Təsadüf və təsadüfən əmələ gəlmə nədir?
Bir şeyin barəsində heç bir təsəvvür olmadan, əvvəlcədən planlaşdırılmadan, gözlənilmədən və heç bir kənar təsir olmadan meydana çıxmasına təsadüfən əmələ gəlmə deyilir.
Bu tərifdən anladığımız kimi, varlığın təsadüf nəticəsində meydana çıxmasını qəbul etmək, bəri başdan qanun-qaydanın, plan-proqramın, nizam- intizamın varlığını rədd etmək deməkdir. Çünki bu iki məfhum bir-birinə tam ziddir; əgər qanun və qanunauyğunluq vardırsa, təsadüf yoxdur, yox, əgər təsadüf vardırsa, o zaman da qanun, nizam-intizam, plan-proqram yoxdur.
Halbuki, hər birimiz kainatda riyazi, kimyəvi, fiziki, bioloji və bir sıra başqa qanunların var olduğunu nəinki bilirik, hətta onları orta məktəbdən başlayaraq sistemli şəkildə öyrənirik. Bu qanunları kəşf edənlərin adlarını bilirik, bu qanunlara adlar veririk və s. İndi ki, qanun, qayda, nizam, intizam vardır, demək təsadüf yoxdur.
Təsadüflər bəzən real, doğru görünərək adamı aldada bilər. Məsələn, birisi lövhədə yazılmış “Ana” sözünü göstərib iddia edər ki, onu heç kəs yazmayıb, hərflər təsadüfən ard-arda düzülmış və bu sözü əmələ gətirmişlər.
Bəlkə bu sözü deyənə inanan tapılar, lakin bu dəfə həmin adam “Anam gəldi” cümləsini göstərib yenə də “Bu cümlə təsadüfən, hərflərin ard-arda düzülməsi nəticəsində əmələ gəlmişdir”,-desə, ya o adamı dəli zənn edər, ya da sizi ələ saldığını düşünərək əsəbiləşərsiniz. Bir də qarşımızdakı bu kitabı, yaxud hər hansı başqa hekayə, roman, şer kitabını təsəvvür edin. Kim hərflərin, sözlərin təsadüf nəticəsində birləşməsi ilə kitabın meydana gəldiyini ağlına gətirər?
Çünki hekayənin, povestin, romanın, poemanın, kitabın öz-özünə əmələ gəlməsi üçün gərək ya onu təşkil edən hərflərin şüuru, ağlı, üstəlik də güclü iste’dad və qabiliyyəti olsun ki, onlar bir-birləri ilə sözləşib, razılığa gəlib bir mə’na ifadə edəcək şəkildə birləşsinlər, süjet qursunlar. Yaxud da kağız özü ağıllı və iste’dadlı olmalıdır ki, hərfləri bu cür, mə’na ifadə edəcək şəklində öz izərində düzsün, sonra da onları bitmiş bir fikir ifadə edən cümlələr şəklinə sal- sın, daha sonra isə onları bir süjet xətti üzrə sıralasın.
İndi düşünün! Əgər bir söz belə təsadüfən, öz-özünə yazıla bilmirsə, o zaman hər zərrəsi pozulmaz, minlərlə ayrı-ayrı qanunlardan, nizam və intiza- mdan xəbər verən bu kainatın, ondakı milyonlarla canlı-cansız varlıqların təsadüfən əmələ gəlməsindən danışmaq nə qədər məntiqli olar?
Bəlkə inadcıl oxucu, yaxud ağlı gözlərinə enmiş maddəçi yuxarıdakı məntiqlə razılaşmadı. Elə isə, nəzərlərimizi bizi əhatə edən aləmə çevirək və məktəbdə öyrəndiyimiz, həyatda rast gəldiyimiz ən sadə həqiqətlərə baxaq...
Varliği təşkil edən “kərpiclər”...
