Öncə qısaca da olsa kölənlilər tayfasl barədə
Masallının indiki ərazisinin çox qədim tarixi olsa da, indiki Masallı şəhərinin tarixi çox da uzaqlara getmir.
Bu sahədə yazılı mənbələr olduqca az, daha doğrusu, “yox” səviyyiyyəsində olduğiundan yaşlı adamların dediklərinə istinad edərək bildirilir ki, bu günki Masallı şəhərində ilk məskunlaşanlardan biri Gölənlilər tayfası olmuşdur.
Həmçinin bildirilir ki, bu gölənlilər taryfası əvvəllər, təxminən 400 il əvvəl Türkiyənin Ərzurum şəhərinin Gərgər adlanan mahalında yaşayıblar. Sonralar bu mahalın bir qrup sakinin (onlar 7 qardaş olduğu deyilir) indiki Masallı ərazisinə üz tutublar. Bu tayfanın çoxlu at ilxıları (Hər 100 at bir ilxı hesab hesab edilirdi) olub.
Bu zamanlar indiki Masallı ərazisi də daxil bu torpaqlara qızılağaclı Musa xan rəhbərlik edirmiş.
Yaşlıların bildirdiyinə görə Gərgər mahalından qələn tayfanın başçısı Musa Xana 1 ilxı at hədiyyə edərək burada məskunlaşmağa icazə alır. Qardaşlardan biri Səmid indiki Səmidxan adlanan kəndin ərazisində yurd salır. Həmçinin Məmmədxanlı kəndinin də bu qardaşlarla bağlı olduğu barədə gümanlar var. Digər qardaşlar isə indiki Masallı şəhərinin Yuxarı Baş adlanan (cənubdan Şəhərdəki Təpədə yerləşən qəbiristanlıq, şimaldah Digah, Qərbdən Seybətin, şərqdən İsgəndərli kəndləri) ərazidə məskunlaşır, daha doğrusu, Masallı kəndində məskunlaşan ilk ailələrdən biri olub.
Göyənlilərin şəcərəsi
(Mənbə Türkiyə və Bakı Arxiv İdarələri. M. Kazımın “Talış xanının övladları” kitabı. II cild)
Bu tayfa ziyalılarının hazırladığı şəcərədə Göyən adlı qardaşın törəmələri Budağ, onun oğlu Ağamirzə, onun oğlu Əsədulla, onun oğlu Bağış, onun oğlanları Hüseyn və Hüseyn , Hüseynin oğlanları Əlisa, Rza İsrafil, Əsədulla, Dövlət, Arif, Həsənin oğlu Aydın, eləcə də həmin şəxslərin digər davamçılarının adı sadalanaır.
Bu nəslin üzvlərindən 2-ci Dünya Savaşından tutmuş 1-2-ci Qarabağ savaşlarına kimi 7 nəfərİ şəhid olmuşdur.
Göyənlilər nəslinin bir neçə nümayəndəsi Rza Əsədullayev, İsrafil Əsədullayev, Fəxrəddin Bağışov, gənc sahibkar Ruslan Bağışov, Kəmalə Əsədullayeva və başqalrının Masallının tarixində özünəməxsus xidmətləri olub.
Bu yazımızda həmin nəslinin dəyərli insanlarından biri – Kəmalə Əsədullayevanın atası haqqında təqdim etdiyi məlumatlar əsasında hazırladığımız yazını diqqətinizə çatdırırıq.
Həkim olmaqda imtina etdi, filosof olmağa çan atdı, sonda tarixçi oldu
Öz bacarığı, çevikliyi və zirəkliyi ilə seçilən Rza orta məktəbi əla və yaxşı qiymətlərlə bitirib. Öncə, Azərbaycan Dövlət Tibb Univertetinə qəbul olunub. Bu təhsil ocağı o dövrün ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılsa da, Rza burada təhsilni davam etdirmək, həkim olmaq marağında olmayıb. 1947-ci ildə, 21 yaşında həkimlik təhsilini yarımçıq qoyub Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olur və 1952-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə bitirir.
Paytaxtdan, ail məktəbdən imtina, dağ kəndində müəllimlikdən direktorluğadək
Rza Əsədullayevin təyinatı Azərbaycan Xalq Təsərrüfatı institutuna verilsə də, o, bu təyinatdan imtina edir. Necə deyərlər, ucqar dağ kəndində müəllim işləməyi paytaxda müəllim işləməkdən üstün tutur. Rus dili müəllimi ixtisasına yiyələnmiş həyat yoldaşı ilə birlikdə Lerikin ucqar kəndinə - Rvaruda da dərs deməyə yollanır.
Bir il orada çalışdıqdan sonra 1953 cü ildə həmin rayondakı Çayrud kənd məktəbinə tədris işləri üzrə direktor müavini təyin olunur. 1955 ci ildən həmin kənd məktəbində direktor kimi fəaliyyət göstərir.
