Məlumdur ki, cinsi əlaqə insana çoxlu həm fiziki, həm də emosional hisslər yaşadır. Fiziki təmas immun sistemini möhkəmləndirir və yuxuya müsbət təsir edir. Həmçinin orqazm zamanı "sevgi hormonu" olan oksitosin ifraz edilir ki, bu da insanlar arasında etibarlı münasibətlərin yaranmasında mühüm rol oynayır. Lakin bəzən insanlar sekslə məşğul olduğu zaman və ya bundan bir qədər sonra həyatlarını itirir.
Vestminster Universitetindən doktor Devid Si Qeyz belə ölümlərin ehtimal edilən səbəblərini izah edib.
Cenub.az xəbər verir ki, bu barədə The Conversation nəşri məlumat verib
"Seks zamanı və ya ondan sonra vaxtından əvvəl ölümün səbəbi böyük fiziki gərginlik, həmçinin erektil disfunksiyanın müalicəsi üçün dərmanların qəbuludur. Bunlardan biri ölümə gətirib çıxara bilər", - doktor Devid Si Qeyz belə deyib.
Onun sözlərinə görə, yaş ötdükcə, qəfləti ölüm riski də istənilən səbəbdən artır.
Bu yaxınlarda aparılan məhkəmə təbabəti patoloji-anatomik tədqiqat zamanı alimlər 33 illik dövr üçün 32 qəfləti ölüm epizodlarını öyrəniblər.
Araşdırmaların nəticələri göstərib ki, 0, 2 faiz hallarda ölüm halları cinsi əlaqə zamanı baş verib.
Qəfləti ölüm əsasən kişilərdə (orta yaşı 59) baş verib və əsas səbəb ürək tutması, məhz miokard infarktı olub.
Seksual fəallıq zamanı ürək patologiyasından baş verən qəfləti ölümlərə həsr edilən tədqiqatlar daha erkən ABŞ-da, Fransada və Cənubi Koreyda aparılıb və analoji nəticələr alnıb.
Lakin bu yaxınlarda Müqəddəs Georginin London universiteti alimlərinin tədqiqatları göstərib ki, cinsi əlaqə zamanı və ya ondan sonra təkcə orta yaşlı kişilər deyil, qadınlar da dünyalarını dəyişə bilər.
Məsələn, JAMA Cardiology jurnalında dərc edilən tədqiqatda 1994-cü ildən 2020-ci ilin avqustunadək baş verən 6847 qəfləti ölüm halları öyrənilib. Onlardan 17 epizodda ( 0, 2 % ) ölüm ya cinsi əlaqə zamanı,ya da ondan bir saat sonra baş verib.
Ölənlərin orta yaşı 38 təşkil edib, 35 % hallarda ölüm qadınlarda baş verib.
"Yeni tədqiqatlar göstərir ki, belə hallar təkcə orta yaşlı kişilərlə deyil, qadınlarda da baş verə bilər. Həm də hər ikisi seks zamanı daha cavan yaşlarında da ölə bilər", - doktor Qeyz qeyd edib.
Ölüm səbəblərindən biri ürək tutması deyil, ürək ritminin qəflətən pozulması olub ki, bu da qəfləti aritmik ölüm adlanır.
Ölümün ikinci səbəbi aortanın (ürəkdən çıxan ən böyük arteriya) parçalanması olub. Bu zaman bədəni qanla təchiz edən ən iri arteriyanın divarlarında olan təbəqələr dağılır, qan onların arasından axır və dağılma baş verir.
Yerdə qalan hallarda ölüm kardiomiopatiya səbəbindən baş verib, bu, ürək əzələsinin xəstəliyidir, bu zaman ürək qanı bədənin digər hissələrinə çətinliklə vurur.
"Əgər 50 yaşınadək insanlar ürəyində problem olmasından xəbərdardırsa, kardioloqdan məsləhət almalıdır ki, cinsi əlaqə zamanı qəfləti ölümdən yan keçə bilsinlər", - Qeyz sözlərinə yekun vurub.