Amerikalı astronavt: "Mən kosmosda gördüklərimdən sonra təsadüf sözünü dilimə gətirməkdən utanıram..."
(Əvvəli burada://moderator.az/maraqli/405529/kainatin-cansiz-ve-canlilarin-insanin-tesadufen-yarandiini-iddia-edenlere-mentiqi-cavab/ )
Elm təsadüfü rədd edir...
Təsəvvür edək ki, binanı təşkil edən daşlar 1 rəqəmindən başlayaraq 1,2,3,4,5,6,7 və s. ardıcıllıqla nömrələnmiş və bu ardıcıllıqla hörülmüşlər. Bu binada daşların belə ardıcıllıqla hörüldüyünü görən hər hansı bir şəxs heç düşünərmi ki, daşlar binaya təsadüfən, yaxud öz-özünə ədədlərin sırası qanununa görə hörülmüşdür?
Əvvəla, heç kəs yuxarıdakı iddiaları qəbul etməz, digər tərəfdən, riyazi hesablamalar belə bu cür fikri qətiyyətlə rədd edir. Onlar varlığın təsadüfən əmələ gəlməsini yoxlamaq üçün çox sadə bir eksperimentə müraciət etmiş və bu nəticəni almışlar: taxtadan, yaxud dəmirdən düzəldilmiş 1-dən 10-dək rəqəmləri nərdin zəri kimi qarışdırıb yerə atmaqla nə zamansa onların 1-dən 10-dək (1,2,3,4,5,6,7,8,9,10 şəklində) ardıcıl şəkildə yerə düşüb düzülməsi ehtimalını hesablamışlar. Bilirsiniz, ortaya necə bir hesab çıxmışdır? Mə’lum olmuşdur ki, belə bir ardıcıllığın təsadüfən gerçəkləşməsi e’timalı 1/10 milyarda bərabərdir, yəni bu hərəkəti 10 milyard dəfə təkrar etsən, bəlkə 1 dəfə istədiyin nəticəni ala bilərsən. Əgər bu rəqəmlərə daha ikisini -11 və 12-ni də əlavə etsək, bu dəfə 1-dən 12-dək rəqəmlərin ard-arda düzülmə ehtimalı daha 10 dəfə artaraq 1/100 milyard, 24-dək artırsaq, həmin ehtimal 1/100 milyard x 100 milyard qədər olacaqdır ki, belə bir ehtimalın həyata keçməsini gözləmək qətiyyən ağla sığan iş deyildir.
İndi özünüz düşünün: əgər 10 rəqəmin kortəbii olaraq, təsadüfən ardarda sıra ilə düzülməsi mümkün deyildirsə, o zaman bu rəqəmlərlə müqayisədə çox mürəkkəb olan yüzlərlə mikrovahiddən ibarət ən sadə canlı orqanizmin-proteinin təsadüfən əmələ gəlməsindən danışmaq olarmı? Həmin qaydada hesablamalara görə bir protein molekulunun təsadüfən əmələ gələ bilməsi üçün 1x10x160 ehtimal lazımdır. Bu ehtimalın həyata keçməsi üçün isə 10 rəqəminin arxasına 160 sıfır qoyduqdan sonra alınan rəqəm qədər il lazımdır ki, tək bir proteinin yaranmasına ümid bəslənə bilsin...
Məşhur Avropa alimləri, fizik və bioloq Frank Allon, isveçrəli alim Çarlz Guye, kimyaçı professor İohan Adolf Büxler və yüzlərlə başqaları belə bir fərziyyəni ağlasığmaz, elmsizlik kimi dəyərləndirmişlər...
Atomlari hərəkət etdirən qüvvət nədir?..
Müasir mikroskoplarla canlıların ən kiçik parçası və canlı orqanizminin bir zərrəsi olan hüceyrəni tədqiq edərkən heyrətamizliklərlə qarşılaşırıq. İlk nəzərimizə çarpan fərq insan vücudunu təşkil edən hüceyrələrlə heyvanların və bitkilərin hüceyrələrini təşkil edən maddənin quruluşu olacaqdır. Məsələn, insan bədənindəki bir hüceyrənin hemoglobilininin sayi 69 mindirsə, heyvan hüceyrəsindeki hemoglobilinin sayi 40.mindir. Bu say heç bir zaman dəyişməz. Bunların düzülüşü isə qarşı-qarşıya, zəncirvarı və bir-birinə uyğundur.Bu zəncirin halqalarının hər hansı birinə müdaxilə edildiyi an, zəncir pozulacaq və canlı həyatdan məhrum olacaqdır.
