Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı ölkənin iş adamlarına müraciət edib. O, yerli iş adamlarını işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağa çağırıb: “Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar”.
Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradıldığını vurğulayan dövlət başçısı deyib: “Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”. Prezident İlham Əliyev bildirib ki, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq, özəl sektorun nümayəndələri də bu işlərdə fəal olmalıdırlar.
Onu da qeyd edək ki, bu, Prezidentin yerli iş adamlarına Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqla bağlı ilk çağırışı deyil: son illərdə belə çağırışlar bir neçə dəfə olub. Azərbaycan Prezidenti həmçinin xarici şirkətləri də ölkəyə dəvət edib, onların biznes fəaliyyətinə şəxsən təminat verdiyini açıqlayıb. Dövlət başçısının bu çağırışları, aydındır ki, səbəbsiz deyil. Belə ki, hazırda Azərbaycan iqtisadiyyatı maliyyə resurslarına çox kəskin ehtiyac duymaqdadır. Xüsusilə iqtisadiyyatın qeyri-neft sektorunda irihəcmli investisiyalara ehtiyac var. Bu sektorun inkişaf sürətinin artırılması, dayanıqlı artımın təmin olunması hazırda ölkə üçün həyati əhəmiyyət kəsb edir. Bir sıra istiqamətlərdə emal proseslərinin dərinləşdirilməsi istehsal zəncirinin növbəti həlqələrinin formalaşdırılması üçün imkanlar yaradır. Bu imkanlardan yararlanmaq üçünsə investisiya qoyuluşları zəruridir.
Xatırladaq ki, 2021-ci il dekabrın 10-da Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi; işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi; işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi; müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi; işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi; işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi və işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət‒özəl sektor tərəfdaşlığının inkişafı istiqamətlərində təkliflərini hazırlayaraq Prezidentə təqdim etmək tapşırılır. Göründüyü kimi, ölkə rəhbərliyi azad olunan ərazilərə yerli investisiyaları cəlb etmək üçün çoxşaxəli güzəşt və imtiyazlar tətbiq etmək niyyətindədir.
Nazirlər Kabinetinin məhz hansı təkliflər üzərində dayanacağı məlum deyil. Lakin yerli ekspertlər hesab edirlər ki, yalnız vergi-gömrük güzəştləri ilə biznesi azad olunan ərazilərə cəlb etmək mümkün olmayacaq. Belə ki, indiyədək Azərbaycanda investisiyaları stimullaşdırmaq üçün vergi güzəştlərindən geniş istifadə olunub. Xüsusilə sənaye parkları, məhəllələrində, aqroparklarda fəaliyyət göstərən biznes subyektləri uzun müddətə əksər vergilərdən azad edilib. Lakin bu gün Azərbaycan iqtisadiyyatında bu quruluşların payının gözlənildiyi səviyyədə olduğunu söyləmək mümkün deyil. Buna görə də sahibkarları, maliyyə imkanları olan digər şəxsləri azad olunan ərazilərə cəlb etmək üçün daha təsirli alətlərdən istifadə olunması vacibdir. Mütəxəssislərin fikrincə, belə alətlər biri kimi qaz, elektrik enerjisi və su ilə təchizat sahəsində, həmçinin bu xidmətlərdən istifadə haqlarında güzəştlərin tətbiqi çıxış edə bilər. Eyni zamanda dövlətin əlində olan resurslardan – xüsusilə torpaqdan, digər infrastrukturdan istifadə sahəsində hər kəsə bərabər imkanların yaradılması vacibdir.
Təcrübə göstərir ki, dövlət şirkətlərinin əlində olan xammal, yaxud ilkin emaldan keçmiş yarımfabrikatların əldə olunmasında biznes subyektləri arasında ciddi ayrı-seçkiliyə yol verilir. Bu kimi halların qarşısı alınmalıdır. Daha bir mühüm məsələ monopolist şirkətlərin(özəl və ya dövlət olması fərq etmir) kiçik və orta sahibkarlara qarşı diskriminasiyasına son qoyulması, bütün dövlət idarəetməsi pillələrində sahibkarlara bərabər yanaşmanın tətbiqidir.
Azərbaycana investisiya cəlbi sahəsində ən mühüm problemlərdən biri ədalətli məhkəmə sisteminin olmaması hesab edilir. Bu vəziyyəti köklü dəyişmək üçün ölkədə məhkəmə-hüquq islahatlarının davamlılığının təmin olunması, mülkiyyət hüququna ən yüksək səviyyədə təminatın verilməsi zəruridir.
O da məlumdur ki, Azərbaycanda maliyyə imkanları yüksək olan insanların sayı heç də az deyil: xarici ölkələrdə aşkarlanan çoxmilyonlu bank hesabları, əmlak və bizneslər göstərir ki, ölkədə çoxları qanuni-qanunsuz, əldə etdikləri vəsaitləri kənara çıxarıblar. Bir sıra ekspertlərə görə, bu proses hazırda da davam edir. Bu axının qarşısını almaq, xaricdə saxlanan vəsaitlərin ölkəyə qayıtmasını təmin etmək kifayət qədər ciddi bir vəzifə olaraq qarşıda durur. Bunun ən optimal yolu kimi maliyyə və əmlak amnistiyasının tətbiqi göstərilir.
Xatırladaq ki, son illərdə Azərbaycan hökumətindən maliyyə və əmlak amnistiyası üzərində düşünüldüyü barədə məlumatlar bir neçə dəfə açıqlanıb. Lakin indiyədək bu istiqamətdə real addımların atılması müşahidə olunmur. Halbuki əksər mütəxəssislər ölkədən bu və ya başqa yollarla çıxarılmış milyardlarla dollar vəsaitin geridönüşünə nail olmağın əsas yolu kimi belə amnistiyanı görürlər.
Son olaraq qeyd edək ki, işğaldan azad olunan ərazilərə sahibkarların marağı var. Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır.
Prezidentin müvafiq fərmanları ilə Cəbrayıl rayonunda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının, həmçinin Ağdam Sənaye Parkının yaradılmasına başlanıb. Birinci parkın ərazisinin minalardan təmizlənməsi prosesi davam edir. Ağdamda isə işlər parkda müəssisələrin yardılması mərhələsinə çatıb. Bu Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
Açıqlanan rəsmi məlumata görə, Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankomat quraşdırılıb.
Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.
Hökumət bəyan edir ki, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.
Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Yaxın vaxtlarda müəssisənin layihələndirmə işlərinə başlanacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.
Digər rezident -“Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr xalça istehsal ediləcək. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. “Dadaş-N” MMC də Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən yararlanacaq. Sənaye Parkının 2 hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan 24 ay müddətinə istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılmaqla yanaşı, MDB ölkələrinə ixrac olunması planlaşdırılır.
Heç şübhəsiz ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında da iş qurmaq istəyən sahibkarlar çox olacaq. Lakin iki parkla azad olunan ərazilərdə iqtisadiyyatın sürətli və dayanıqlı inkişafını təmin etmək, əlbəttə, mümkün deyil. Ölkə Prezidenti məhz buna görə yerli iş adamlarını azad olunan ərazilərə dəvət edir. İndi hər şey hökumətin sahibkarlar üçün təkliflərinə, onlara yaradılacaq şərtlərə və imkanlara bağlıdır. Bu təkliflər, şərtlər və imkanlar hamı üçün eyni və cəlbedici olacaqsa, yalnız azad olunan ərazilərimizin deyil, bütün ölkəmizin iqtisadiyyatında sürətli və dayanıqlı inkişafı təmin etmək mümkün olacaq./musavat com