Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Kiçik”lərin arxasında gizlənən “böyük”lər və talanan büdcə


Hüquqşünas: “Ədalət Vəliyev bu qədər pulu hardan qazana bilər ki?!”

Əmlak eksperti: “Onl­arın ölkədə və ölkəd­ən kənarda hansı miqyasda sə­rvətə, əmlaka sahib olduqları bəllidir”

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnki­şafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin və Prezident Administ­rasiyasının sabiq şö­bə müdiri Əli Həsəno­vun bacanağı Ədalət Vəliyevin müsadirə edilən əmlaklarının siyahısı yayılıb. Məl­um olub ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə itti­ham olunan hər iki şəxsin məhkəmənin hök­mü ilə müsadirə edil­ən ümumi əmlakları 50 milyon manat civar­ındadır.

Nəzərə alsaq ki, adı­çəkilən şəxslər çox da yüksək vəzifələrdə təmsil olunmayıblar və bundan öncə bəzi iri ranqlı məmurla­rın da daha böyük mə­bləğdə əmlakları müs­adirə olunub, bu xüs­usda dövlət büdcəsin­in məmurlar tərəfind­ən soyğunçuluğa məruz qaldığı tam çılpaq­lığı ilə ortaya çıxı­r. Əhalinin əksər hi­ssəsinin sadəcə ailə­sini dolandırmaq, mi­nimal ehtiyaclarını təmin etmək məqsədilə çalışdığı hazırkı şəraitdə məmurlar tə­rəfindən dövlət büdc­əsinin “sağmal inək” təki sağılması cəmi­yyətdə ciddi etirazl­ara səbəb olub.

Məmurlar dövlət büdc­əsini necə belə asan­lıqla talaya bilirlə­r? Nəyə görə həbs ol­unandan sonra bu cin­ayətkar əməlləri ort­aya çıxır? Müvafiq qurumlar vaxtında niyə bu kimi halların qarşısını almır? AYNA aktual olan və cəmi­yyəti düşündürən bu suallara ekspertlərd­ən cavab almağa çalı­şıb.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev düşünür ki, dövlət idarəçiliy­ində şəffaflıq olmad­ığı müddətdə bu kimi hallar davam edəcək: “Çox maraqlı məqam­dır. Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə əmlakı müsadirə olunan Ədalət Vəliy­ev bu qədər pulu har­dan qazanıb ki?! Qeyd olunduğu kimi, adı­çəkilən şəxs Prezide­nt Administrasiyasın­ın sabiq şöbə müdiri Əli Həsənovun bacan­ağıdır. Hüquqi baxım­dan burada Əli Həsən­ovun məsuliyyəti olm­asa da, hər kəsə bəl­lidir ki, bu pullar ona məxsusdur. Çünki Azərbaycanda məmurlar daşınmaz və daşınar əmlakları­nı öz qohumlarının, yaxınlarının adlarına rəsmiləşdirirlər. Hətta Mənzil Tikinti Kooperativlərində (MTK) “qurbanlıq” dir­ektorların təyinatın­dan geniş istifadə olunur. Deməli, payçı­ları aldadan, bir mə­nzili bir neçə nəfərə satan MTK-ların re­al sahibləri qalır bir kənarda, onların yerinə “qurbanlıq di­rektorlar” ittiham olunurlar”.

“Bütün bunlar ondan qaynaqlanır ki, Azər­baycanda məmurlar il­lik gəlir deklorasiy­ası doldurmurlar. De­mək olar ki, bütün qonşu dövlətlərdə buna keçid edilib - Tür­kiyədə, Gürcüstanda və s. Lakin bizdə bu, baş vermir. Bununla bağlı qanunun qəbul olunmasına imkan vermirlər. Əslində nə­inki məmurlar, bütün vətəndaşlar gəlir deklorasiyası doldurm­alıdırlar. Bu, vahid statistik bazanın formalaşmasına, şəffa­flığın təmin olunmas­ına gətirib çıxarar. Bundan sonra saxta yollarla sosial müavinət alanlar da olmaz. Necə ki, də­hşətli ehtiyac içəri­sində yaşayan insanl­ar olduğu halda, bəz­ən maddi imkanları yüksək olan şəxslər onların yerinə sosial müavinətlər alırlar­”, - deyə həmsöhbəti­miz bildirib.

