XIX əsrin 30-40-cı illərində Cənubi Qafqazda 34 rus kəndi salınmışdır ki, bunun da 30-a qədəri Azərbaycan torpaqlarında yerləşirdi.
Çar Rusiyası Azərbaycanın şimal torpaqlarını işğal etdikdən sonra özünə dayaq yaratmaq məqsədi ilə rusları buraya köçürməyə başladı. Rusların Cənubi Qafqaz vilayətlərinə köçürülməsi haqqında hökumət sərəncamı 1830-cu il oktyabrın 20-də verildi. Sərəncama əsasən təriqətçi (molokanlar, subbotniklər, babtist və d.) və bidətçi (ərəb dilində dinə qarşı çıxış edənlər, yeni təlim tərəfdarları) rus ailələri köçürüldü. XIX əsrin 30-40-cı illərində Cənubi Qafqazda 34 rus kəndi salınmışdır ki, bunun da 30-a qədəri Azərbaycan torpaqlarında yerləşirdi. (Həmin vaxt Azərbaycana köçürülən rusların sayı 250 min olub.) Rusların məskunlaşdıqları bölgələrdən biri də Lənkəran qəzası idi.
Lənkəran qəzasında ruslar əsasən indiki Cəlilabad rayonu ərazisində məskunlaşmışlar. Məhz bunun nəticəsi idi ki, müstəqilliyimizə qədər burada olan topooykonimlərin müəyyən hissəsi rus mənşəli idi.
Rusların cüzi hissəsi Masallı, Lənkəran və Astara ərazisində də məskunlaşmışlar.
CƏLİLABAD
İndiki Cəlilabad rayonu ərazisində salınmış rus kəndləri aşağıdakılar idi:
Astraxanka/Astraxanovka, Astraxanbazar, Andreyevka (1847),
Dikalovka, Kirovka, Qotçina, Qriqoryevka, Novoqolovka (1844),
Prişib (1840),
Privolnoye (1839),
Pokrovka (1905),
Petrovka, Sviridovka, Svetlaya Zarya və Zlobinka. Sonralar Astraxanovka, Kirovka, Petrovka və Sviridovka Astraxanbazar şəhərinə, Qotçina və Qriqoryevka Üçtəpə, Dikalovka və Zlobinka isə Sabirabad kəndlərinə birləşdirilmişdir.
Astraxanbazara 28 fevral 1952-ci ildə şəhər statusu verilmiş, 5 iyun 1967-ci il tarixində isə o yazıçı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.
Prişib 14 dekabr 1949-cu ildə qəsəbə, 14 yanvar 1967-ci ildə isə şəhər statusu almışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildə Andreyevka, Novoqolovka, Pokrovka, 2001-ci ildə isə Prişib və Svetlaya Zaryanın adları dəyişdirilmiş və onlar müvafiq olaraq Qarazəncir, Uzuntəpə, Günəşli, Göytəpə və Muğan adlandırılmışlar. Privolnoye kəndinin adı olduğu kimi saxlanılmışdır.
Maraqlıdır ki, Azərbaycan Respublikasının yeni inzibati-ərazi bölgüsündə (2013) Uzuntəpə kənd inzibati ərazi dairəsinin tərkibində olan yaşayış məntəqələri sırasında Uzuntəpə kəndi və Novoqolovka qəsəbəsi (?) də vardır.
MASALLI
Ruslar Masallının təkcə Kalinovka(red: Hal-hazırda bu kənd Viləşkənd adlanır.) kəndində məskunlaşmışlar. Kənd 1840 (1843)-cı ildə salınmış və çar I Nikolayın (1825-1855) şərəfinə Nikolayevka adlandırılmışdır. 1946-cı ildə isə Nikolayevka kəndinin adı dəyişdirilərək Sovet dövlət və partiya xadimi Mixail İvanoviç Kalininin (1875-1946) şərəfinə Kalinovka adlandırılmışdır. Privolnoye kimi Kalinovka kəndinin də adı olduğu kimi saxlanılmışdır. (Bir müddət Ərkivan da daxil əksər kəndlər Nikoloyevkadakı (İndiki Kalinovkada) pristavlığa tabe olmuşdur. Bu barədə növbəti yazılarımızda daha ətraflı məlumat verəcəyik).
