Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Süni intellekt bəşəriyyəti məhv edə bilər!


     “Mən robot deyiləm ki?”
Həmyerlimiz (Masallı rayonu, Ərkivan qəsəbəsi) Nicat Nəzərlinin  yazısı
         
Bu kimi deyimlərə tez-tez rast gəlirik. Bu ifadələri adətən gözləntilər doğurlmadıqda  özümüzü müdafiə etmək üçün istifadə edirik.  Bu Robotların güclü olması haqqında  bizim təməln bilgilərimizdir. 

Əslində isə Robotlar nədir? (kimdir?) Həyatımıza nə zaman daxil oldular?

          Dünya Robotlardan  əvvəl onların hekayələri  ilə tanış oldu. 100 il əvvəl Çex yazıçısı Karel Çapekin  “Rossumun Universal Robotları”  adlı tamaşasında  göstərilirdi ki, bir fabrikdə istehsal edilən robotlar dünyada insanları əvəz edəcək, onları işləməkdən qurtaracaq. Bu, müharibələrin, aclığın olmadığı utopik bir dünya haqqında  ilk əsər idi.

Robot ədəbiyyatı ən parlaq nümunəsi isə Amerikalı yazıçı İssak Asimovun  “Mən Robot” (I Robot)  əsəridir.  Doqquz  hekayədən ibarət kitabda yazıçı 2057-ci ildə insanların  dünyanı robotlarla bölüşəcəyindən, istənilən sahədə robotların insanlara yardımçı olacağından, kosmik araşdırmalarda robotlardan  faydalı istifadədən bəhs edir.
         
Asimov ilk dəfə olaraq Robot  qanunlarının da müəllifidir. Onun tərtib etdiyi qanunlara görə Robot insana zərər verə bilməz, insanların əmrlərini yerinə yetirməli qanunu  istisna olmaqla öz varlıqlarını qorumalıdırlar.
Hekayələrdən sonra 60-cı illərdə  biz artıq sənayedə proseslərin avtomatlaşdırılmasının, iri avtomobil istehsalçılarının konveyer üsulu tətbiq etdiklərinin şahidi olduq.

    Bəs ağıllı insanabənzər robotlar ideyası nə zaman yarandı?

          Robot  istehsalçıları Insan kimi düşünən və  hiss edə bilən humonoidləri yaratmaq haqqında çoxdan düşünürdülər. Süni intellektin inkişafının sonuncu mərhələləri robot  istehsalçıları üçün əla fürsət idi.
Beləliklə, İnsanabənzər robotlar görünməz  şəkildə həyatımıza daxıl olurlar. Onlar insanların işləyə bilmədiyi ağır şəraitdə işin öhdəsindən gəlir, əlil və xəstə insanlara xidmət edir, yemək bişirir, döyüşür, hətta incəsənətlə belə məşğul olurlar.

      Robot texnologiyasının son nailiyyətləri

         Dünyanın ən iri robot istehsalçıları Yaponiya, Çin, ABŞ və Koreyada yerləşir. Humanoid robotların istahsalı üzrə hazırda dünyanın ən məşhur şirkətləri Böyük Britaniyanın " Engineerd Arts" və Çində yerləşən "Hanson Robotics"  şirkətləridir.
  
Bu istehsalçıların təqdim etdiyi robotlar süni intellektin və nitqin tanınması texnologiyasından istifadə  edərək danışan və hərəkət edən, dərisi insan dərisinə cox bənzəyən və çoxlu emosiyaları özündə birləşdirən robotlardır. Şirkətlər məhsullarını təhsil, səhiyyə, əyləncə və media sektorunda satmağı hədəfləyir.

        Xidmət sahəsində robotlar

         Xidmət sahələrində xüsusi əhəmiyyətə malik olan robotların görünüşü insanabənzər olmasa da,  biznes sahəsində və gündəlik işlərdə insanlara yardımçı hesab edilir. Təkərlər üzərində hərəkət edən bu robot tipajları həm də görünüşünə görə insanları daha çox məmnun edir.

Bu tip robotlar xəstəxanalarda tibbi personalı əvəz edə,ev işləri ilə məşğul ola, evi qoruya, uşaqları öyrədə və yaşlılara,sağlamlıq problemləri olan insanlara yoldaşlıq edə bilirlər.

      Robotlaşdırılmış biznes və anbarlar

         Xərcləri azaltmaq və istehsalı artırmaq üçün avtomatlaşdırma və ya robot  texnikasına sərmayə qoymaq hazırda  daha çox tələb olunur.  Biznes prosesinin tamailə avtomatlaşdırlması və bir çox işlərdə insanları robotlarla əvəzləmə tendensiyası yüksələn xətt üzrə davam edir. Misal üçün, böyük təchizatçıların tez-tez dolub- boşalan anbarlarının idarə edilməsi üçün insan faktoru önəmli idi. Bu sahibkarların ən çox vəsait xərclədiyi əmək və sosial xərclərə başa gəlirdı.