Kainatda – yerdə və göydə nə vardırsa, hamısı molekullar, atomlar adlanan çox kiçik zərrəciklərdən əmələ gəlmişlər. Əgər siz Mendeleyevin Elementlərin dövri cədvəlinə baxsanız, orada kainatda mövcud olan bütün elementlərin sırasını görəcəksiniz. Kainatda oksigen, hidrogen, azot, karbon, fosfor, kalsium, dəmir, civə və s. kimi bizə tanış olan kimyəvi elementlər mövcuddur və onların hər birinin özünəməxsus quruluşu vardır.
Qarşınızdakı kitabda sözlər, cümlələr, mətnlər cəmi 32 hərfin bir-bir- lərinə müxtəlif şəkildə birləşməsindən əmələ gəldikləri kimi, kainatda mövcud polan hər şey bu elementlərin, onları təşkil edən molekulların bir-birlərinə müxtəlif şəkildə birləşməsi nəticəsində əmələ gəlmişlər. Onlara elmi ədəbiyyat- da varlığı əmələ gətirən kərpiclər də deyirlər. Məsələn, bizim ən yaxından tanıdığımız və hər gün işlətdiyimiz su və xörək duzunu götürək. Su iki hdrogen və bir oksigen molekullarının birləşməsindən əmələ gəlmişdir. Kimyaçılar onun quruluşunu (H2O) şəklində göstərirlər. Xörək duzu isə 1 natrium və 1 xlor molekullarının birləşməsindən əmələ gəlmişdir. Onun kimyəvi formulu (NaCl) şəklində ifadə edilir.
“Kərpiclərin” yerini dəyişmək mümkündürmü?..
Bilirik ki, maddələri təşkil edən molekulların tərkibi o qədər sərt və ciddi quruluşa malikdir ki, onların tərkibinə azacıq müdaxilə edilərsə, həmin madddə dönüb başqa şeyə çevrilər. Məsələn, suyun quruluşuna azacıq müdaxilə edib daha bir Oksigen molekulu da əlavə edilsə, o, şəfalı su olmaqdan çıxıb zəhərə – Hidrogen Peroksidə (H2O2) çevrilər. Bu maddə qadınlara yaxşı tanışdır, onlar saçlarıni boyamaq üçün “Pereks” dedikləri bu maddədən istifadə edirlər. Amma indiyədək heç belə bir təsadüfə rast gəlinməyib ki, şəfalı su təsadüfən dönüb “Pereks” – hidrojen Peroksid olsun və insanı zəhərləsin...
İnsani təşkil edən “kərpiclər” – hüceyrələr...
Bir də canlı aləmə baxaq. Ondakı ən mükəmməl varlıq insandır. Bütün canlılar kimi insan da ən kiçicik canlı hissəciklərin – hüceyrələrin birləşməsindən ibarətdir. Bizim əllərimiz, ayaqlarımız, dərimiz, gözlərimiz, qulaqlarımız, beynimiz, ürəyimiz, bağırsaqlarımız, ciyərlərimiz, qan damarlarımız, sümüklərimiz gözlə görünməyən canlı "kərpic"lərdən – hüceyrələrin birləşmələrindən ibarətdir. Protein birləşməsindən ibarət bu hüceyrələr də kainatdakı materiallardan -oksigendən, karbondan, azotdan, fosfordan, kalsiumdan, dəmirdən və s. ibarətdir.
İnsan orqanizmində orta hesabla 60 trilyon hüceyrə, hər hüceyrədə isə 1 milyona yaxın protein vardır.Hər proteində orta hesabla 8 min amin turşusu birləşməsi vardır.Hər belə amin turşusu birləşməsinin də 5 elementdən ibarət olduğunu nəzərə alsaq, bir protein 40 min müxtəlif atomların birləşməsindən ibarətdir.Bu atomlar o qədər kiçik zərrəciklərdən ibarətdir ki, onlardan 10 milyonunu bir-birinin yanına düzsən, uzunluqları 1 mm belə olmaz. Belə mürəkkəb bir quruluşa malik canlı varlığın təsadüfən, yaxud öz-özünə meydana çıxmasını ehtimal etmək olarmı? Bu sualın cavabını riyaziyyatçılar verirlər...
(Davamı var)
Meneviyyat.az