LƏNKƏRAN
Lənkəranda isə ruslar Vel kəndində məskunlaşmışlar. Kənd 1838-ci ildə salınmışdır. Xəzər sahilində, meşə kənarında, olduqca axar-baxarlı, mənzərəli bir məkanda yerləşən bu kənd ruslar tərəfindən salınsa da, digər rus kəndlərindən fərqli olaraq o, rus dilində yox, talış dilində adlanmışdır. Vel talış dilində fitotoponim olub, şəffaf toponimdir.
Talış dilində vel “qıjı”, “ayıdöşəyi” (bitki) mənasını verməklə “qıjılı kənd”, “qıjı bitən kənd” mənasını verir. 1859-cu ilin siyahıyaalınmasında Lənkəranın bütün yaşayış məntəqələrinin əhalisinin milli tərkibi talış qeyd olunsa da, təkcə Vel kəndinin əhalisinin milli adı rus, dini məzhəbləri isə pravoslav yazılmışdır.
Həmin vaxt kənd 14 evdən ibarət olmuş və burada 84 nəfər yaşamışdır. Lakin, buna baxmayaraq müstəqilliyə (1991) qədər Lənkəran rayonu ərazisində bir neçə rus mənşəli topooykonim olmuşdur.
Bu yaşayış məntəqələri aşağıdakılar idi: Avrora, Alekseyevka, Olxovka, Kirov və Port-İliç.
Rus generalı P.S.Kotloyarevski 1813-cü ilin yanvarında Talış xanlığını işğal etdikdən sonra Gamışavan kəndinə özünün doğulduğu Xarkov quberniyasının Kupyan qəzasının Olxovatka/Olxovka adını vermişdir. 1992-ci ildə Olxovkanın adı dəyişdirilərək Göyşaban (?) adlandırılmışdır.
1922-ci ildə Xəzər dənizinin sahilində neft və xalq təsərrüfatı məhsullarının daşınması məqsədi ilə liman salınmış və həmin limana Vladimir İliç Leninin şərəfinə Port-İliç (İliç limanı) adı verilmişdir. Port-iliç 1935-ci ildə qəsəbə, 1971-ci ildə isə şəhər statusu almışdır. 1999-cu ildə Port-İliçin adı dəyişdirilərək Liman adlandırılmışdır.
Kirov 1932-ci ildə respublikamızda ilk çayçılıq sovxozunun yaradılması məqsədi ilə salınmış və ona Sovet dövlət və partiya xadimi, 1921-1926-cı illərdə Azərbaycana rəhbərlik etmiş Sergey Mironoviç Kirovun (Kostrikov) adı verilmişdir. Kirov 29 fevral 1938-ci ildə qəsəbə statusu almışdır. 1999-cu ildə qəsəbənin adı dəyişdirilərək ərazisindəki istisu mineral bulaqlarına görə İstisu adlandırılmışdır.
“Avrora” 1933-cü ildə çayçılıq sovxozunun salınması məqsədi ilə yaradılmış və ona 1917-ci il noyabrın 7-də Petroqradda (Sankt-Peterburq – İ.Ş.) sonuncu Rusiya çarı II Nikolayın (1894-1917) iqamətgahı olan Qış sarayına ilk atəşin açıldığı “Avrora” kreyserinin adı verilmişdir. Avrora kəndi 17 iyun 1964-cü ildə qəsəbə statusu almışdır. 1999-cu ildə qəsəbənin adı dəyişdirilərək Hirkan adlandırılmışdır.
