilərdə iştirak etmirlər. Ölkədə nə baş verir xəbərləri olmur. Yol yox, telefon yox. Savadımız olmadığına görə haqqımızı tapdalayırlar. Orduya aparamaq üçün dağa gedib onu tapıb gətirdilər. Amma təhsil almaq barədə onlara heç kim xəbərdarlıq etməyib.”
Astara rayonunun Unuz kənd sakini, 11 yaşı olsa da məktəbə gedə bilməyən Amid Eyvazov və onun digər ailə üzvləri ilə İstisu kəndində görüşdük. Məlum oldu ki, Eyvazovlar ildə bir neçə dəfə İstisu kəndində olan qohumlarına baş çəkirik.
Unuz kəndi dağda, rayon mərkəzindən 27 kilometr uzaqda, İranla sərhəddə yerləşir. Amidin böyük qardaşı, Ağadadaş Eyvazov isə kənddə məktəb, işıq, yolun olmadığını bildirir:
“Unuzda 4 ailə yaşayır. Bu ailələrdə 10 uşaq var. Onlar məktəb görməyiblər. Mənim 21 yaşım var məktəb üzü görməmişəm. 4 qardaşım və 2 bacım da məktəbə getmirlər. Ailədə ən kiçiyin 7 yaşı var. Unuz dağlar arasında yerləşir. Atla 7-8 saata, piyada getməklə ora bir günə çatmaq olur. Yol yoxdur, cığır var.”
Ağadadaş Eyvazov həm də ikinci Qarabağ müharibəsinin veteranıdır:
“Özüm 44 günlük Qarabağ müharibəsində iştirak etmişəm. Füzuli, Xocəvənd uğrunda gedən döyüşlərdə vuruşmuşam. 2 medalla təltif olunmuşam. İşsizəm. Təhsilim olmadığına görə iş tapa bilmirəm. Məşğulluq idarəsinə müraciət etmişəm, get-gələ salıblar. Heç qeydiyyata belə götürmədilər.”
O, qardaş və bacılarının təhsildən kənarda qalmasından narahat olduğunu və bununla bağlı müvafiq orqanlara müraciət edildiyini bildirir:
“Müraciət etmişik. Hələ ki, nəticə yoxdur.”
Amid Eyvaziov isə təhsil almaq arzusunda olduğunu deyir:
“Kəndən, dağdan aşağı düşmüşük. Görürəm ki, mən yaşda olanlar məktəbə gedirlələr. Amma məktəb məni götürmür. Deyirlər ki, yaşın keçib. Unuz kəndində məktəb yoxdur. Uşaqlar orda təhsil almırlar.”
Eyvazovların yaxın qohumu Sahib İmaməliyev problemlərlə bağlı Astara rayon Təhsil Şöbəsində və Züngüləş kənd orta məktəbində olub:
“Dedilər Amidin 11 yaşı var, yaşı keçib. Onun məktəbə qəbul olunması üçün Təhsil Nazirlyi qərar verməlidir. İkinci dəfə getdim, bu dəfə 7 yaşlı uşağı aparmışam. Rayon Təhsil şöbəsindən zəng etdilər Züngüləş kənd məktəbin direktoruna, dedilər ki, uşağı məktəbə götür. Mənə də dedilər ki, sənədləri toplayıb məktəbə təqdim edərsən. Direktor sənədləri götürsə də, sonralar qaytardı. Səbəbini izah etmədi.”
Unuz kəndində vəziyyətin dözülməz oluduğunu deyir. Ordaki problemlərin aradan qaldırlmasını lazım bilir:
“Eyvazovlar 8 uşaq olıublar. İkisi xəstəlikdən öldü. Onları vaxtında mərkəzə xəstəxanaya çatdıra bilmədik. Bu qışda Amid də xəstələndi. Sərhədçilərdən xahiş etdik, sərhəddaxili yolla onu mərkəzə çatdırdıq, ölümdən qurtardıq. Burda onlar üçün ev tikmək istəyirəm. Bu ərazi Hirkan Milli Qoruğuna daxildir. Qoruğ bu yaxınlarda yaranıb. Mənim ata-babam isə burda yaşayıb. Qoymurlar ev tikməyə. Unuzdəkilər allahın umuduna qalıblar. Heç kim də onlarla maraqlanmır.”
Onun dediyinə görə keçən əsrin ortalarında Unuz və ətraf kəndlərdə min nəfərə yaxın əhali yaşayıb:
“Unuzda məktəb, kolxoz olub. Stalinin ölümü ərəfəsində Unuz daxil olmaqla 4 kəndin əhalisi ordan sürgün edilib. Azərbaycan müstəqillik qazanandan sonra kəndə dönmyə icazə verdilər. İlk dövrlərdə ata-baba yurduna köçən ailələrin sayı çox olub. Orda şərait olmadığına görə ailələrin çoxu geriyə dönüblər. 4 ailə kənddə qalıb. İmkanları yoxdur kənddən köçməyə. Onlardan biri də Eyvazovlar ailəsidir.”
Onun dediyinə görə Unuz kənd sakinləri seçkilərdə də iştirak etmirlər:
“Seçkilərdə iştirak etmirlər. Ölkədə nə baş verir xəbərləri olmur. Yol yox, telefon yox. Savadımız olmadığına görə haqqımızı tapdalayırlar. Orduya aparamaq üçün dağa gedib onu tapıb gətirdilər. Amma təhsil almaq barədə onlara heç kim xəbərdarlıq etməyib.”
Astara Rayon İcra Hakmiyyəti aparatının Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanlarla iş şöbəsinin müdiri Xanverdi Şirinov Unuz adlı inzibati ərazinin olmadığını bildirir:
“Heç bir ərazi nümayəndəliyinə daxil deyil. Milli parkın ərazisində yerləşir. Ailə başcısı Nəzərəli Şüvi kəndində, həyat yoldaşı isə Səncərədi kəndin qeydiyyatındadırlar. Hər iki kənd aşağıda, rayon mərkəzinə yaxın ərazidə yerləşir. Yalan söhbətdir. Səsvermədə iştirak edirlər. Məktəbə gec müraciət ediblər. İndi qeydiyyat onlayın qaydası ilə həyata keçirilir. Biz də maraqlıyıq ki, heç kim təhsildən kənarda qalmasın. Unuzda 3 təsərrüfat var. Yay müddətində ora gedirlər, qışda qayıdırlar. Kənddə yaşayanların adları da bizdə var. Unuza yol çəkmək qeyri mümkündür.”
Astara Təhsil şöbəsindən bildirdilər ki, problemlər növbəti dərs ilində həllini tapacaq:
“Xəbərimiz var. Məktəbə cəlb edilməyən 8 yaşdan yuxarı uşaqlar üçün fərdi sinif açılmalıdır. Bu da nazirliyin səlahiyyətindədir. Şagirdlərin siyahısna düşmək üçün adlar sistemə düşməlidir. Biz kömək etmyə hazırıq. Növbəti dərs ilində qaydaya düşəcək. Əsas odur ki, Unuz kəndindən olan uşaqlar vaxtında məktəbə gələ bilsinlər.”
Züngüləş kənd məktəbindən isə bildirdilər ki, qeydiyata düşmək üçün yanvar ayında müracət ediblər:
“Yanvar ayında mümkün deyil. Növbəti dərs ilində müraciət etsinlər, sistemə düşməkdə kömək edək.”
Cenub.az. Astara. Qoca.