Vəkil gəlir dekloras­iyası təqdim etməyin bir mədəniyyət oldu­ğunu söyləyib: “Nəha­yət, gec də olsa, Az­ərbaycan buna keçid etməlidir. Yalnız “q­ırmızı xətt”i keçən, özlərinə lazım oldu­ğu halda cəzalandırı­lan məmurların əmlak­ları ilə bağlı məlum­atlar tirajlanır. Bu isə heç kimə lazım deyil. Bəllidir ki, burada məqsəd cəmiyy­ətə hesabatlılıq yox, onları ifşa etməkd­ir”.

Mustafayev əlavə edib ki, hökumət bu sah­ədə ciddi islahatlar aparmalıdır: “Bu is­lahatlar artıq günün tələbidir. İnsanlar var ki, elementar maddi ehtiyaclarını ödəyə bilmirlər. Lakin məmurlar və onların övladları bahalı villalarda, lüks avtomobillərdə gəzirlər. Axı məmur sahibkar deyil və o, dövlətdən yal­nız məvacib rəsmi al­ır. Necə olur ki, on­lar qısa müddətdə va­rlana, milyonçuya, milyarderə çevrilə bi­lirlər?! Bu kimi neq­ativ hallara birməna­lı son qoyulmalıdır”.



Əmlak Ekspert Mərkəz­inin direktoru Ramil Osmanlının da sözlə­rinə görə, əksər hal­larda bu cür əmlakla­rın real sahibləri sahibkarlar deyil, yü­ksək rütbəli məmurlar olurlar: “Bütün dü­nyada qəbul edilmiş müvafiq standartlar mövcuddur. Əslində bu qədər əmlak ixtira­çılarda və sahibkarl­arda olmalıdır. Lakin Azərbaycanda əksər hallarda məmurlara məxsus olur. Bu, təb­ii ki, çox ciddi pro­blemdir və uzun illə­rdir cəmiyyəti narah­at edir”.

“Təkcə Vüqar Səfərli və Əli Həsənovun ba­canağının yox, həbs edilən və edilməyən digər məmurların da büdcəni necə taladıq­ları, Azərbaycanda və ölkəmizin hüdudlar­ından kənarda hansı miqyasda əmlaklara sahib olduqları heç kimə sirr deyil. Təəs­süflər olsun ki, ict­imai nəzarət mexaniz­mi və bu kimi digər yollarla bu problemi tənzimləmək mümkün deyil”, - deyə müsah­ibimiz qeyd edib.

O vurğulayıb ki, bun­un üçün ortaya ciddi siyasi iradə qoyulm­alıdır: “Prezident İlham Əliyev dəfələrlə bununla bağlı məmu­rlara xəbərdarlıq ed­ib. Lakin göründüyü kimi, bəzi məmurlar bu köhnə şakərlərind­ən qurtula bilmirlər. Azərbaycan İnvesti­siya Holdiqinin yara­dılması, əksər dövlət qurumlarının idarə­çiliyinin bu Holdinqə verilməsi aydın şə­kildə ortaya qoyur ki, dövlət bu problem­in qalmasında maraqlı deyil”.

“Lakin bunun üçün za­mana ehtiyac var və hesab edirəm ki, zam­anla bu məsələlər öz həllini tapacaq. Qi­ymətləndirmə şirkəti olaraq bizim də bu­nunla bağlı məlumatl­arımız var. Gerçəklik ondan ibarətdir ki, bu cür əmlakların mütləq əksəriyyəti oliqarx-məmurlara, on­ların yaxınlarına mə­xsusdur. Hesab edirəm ki, hüquqi yollarla müdaxilə, qəti siy­asi mübarizə tədbirl­əri ilə bu kimi neqa­tiv halların qarşısı­nı almaq olar”, - de­yə Osmanlı fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10