Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Mərkəzi Xəstəxanası Covid-19-dan sonra fəaliyyətini bərpa edir. Bütün xidmətlər pulsuzdur-təkcə sağlamlıq haqqında arayışdan başqa


Şəkər dərmanları Mərkəzi Xəstəxana, Boradigah qəsəbə, Viləş kənd xəstəxanaları ilə yanaşı Ərkivan qəsəbə həkim məntəqəsində də pulsuz veriləcək


Masallı Mərkəzi Xəstəxanası 2 illik fasilədən sonra öz fəaliyyətinin bərpa edir. Arıq bu il  aprel ayının 1-dən  xəstələr Masallı Mərkəzi Xəstəxanasına müraciət edə bilərlər.

Bəlli olduğu kimi, 2020-ci ilini fevralından başlayaraq Masallı Mərkəzi Xəstəxanası xəstə qəbulunu və müalicəsini müvəqqəti dayandıraraq regional covid xəstəxanası  kimi fəaliyyət göstərməyə başlayıb. Belə ki, bu müddətdə Masallı rayonu daxil qonşu 10-15 rayonunda da Covid-19-a yoluxmuş xəstələri Masallıya yönəldilirdi. Masallı Mərkəzi Xəstəxanasının isə funksiyalarını Boradigah Qəsəbə xəstəxanası icra etməyə başladı.
Hazırda Covid-19-a yoluxanların sayının kəskin azalması səbəbindən Masallı Mərkəzi Xəstəxanası artıq öz funksiyalarını yerinə yetirməyə hazırlaşır. Artıq  Doğuş Şöbəsi Boradigahdan Mərkəzi xəstəxanaya köçürülüb. Reanimasiya şöbəsi də köçmək üzrədir. Qısası, bu il aprelin 1-dən Masallı Mərkəzi Xəstəxanası özünün bütün funksiyalarını icra etməyə başlayacaq.

Bəlli olduğu kimi, 01 yanvar 2021-ci ildən ölkəmizdə  İcbari Tibbi Sığorta həyata keçirilir. Buna görə, işləyən şəxslərin əmək haqqının 2 faizi bu xidmətə yönəldilib.
Bəs reallıqda necədir? Bu sahədə bəzi anlaşılmazlıqlar olsa da, Mərkəzi Xəstəxanadan aldığımız məlumata görə, artıq hər yerdə olduğu kimi Masallı Mərkəzi Xəstəxanasında da hər bir xidmət pulsuz olacaq.

Təkcə həkim arayışından başqa. Belə ki, vətəndaş sürücülük vəsiqəsi üçün Beynəlxalq Banka 30, adi arayış üçün 15 manat ödəməlidir?

Yəqin ki, belə suallar verən də tapılacaq – onsuz da sovet dövründən bəri bizdə səhiyyə pulsuz idi.

Bu PULSUZ xidmət o PULSUZ xidmətdən fərqlidir.

Belə ki, əvvəllər adı pulsuz olsa da, ən adi analizləri belə pulsuz etdirmək  mümkünsüz idi.

Hazırda isə İcbari Tibbi Sığorta fonduna kifayət qədər vəsait toplandığından səhiyyə xidmətlərini pulsuz etmək mümkün olacaq.

Bu, proses necə reallaşacaq?

Çox cəhd etsək də yeni baş həkim Eşqin müəllimlə telefon əlaqəsi qura bilmədik.

Necə deyərlər, öz kanallarımızla öyrəndiyimiz məlumatlardan bəlli oldu ki, hazırda səhiyyə sahəsində yuxarıda qeyd etdiyimiz arayışlardan başqa hər şey pulsuzdur. Belə ki, xəstəlikdən şikayəti olan vətəndaş Mərkəzi Xəstəxanada Ailə Sağlamlıq Mərkəzinə müraciət edəcək. Həmin mərkəz də xəstəni nüvafiq həkimə yönəldəcək. O da pulsuz-parasız xəstəni müayinə və müalicə edəcək. Həmçinin bildirilir ki, xəstə yaşadığı ərazidəki sahə həkiminə müraciət etdikdən sonra o, müvafiq həkimə yönləndiriləcək. Bu məqsəd üçün Boradigah qəsəbə və Viləş kənd xəstəxanalarında müvafiq Təcili Yardım xidmətləri də yaradılıb. 

Bu gün doğrudanmı xəstəxanalarda hər şey aydın arı, sudan durudur?

Biz bu məsələyə detalları ilə aydınlıq gətirmək üçün Baş həkim Eşqin müəllimə dəfələrlə zəng vurduq. Lakin onan telefonuna düşmək mümkün olmadı. Hətta bu təşkilatın məsul işçilərinə də xahiş etdik ki, onun bizimlə əlaqəsinə yardımçı olsun. Lakin alınmadı.

Biz bilirik ki, hazırda Masallı səhiyyəsinə rəhbərlik edənlərin idarəçilik təcrübəsi olduqca zəif, adamlarla işləmək bacarığı yetərli deyil.

Lakin düşünürük ki, bəzi məsələlərə rəhbərlik özü maraqlı olmalıdır.

Belə ki, rəhbərlik maraqlı olmalıdır ki, hamı bilsin, Mərkəzi Xəstəxanın normal fəaliyyəti bərpa olunub.

Rəhbərlik maraqlı olmalıdır ki, hamı bilsin artıq səhiyyə xidməti pulsuzdur. Və bu prosesin A-dan Z-dək necə icra ediləcəyi bütün detalları ilə insanlara bəlli olmalıdır.
Eləcə də buna bənzər bütün qaranlıq suallara aydınlıq gətirilməlidir.

Əgər Masallı səhiyyəsinin rəhbərliyi doğrudan da vətəndaşlara aşkarlıq şəraitində, namusla xidmət etməlidir.

Amma bəlli olan odur ki, Masallıda hələ də 100-ə yaxın həkim, 200-dən artıq orta tibb işçisi tapılmır. Hər əraziyə ailə həkimi tapmaq da müşkül bir məsələdir.
İzləyicilərimizə də xahişimiz odur ki, müşahidələrinizi  bizimlə bölüşün. Doğrudanmı, səhiyyədən pulsuz istifadə edə bilirsinizmi?

Cenub.az Zahir Əmənov 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10