Hər hüceyrənin içindəki kimyəvi maddələr fərqli miqdarda və fərqli çeşiddədir. Birində dəmir, o birində fosfor, başqa birisində isə magnezium olmaqla yanaşı onların miqdarları da fərqlıdır. Bu dəyişməzlik, qanunauyğunluq və nizam bizə : “Zərrələri hərəkət etdirən, atomlara yol göstərən, bunları şəkilləndirib, nizama salaraq insanı, heyvanı, bitkini və bütün əşyanı özünəməxsus xüsusiyyətlərlə ayrı-ayrı yaradıb yaşadan Allahdır” -deyir.
Bu həqiqətlə rastlaşan Hegel və Buxner kimi Qərbin bəzi kimya alimləri inadlarından dönməyib bu dəfə “Protoplazma nəzəriyyəsi” adlanan bir fikir irəli sürdülər. Onlar bu qənaətə gəlmişdilər: “Madəm, yer üzündəki atomlar insanı var etməyə, yaratmağa qadir deyildir, o zaman ilk canlı da başqa bir planetdə meydana gəlmiş, sonra kosmik fırtınalar nəticəsində həyat rüşeyimləri halındakı protoplazmalar dünyamıza enmiş və həyata mənşə olmuşlar. Sonra stoplazma, sonra hüceyrə, daha sonra canlılar meydana gəlmişdir.” Bu fikirlə ilk tanış olan kimi ağla bu sual gəlir: elədirsə, onda o biri planet və ondakı həyat rüşeymi haradan meydana gəlmişdir?..
Amerika astronavtının qeydləri...
Amerika astronavtı Con Qlin yazırdı: “Kosmik” Tədqiqatlar İnstitutunda işlədiyim vaxtlar idi. Bir gün əlimə balaca bir kitab keçdi. Kitab fəza və fəzanın ölçüləri haqqında idi. Kitabda fəzanın möhtəşəmliyindən bəhs edən iki abzas diqqətimi cəlb etdi. Burada deyilənləri başa düşmək üçün əvvəlcə işıq ilinin nə demək olduğunu bilmək lazım gəlirdi. Yəqin siz də yaxşı bilirsiniz ki, işıq saniyədə 300 min kilometr məsafə qət edir. Bu isə bir saniyədə yer ətrafını yeddi dəfə fırlanmaq deməkdir. Bu hesabla bir işıq zərrəciyinin bir ildə qət etdiyi məsafə təqribən 9,5 milyon kilometrin milyon mislinə bərabərdir. Bizim yaşadığımız qalaktikanın diametri isə təqribən 30.000 işıq ilidir. Qalaktikamızın öz oxu ətrafında fırlanma sürəti isə daha böyükdür – 200 milyon işıq ili. İndi Günəş sisteminin nə böyüklükdə olduğunu özünüz düşünün. Üstəlik, məsələ təkcə ulduz və planetlər arasındakı məsafə ilə bitmir və kainatda bizim qalaktikamızdan başqa milyonlarla başqa qalaktikalar da vardır. Digər tərəfdən, təkcə teleskopla gördüklərimizə baxıb kainatın ölçüsünü hesablamaq istəsək, ən azı 2 milyard işıq ili kimi bir rəqəmlə qarşılaşacağıq. İndi isə bizə məlum olan ən kiçik zərrəciklərdən birinin, yəni atomun quruluşuna nəzər salaq. Görürük ki, atomların da quruluşu Günəş sistemininki ilə eynidir. Kainatda hansı qanunlar işləyirsə, insanın var olmasında da eyni qanunlar işləyir. Bütün bunlar isə onu göstərir ki, insanı təşkil edən atomlar da Günəş sistemi kimi eyni Qüdrətin əsəridir. Digər tərəfdən, fəzada bu qədər cismin özbaşına, həm də heç bir səbəbsiz-filansız hərəkət etməsinə inanmaq qeyri-mümkündür və mən buna inanmıram da… Çünki qarşımızda möhtəşəm bir nizam var. İstər kainatın böyüklüyü, istərsə də bu möhtəşəm nizam mənə Allahın varlığından xəbər verir. Bir sözlə, ağıl sahibi olan bir adamın bu Böyük Qüdrətin varlığını inkar edəcəyini heç cür ağlıma gətirə bilmirəm. İndi də yuxarıdakı sürətlərlə, məsələn, Merkurinin sürətini müəyyən edək. Merkuri planetinin öz orbitinə daxil olması üçün saatda min km. sürət lazımdır. Yerin sürəti ilə (160 min km/saat) bu, böyük sürətdir. Lakin bütün hallarda fəzadakı sürətlərlə, yəni bizim ulduz adlandırdığımız o nəhəng peyklərin sürəti ilə müqayisədə çox astadır. İndi özünüz düşünün, bütün bunlara təsadüf demək nə qədər doğrudur? Üstəlik, mən kosmosda gördüklərimdən sonra təsadüf sözünü dilimə gətirməkdən utanıram...”
Meneviyyat.az