O, Lerikdə adi müəllim olmadı, orada özü də ustalıq etməklə məktəb tikdi, məktəb yaratdı
Lerikin Çayrud kəndindəki məktəb o vaxtlar çox köhnə və yarasız binada yerləşirmiş. Rza müəllim kənd ağsaqqallarını çağırır və onlardan öz vəsaitləri hesabına yeni məktəb tikmək üçün yardım istəyir. Kənd camaatı da yığışır, “çiy kərpic” kəsir, meşədən ağac gətirir və kənddə şəkildə gördüyünüz məktəbi tikirlər.
Məktəbim tikintisində, inşaat işlərində Rza müəllim özü şəxsən çalışır. Bu nəslin ata-baba sənətlərinin ustalıq, xarratlıq olduğundan tikintinin taxta işlərinin hamısını təmənnasız özü görür.
Son illərə qədər çayrudlular həmin məktəbdə təhsil alırdı. Bu yaxınlarda isə H.Əliyev Fondunun dəstəyi ilə həmin kənddə yeni məktəb tikilib.
Xatırladaq ki, həyat yoldaşı Səmayə xanım da daim onunla birlikdə çiyin-çiyinə pedoqoji sahədə çalışıb. Lerikdə ilk ali təhsilli qadın rus dili müəllimləırindən biri olub.
Yuxarıda qeyd etdiyim kimi atamı təşəbbüsü ilə inşa edilən Çayrud məktəbi hazırda yeni binaya köçüb. Həmin köhnə məktəbdən isə kənddə musiqi məktəbi kimi istifadə edirlər.
Rza müəllim 5 ildən artıq ucqar dağ kəndində fəaliyyət göstərib, adi müəllimlikdən müavinliyə, direktorluğa yüksəlsə də 1957-ci ildə Masallıya qayıdır. Öncə Həsənli və Yeddioymaq kənd məktəblərində müəllim işləyir.
1959 cu ildən təqaüdə çıxana gədər isə Masallı şəhər 2 saylı orta məktəbində Tarix və İctimaiyyət fənnlərini tədris edir.
Rza müəllimin yaratdığı tarix muzey və dərnəyi, təşkil etdiyi ekskursiyalar, pulsuz məşğələlər
Daha sonra həmin muzeyin eksponatları Hişgədərə Tarix və Diyarşünaslıq Muzeyinə verilir.
İtkin həmyerlilərimizin axtarışında
Onun yaratdığı tarix dərnəyinin üzvləri ll Dünya müharibəsində itkin düşmüş əsgərlərin ailələri ilə görüşür, onların son məktublarını əldə edir, həmin məktublar gələn şəhərlərin Hərbi komidsarlıqları ilə əlaqə yaradır, itkin əsgərlərin aqibətlərini araşdırır.
Onun təşkil etdiyi ekskursiyalar başqa aləm idi
Rza müəllim tətil günlərində, xüsusən yay tətillərində uşaqların Bakı şəhərinə ekskursiyalarını təşkil edirdi. Dərnək üzvlərini muzeylərə, tarixi yerlərə aparır, alimlər, digər görkəmli şəxslərlə görüşdürürdü.
İndiki repititor müəllimlərdən fərqli olaraq ali məktəblərə tarix fənnindən imtahan verəcək şagirdlərlə tam təmənnasız əlavə dərslər keçirdi.
Onun 3 oğlu və 4 qızı olub. Oğlanları onun arzusuna uyğun olmasa da biznes sahəsi ilə məşğuldurlar.
Rza müəllimin 2-ci qızı Cəmilə Əsədullayeva öncə pedoqoji məktəbi, sonra isə Xalq Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət Bakının Yasamal Rayon Sosial Təminat Şöbəsində işləyib. Hal hazırda dövlət qulluqçusdur.
3-cü qızı Bəsti Bağırova Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirib və Bakı məktəblərinin birində müəllim işləyir.
4-cü bacım müəyyən səbəblərdən ali təhsil ala bilmədi.
Rza müəllimin 16 nəvəsindən 11-i ali təhsilli, qız nəvələrinin isə hamısı ali təhsillidir. Atam olduqca halal adam olmuş, bizi halal çörəklə böyütmüş, heç vaxt nə rüşvət verib, nə də rüşvət alıb. Onun davamçısı kimi mən də heç vaxt haram işə qol qoymamışam, tələbələrimdən heç vaxt təmənna ummamışam.
Atamın bizə 3 vəsiyyəti olub-
1. Heş kəsə paxıllıq etmə. Amma səndən çox bilənə həsəd apar və zəhmətinlə onu ötməyə çalış;
2. Əldə edə bilmədiyini özün yarat;
3. Əməllər et ki, həytda izin qalsın.
Qürur duyuram ki, babam Bağış, babam Hüseyn, əmim Əlisa rayonda məscidlər tikib, atam isə çalışdığı Lerik rayonunda məktəb tikib. Mənim isə gücüm tələbələr üçün çox gərəkli olan bir kitab yazmağa çatdı.
Qürur duyuram ki, belə bir nəslin davamçısıyam.
Qeyd: Göylənlilər tayfasının digər tanlnmışları haqqında isə yaxın vaxtlarda məlumat verəcəyik.
