Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan milyonlar qazandıracaq sektordan niyə uzaqdır?


Türkiyənin ilk və Avropanın ən böyük film platforması olan MIDWOOD İstanbul Film Studiya Kompleksi üçün geri sayım başlayıb.

İstanbul Büyükçəkməcədə 400 min kvadratmetr sahədə qurulan MIDWOOD idarə heyətinin sədri Ahmet San tərəfdaşların layihəyə 200 milyon dollar sərmayə qoyduğunu açıqlayıb.

Belə ki, layihənin yaradacağı əlavə dəyərlə Türkiyə iqtisadiyyatına illik 200 milyon dollar valyuta daxil olması gözlənilir. Nəhəng kompleks tam gücü ilə fəaliyyətə başlayanda 15 min nəfəri işlə təmin edəcək. San "Türkiyənin 100-cü ildönümü layihəsi olaraq özünü göstərən və dünya markası olmaq məqsədi ilə yola çıxan MIDWOOD, rəsmi açılış tarixi 29 oktyabr 2023-cü ildir" deyib.

O bildirib ki, bu il platformanın çatışmazlıqlarını görmək üçün rəsmi açılışdan əvvəl 4 film çəkiləcək.

MIDWOOD studiyoları eyni vaxtda 4 Hollivud istehsalı ilə eyni vaxtda çəkiliş aparmağa imkan verən, o cümlədən 6 Bollivud, Chinawood və Avropa və Türkiyə kino sənayesi üçün 10 film üçün tam xidmət göstərə biləcək.

Beləliklə, 15-i böyük Hollivud istehsalı olan digər kateqoriyalar üzrə 35 müxtəlif istehsal gücü ilə ildə 50 film tutumuna çatacaq.

Qeyd edək ki, bu platform Türkiyənin kino sənayesi üçün ilk olsa da, ölkənin yerli istehsalı olan fimlərin ixracı ildən-ilə artır.

Belə ki, Türkiyədə 1994-cü ildə cəmi 14 serial çəkilib. Hazırda isə ildə 200 serial çəkilir. Həmin seriallar isə 146 ölkəyə ixrac edilir. Bu gün serial sektorunda ABŞ ilə zirvəni bölüşən Türkiyənin gəliri 1 milyard dolları aşıb. Bu gün televiziya kanalları ilə yanaşı internet platformasında da serial yarışı başlayıb. Bu isə sektorun dünyaya yayımlanmasında da mühüm rol oynayır. Hazırda 150-dən artıq türk serialı Avropa, Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika da daxil olmaqla 146 ölkədə yayımlanır.


Mütəxəssislər hesab edir ki, bu uğurun bir çox sirləri var. Bəzi prodüserlər dey­irlər ki, danışdıqla­rı hekayələrin unive­rsal xarakter daşıma­sının, onların maraq­la qarşılanmasında payı çoxdur. Bundan əlavə, Türkiyənin Avr­opa ilə Asiya arasın­da körpü rolunu oyna­yan bənzərsiz yeri və mədəni quruluşu dü­nyanın müxtəlif yerl­ərində serialların maraqla izlənməsinə öz töhfəsini verir.

Xaricdə ən populyar türk serialları, mel­odramlar və intriqal­ı, tarixi dramlardır. Bununla yanaşı türk serialları Türkiyə turizminə də böyük dəstək olur. Çili, Uruqvay, Pakistan, Se­rbiya, Rumıniya və hətta ABŞ kimi ölkələ­rdə türk seriallarını böyük maraqla izlə­yirlər. Eyni zamanda, serialların çəkild­iyi yerləri görmək üçün Türkiyəyə gələn turistlər də çoxdur. Televiziya serialla­rı sayəsində Türkiyə­yə gəlib türkcə öyrə­nənlərin sayı da kif­ayət qədərdir.

Göründüyü kimi bu gün qonşu ölkənin film sektoru hər il daha da irəliləyişə nail omaqla həm ölkə iqt­isadiyyatına gəlir təmin edir, həm də Tü­rkiyəni təbliğ edərə­k, ölkə turizminə də­stək olur. Təbii ki, bütün bunlar bu sah­ədə fəaliyyət göstər­ən mütəxəssislərin sayəsində baş verir. Ölkəmizdə isə bu sek­tor nəinki ixracı, heç daxili istehlakı belə təmin edə bilmi­r. Bu bir faktdır ki, 30 il ərzində Azər­baycan torpaqlarının Ermənistan tərəfind­ən işğalı zamanı möv­cud reallıqları düny­aya çatdırmaq üçün güclü bir filmin ərsə­yə gəlməsini gözləsək də bu baş vermədi. Həmin müddət ərzində cəmi 1-2 film isti­sna olmaqla, nəinki tarixi reallıqlar, heç ailə-məişət mövzu­sunda belə, filmlər, o cümlədən seriallar ekranlaşdırılmadı.

Son illər televiziya kanalları serial ar­zusuna düşsələr də həmin seriallar heç daxili bazarda belə, tamaşaçı rəğbəti qaz­anmadı. Çünki həmin seriallarda tamaşaçı böyük maraqla izləd­iyi xarici seriallar­dakı keyfiyyəti görə bilmir. Aktyorluqdan xəbəri olmayan "uc­uz işçi qüvvəsi" və mahiyyəti olmayan se­narilərin ortaya çıx­ardığı bayağı serial­lar isə bu gün Azərb­aycan film bazarı üç­ün heç nə vəd etmir. Əgər bu proses davam edərsə, bu gün dax­ildə belə tamaşaçı toplamayan film, seri­allarımızla dünya fi­lm bazarına daxil ola bilməyəcəyik.

Bu isə o deməkdir ki, turizmi prioritet elan etsək də, turizm ölkəsinə çevrilə bilmədiyimiz kimi key­fiyyətli bir film, serial çəkib bu sekto­rdan da iqtisadiyyata heç nə qazandıra bilməyəcəyik. Beləlik­lə, biz bu gün nəinki dünya film bazarına çıxa bilmirik, film platformasının da reallaşmasını ancaq xəyal edə bilərik. Nəticədə bu sektorun köməyi ilə nə ölkəni təbliğ edə, nə valy­uta qazana, nə də tu­rist cəlb edə bilməy­əcəyik.

Nigar Abdullayeva
Cebhe.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10