" ABB", "Locus Robotics", "Amazon", "Zebra Technologies" kimi nəhəng robot istehsalçıları məhsulların az sayda insanın iştırakı ilə daşınması üçün texnologiya istehsal edirlər. Əvvəllər məhsulların dronlarla çatdırılması ideyası nə qədər fantastik görünsə də, hazırda "Google" və "Amazon" şirkətlərinin müştəriləri üçün bu xidmət  əlçatandır. Alıcıları üçün maraqlı olan bu ideya həm də motosikl ve maşınlardan fərqli olaraq ekoloji cəhətdən səmərəlidir.

       Robot  döyüşçülər 

          Dünya ölkələri üçün ictimai təhlükəsizlik və sərhədlərinin qorunması, xilasetmə işləri, böyük tədqiqat insitutlarının kosmik araşdırmalar üçün Robot  texnologiyasının əhəmiyyəti olduqca vacibdir.Texnologiyanın inkişafı ənənəvi  silah istehsalçılarını yeni texnoligiyalara uygunlaşmağı, daha mobil və inovativ silah istehsal etmək haqda düşündürür. Yaxın 10 ildə dünyada baş verən müharibələr dron texnologiyasından istifadə bir daha robot texnologiyaların hərbi sahədə də üstünlüyün nümayiş etdirdi.Robotlar orduda müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilir, o cümlədən, xilasetmə və kəşfiyyat, maddi -texniki təminat və.s . Hazırdadünyanın ənyaxşı 10 hərbi robotatexnika istehsalçıları

ABŞ,İsrail, Böyük Britaniya və Fransa şirkətləridir. ABŞ-n hərbi sahədə robot istehsalçılarından olan Boston Dyamics  ABŞ ordusunun sifiraşi ilə istənilən hava şəraitində və yolsuzluqda hərəkət edə bilən ATLAS robot  modelllerini hazırlamışdır. 2019-cu ildə Youtube kanalında yayımlanan bir videoda  "Atlas"ın silahlardan mükəmməl istafədə etməsi, hədəfləri dəqiq vurması nümayiş etdirildi. Lakin videodakı hadisələrin real olmadığı  və bir  film üçün çəkildiyi qeyd edilməsinə baxmayaraq, izləyicilər tərəfindən bu günədək müzakirə edilməkdədir. Həmin videonu buradan izləyə bilərsiz. (https://www.youtube.com/watch?v=y3RIHnK0_NE&t=26s)

             Süni intellekt bəşəriyyəti məhv edə bilər?
Gələcəkdə robotlar nəzarətdən çıxarlarsa nə baş verəcək?

          Bəzi alimlər və ekspertlər bir yerdən sonra Süni İntellektin gələcəkdə idarə edilə bilməyəcəyini  və  bəşəriyyətin gələcəyi üçün təhlükəli oduğu anonsunu verirlər.
          Dünya şöhrətli Fizik Stiven Hoking  BBC-yə verdiyi müsahibəsində “Süni intellektin inkişafı bəşər övladının sonu ola bilər” deyə qeyd etmişdir.

          "Tesla"nın yaradıcısı və sahibi Elton Mask  süni intellektin gələcək inkişafı ilə bağlı narahat olduğunu öz  tvitlərində yazır.
Rusiya Federasiyasının prezidenti  Vladimir Putin  süni intellekt texnologiyalarına yiyələnməyin global siyasi gücə böyük təsir göstərəcəyinə inanır.
          Məsələ ilə  bağlı beynəlxalq təşkilatlar bəzi adımmlar atmışdır. Avropa Parlamenti insanların süni intellektlə və robotlarla ünsiyyət  qaydalarını müəyyən edəcək qanun layihəsini müzakirə edib. Qanuna əsasən Robot istehsalçıları zəruri hallarda robotun tam söndürülməsi üçün qurğunun olmasına və insanların psixoloji və fiziki zədə almayacaqlarına dair təminat verməlidirlər. Qanun layihəsində  İssak Asimovun robotlar haqqında 3 məcburi qaydaları qeyd edilir.

       Yaxın gələcək üçün proqnozlar 

          Texnoloji inkişaf sürət qatarına bənzəyir. Robotatexnikanin inkişafı yaxın gələcəkdə robotların sürətlə iş yerlərini ələ keçirəcəyini təxmin edir. Tədqiqatçıların fikrincə  2030-cu ilə qədər 20 milyondan çox iş yerlərinin robotlar   tutacaq.

       Azərbaycanda süni intellektin inkişafı ilə bağlı vəziyyət

         Ölkəmizdə süni intellektin inkişafı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində işçi qrupu yaradılıb. Hazırda Milli süni intellekt strategiyasının hazırlanması üçün iş aparılır. Ölkəmiz süni intellek indeksində 2021-ci il üçün 67 yeri tutur.

Nicat Nəzərli





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10