Hazırladı Zahir Əmənov[spoiler][/spoiler]

Rza Hüseyn oğlu Əsədullayev 1926-cı ildə, indi Masallı şəhəri (həmin vaxt Lənkəran qəzasının) adlanan ərazisinin Yuxarı Baş adlanan məhəlləsində anadan olub.

Rza müəllim şəhər 2 saylı orta məktəbinə müəllim təyin ediləndən sonra burada da “sakit və dinc” oturmur. Məktəbdə Tarix - Ölkəşunaslıq dərnəyi və muzeyi yaradır. O. kəndbəkənd gəzir, qədim əşyalar və qədim sikkələr toplayır, muzeyin bütün rəflərin, stendlerini, xəritələrini öz zəhməti ilə qurur.
Eləcə də Masallıdan olan alimlərin əsərlərini, tərcümeyi halını toplayır, həmin alimlərlə şagirdlərin görüşlərini təşkil edirdi.
Daha sonra həmin muzeyin eksponatları Hişgədərə Tarix və Diyarşünaslıq Muzeyinə verilir.
İtkin həmyerlilərimizin axtarışında
Onun yaratdığı tarix dərnəyinin üzvləri ll Dünya müharibəsində itkin düşmüş əsgərlərin ailələri ilə görüşür, onların son məktublarını əldə edir, həmin məktublar gələn şəhərlərin Hərbi komidsarlıqları ilə əlaqə yaradır, itkin əsgərlərin aqibətlərini araşdırır.
Onun təşkil etdiyi ekskursiyalar başqa aləm idi
Rza müəllim tətil günlərində, xüsusən yay tətillərində uşaqların Bakı şəhərinə ekskursiyalarını təşkil edirdi. Dərnək üzvlərini muzeylərə, tarixi yerlərə aparır, alimlər, digər görkəmli şəxslərlə görüşdürürdü.
İndiki repititor müəllimlərdən fərqli olaraq ali məktəblərə tarix fənnindən imtahan verəcək şagirdlərlə tam təmənnasız əlavə dərslər keçirdi.
Onun 3 oğlu və 4 qızı olub. Oğlanları onun arzusuna uyğun olmasa da biznes sahəsi ilə məşğuldurlar.
Qızı Kəmalə Əsədullayeva:- Rza müəllim qızların təhsilinə olduqca diqqət yetirir və 4 qız atası kimi özü də bu sahədə nümunə olmağa çalışırıdı.
O deyirdi ,,mənim oğlanlarım fəhlə olsa, bu mənim üçün ar deyil. Amma qızlarım kiminsə qulluqçusu olsa, məzarımın üstündə ot bitməz". Onun 4 qızının 3-ü ali təhsil aldı. Mən, Kəmalə Əsədullayeva Azərbaycan Dövlət tibb Universitetini bitirdim. Uzun müddət həkim işləməklə yanaşı, eyni zamanda pedoqoji fəaliyyətlə məşğul oldum. Tibb universiteti və tibb kollecləri üçün yazılan ,,Mamalıq" kitabının və video mühazirələrdən ibarət diskin müəllifiyəm. Hazırda isə Türkiyınin Bolu Universitetində kitabın türkcəyə çevrilməsi ilə məşğulam. (Kəmalə xanımın ömür yolu da ayrıca yazının mövzusudur və biz yaxın vaxtlarda həmin yazını sizə təqdim edəcəyik)
Rza müəllimin 2-ci qızı Cəmilə Əsədullayeva öncə pedoqoji məktəbi, sonra isə Xalq Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət Bakının Yasamal Rayon Sosial Təminat Şöbəsində işləyib. Hal hazırda dövlət qulluqçusdur.
3-cü qızı Bəsti Bağırova Azərbaycan Dövlət Pedoqoji Universitetini bitirib və Bakı məktəblərinin birində müəllim işləyir.
4-cü bacım müəyyən səbəblərdən ali təhsil ala bilmədi.
Rza müəllimin 16 nəvəsindən 11-i ali təhsilli, qız nəvələrinin isə hamısı ali təhsillidir. Atam olduqca halal adam olmuş, bizi halal çörəklə böyütmüş, heç vaxt nə rüşvət verib, nə də rüşvət alıb. Onun davamçısı kimi mən də heç vaxt haram işə qol qoymamışam, tələbələrimdən heç vaxt təmənna ummamışam.
Atamın bizə 3 vəsiyyəti olub-
1. Heş kəsə paxıllıq etmə. Amma səndən çox bilənə həsəd apar və zəhmətinlə onu ötməyə çalış;
2. Əldə edə bilmədiyini özün yarat;
3. Əməllər et ki, həytda izin qalsın.
Qürur duyuram ki, babam Bağış, babam Hüseyn, əmim Əlisa rayonda məscidlər tikib, atam isə çalışdığı Lerik rayonunda məktəb tikib. Mənim isə gücüm tələbələr üçün çox gərəkli olan bir kitab yazmağa çatdı.
Qürur duyuram ki, belə bir nəslin davamçısıyam.
Qeyd: Göylənlilər tayfasının digər tanlnmışları haqqında isə yaxın vaxtlarda məlumat verəcəyik.
Hazırladı Zahir Əmənov