Alekseyevka 1888-ci ildən buraya gələn Alekseyevlər ailəsinin soyadı ilə Alekseyevka adlanmışdır. 1992-ci ildə kəndin adı dəyişdirilərək tarixi Bürcəli adı bərpa edilmişdir.
Göründüyü kimi Avrora, Kirov və Port-İliç simvolik toponim olmuşlar, yəni bu adlar xatirələrini əbədiləşdirmək məqsədi ilə dövlət tərəfindən həmin yaşayış məntəqələrinə verilmişdir.
ASTARA
XIX əsrdə bir neçə rus ailəsi indiki Astara rayonunun Qamışlı kəndinə köçürülmüşdür. Ruslar burada məskunlaşdıqdan sonra Qamışlı adını rus dilinə uyğunlaşdıraraq Kamışovka/Qamışovka adlandırmışlar.
Bu gün Lənkəran bölgəsində olan 658 yaşayış məntəqəsindən yalnız 3-ü Privolnoye (Cəlilabad), Kalinovka (Masallı) və Qamışovka (Astara) rus mənşəlidir.
Rusların köçürülməsi (Əlavə)
Birinci Rusiya –İran müharibəsi (1804-1813) başa çatdıqdan sonra işğal edilmiş torpaqlarda rusların məskunlaşdırılmasını mərhələlərlə həyata keçirmək planlaşdırılmışdı. İlk mərhələdə ordu qərargahları ətrafında təsərrüfatlar və hərbi məskənlər yaratmaq nəzərdə tutulmuşdu. Sonralar köçürmə siyasəti bir qədər başqa istiqamətə yönəldildi – təriqətçilər və bidətçiləri buraya köçürməyə başladılar.
İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi
Redaksiyanın xahişi ilə hazırladığı bu gözəl və dəyərli araşdırma yazısına görə İldırım müəllimə təşəkkürümüzü bildirir və onun qısa tərcümeyi-halını sizə təqdim edirik:
İldırım Şükür oğlu Şükürzadə 03 fevral 1970-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur. 1995-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əvvəllər fəhlə işləmiş, ordu sıralarına xidmətdən sonra 1995-1996-cı illərdə Lənkəran rayonunun Tatova kənd tam orta məktəbində müəllim işləmişdir.
1996-cı ildən Havzava kənd tam orta məktəbində isə müəllim işləyir.
Yaşadığı bölgənin tarixi, toponimləri və etnoqrafiyasının tədqiqi ilə məşğul olur. 5 kitab və çoxlu sayda məqalənin müəllifidir. Elmi-praktik konfranslarda çıxışları olmuşdur. Havzava kənd bələdiyyəsinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür
Ailəlidir, 3 övlad atasıdır.
Qeyd: Yaxın vaxtlarda İldırım müəllimin cənub bölgəsinin tarixi ilə bağlı daha bir neçə yazısını sizə təqdim etməyi planlaşdırırıq.
Ədəbiyyat:
1.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cildlik. B.,2007
2.Azərbaycan tarixi. 10 sinif üçün dərslik. B.,2005
3.Azərbaycan SSR-in inzibati-ərazi bölgüsü. B.,1968
4.Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü. B.,2013
5.B.Budaqov, N.Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. B.,2007
6.B.Hüseynbalaoğlu, M.Talışlı. Lənkəran. B.,1990
7.İ.Sükürzadə. Lənkəran toponimləri. B.,2012
8.M.Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. B.,1993
9.M.Mirzəyev, Ş.Ağayev. Masallı toponimləri.B.,1992
10.M.Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri.B.,2014
11. S.Nəsiroğlu. Muğan salnaməsi. B.,2014
12. “Elturan” jurnalı, I-II sayları. 1994.
P.S. Azərbaycan müstəqillik qazandıqdan sonra bölgədə yaşayan rusların böyük əksəriyyəti Rusiyaya köçmüşdür.