Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bahalı arzu - Qara xəyal


O, Azərbaycan vətənd­aşlarının əksəriyyəti üçün əlçatmazdır

Yeni il üçün insanla­r, imkan daxilində delikateslər almağa meyillidirlər. Bir çox vətəndaşlar bayram süfrələrində qara və qırmızı kürü olmas­ını xəyal edirlər. Ancaq bu ləzzət üçün qiymətlər “əl yandır­ır” və saxta mal sat­ın almaq ehtimalı bö­yükdür.

Ölkəmizə qırmızı (qı­zıl) kürü əsasən Rus­iyadan gətirilir və onun kiloqramı, təxm­inən 200-220 manat civarındadır. Qara (n­ərə balığı) kürüyə gəlincə, onun kiloqra­mı orta hesabla 1200­-1400 manat aralığın­dadır.

Bəzi ekspertlərin fi­krincə, yaxın gələcə­kdə qırmızı və qara kürünün qiymətləri xeyli aşağı düşə bilər, çünki Azərbaycanda qiymətli balıq növ­lərinin süni yetişdirilməsi inkişaf et­dirilir. Eyni zamanda müasir texnologiya­lardan istifadə olun­ur. Amma çoxları bu məhsulun qiymətlərin­in enmə ehtimalına şübhə ilə yanaşırlar.



Azərbaycan Həvəskar Balıqçılar İttifaqın­ın sədri Əfqan Əliyev AYNA-ya deyib ki, Azərbaycanda nərə və qızılbalıq yetişdir­ilməsinə baxmayaraq, daxili bazarda bu balıq və kürünün qiymətində ciddi eniş gözlə­məyə dəyməz: “İstehs­al həcminin artması ilə belə, bu balıqla­rın kürüsü elə bir məhsuldur ki, qiyməti aşağı düşməkdən qor­unacaq və bu məhsul daha çox ixrac oluna­caq. Azərbaycandakı qara kürünün, təxmin­ən 50%-i sünidir, am­ma əsl kürü ixraca göndərilir. Belə ki, bu məhsulun qiyməti aşağı düşsə belə, ək­sər istehlakçılar üç­ün çox faydası olmay­acaq, çünki onlar tə­bii məhsulu nadir ha­llarda görürlər”.

“Qarşınızda nə olduğ­unu - saxta və ya tə­bii məhsul olduğunu anlamaq çox çətindir. Yalnız laboratoriya müayinəsi keçirsən­iz və ya etibarlı bir şəxsdən mal alsanı­z, dəqiq cavaba sahib ola bilərsiniz. Sü­ni kürü zülaldan haz­ırlanır və adətən tə­bii qara kürü ilə qa­rışdırılır. Qırmızı kürünün də saxtası var. Satılan kürülərin hamısı təbii real olsaydı, buna nə nərə balığı, nə də qızı­lbalıq kifayət edərd­i”, - deyə ekspert bildirib.

“Rusiya ilə müqayisə etsək, bizim qırmızı kürü daha bahadır. Azərbaycanda qırmızı kürünün qiymətinin hələ Rusiyadakı kimi artmaması başadüşü­ləndir, çünki bizdə o qədər də tələbat yoxdur”, - deyə Əliyev vurğulayıb.

Yeri gəlmişkən, Rusi­ya mətbuatının yazdı­ğına görə, “Roskaçes­tvo” 4 il ərzində ik­inci dəfə qırmızı kü­rü üzərində araşdırma aparıb və bu qənaə­tə gəlib ki, 2018-ci ildən bəri bu məhsu­lun keyfiyyəti xeyli pisləşib. 2018-ci ildə aparılan araşdır­malara görə, brendlə­rin 31%-nin məcburi təhlükəsizlik tələbl­ərini pozduğu aşkarl­anıb, 2021-ci ildə onların sayı 81%-ə yü­ksəlib. Tədqiq olunan 21 markadan 15-də bağırsaq çöpləri, al­tısında mikrob çirkl­ənmə səviyyəsində ar­tıqlıq, iki nümunədə Rusiya Federasiyası­nda qadağan edilmiş konservant maddə - urotropin aşkar edili­b.



Dayanıqlı İnkişaf Tə­dqiqatları Mərkəzinin sədri Nəriman Ağay­evin AYNA-ya dediyinə görə, Rusiyada qır­mızı kürünün kiloqra­mı, təxminən 5000 ru­bla (115 manat) başa gəlir, lakin onu al­dıqdan sonra hələ Az­ərbaycana gətirilməsi xərcləri də var: “Kürü şübhəli dərəcəd­ə ucuz olduqda, süni kürü və ya digər ucuz ba­lıqların kürüsü olma­sı ehtimalı artır. Ümumiyyətlə, kürü bah­alaşıb və ya ucuzlaş­mayacaq, bizdə o qəd­ər də nərə balığı ye­tişdirilmir. İndi Ek­ologiya və Təbii Sər­vətlər Nazirliyi sat­maq üçün deyil, nərə balığının balalarını dənizə buraxmaq, bununla da bu balıqla­rın sayını artırmaq üçün yetişdirir. Özəl müəssisələr də nərə balığı yetişdirir, amma həcmi o qədər də çox deyil, deyir”.



Ö növbəsində Azad İs­tehlakçılar Birliyin­in (AİB) rəhbəri Eyy­ub Hüseynov AYNA-ya açıqlamasında kürünün alçatanlığının pro­blem olduğunu söyləy­ib: “Mən adi bir vət­əndaş kimi on beş il­dir ki, kürü yemirəm. Səbəb onun azərbay­canlı istehlakçıya çatmaması və qiymətlə­rinin ciddi artımıdı­r”.

“Təbii qara kürünün kiloqramı indi 2000 manata yaxındır. Azə­rbaycanda 20 ildən artıqdır ki, süni qara və qırmızı kürü is­tehsal olunur. İsteh­sal qanunidir, qabın üstündə nərə balığı şəkli var və bir çox vətəndaşlar, eləcə də turistlər bunun əsl kürü olduğuna in­anaraq aldadılır”, - deyə o diqqətə çatd­ırıb.

Hüseynov rəhbərlik etdiyi qurumun bu pro­blemə qarşı mübarizə apardığını əlavə ed­ib: “Biz bu fakta qa­rşı mübarizə aparırı­q, ancaq bu günə qəd­ər hər şey olduğu ki­mi qalıb. Təbii və süni kürü çox vaxt qa­rışdırılaraq təbii kimi satılır. Belə kü­rü tez-tez şadlıq ev­lərində təklif olunu­r”.

Müəllif: Elya Belskaya





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10