Masallının tarixi ilə bağlı hər şey – tarixi keçmişi, toponimləri, inzibati-ərazi bölgüsü, kurqanları, qəbiristanlıqları, qalaları, ziyarətgahları, qalaları, hamamları, körpüləri, bulaqlar, ləmləri... qısası, rayonun tarix və mədəniyyət abidələri ilə bağlı hər şey.
Kitab bölgəmizin ən zəhmətkeş tədqiqatçı-tarixçi Ildırım Şükürzadə və araşdırmaçı-jurnalist (cenub.az və cənub xəbərtv-nin rəhbəri) Zahir Əmənovun gərgin zəhməti sayəsində başa gəlib.
Xatırladaq ki, İldırım Şükürzadə və Zahir Əmənovun birgə müəllifliyi ilə 2 il öncə bölgənin qalaları ilə bağlı “Bu qala bizim qala” kitabı oxuculara təqdim olunmuşdu.
Kitabın dəstəkçisi olmuş “Regional Hüquq və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbər, həmyerlimiz Arzu Bağırovaya, onun həyat yoldaşı Səməd Bağırova, eləcə də texniki işlərə qismən yardım etmiş Rusiyada yaşayan həmyerlimiz Hikmət Məmmədova dərin təşəkkür edirik.
Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov, naşir Cəsarət Qasımov, korrektor Asif Abbaszadə, dizayner Dönməz Abbasovdur.
Kitab 300 tirajla, olduqca yüksək keyfiyyətlə, müasir kitab nəşrinin ən son imkanlarından istifadə etməklə çox nəfis şəkildə çap olunub.
Əslində bu kitabı “Masallının pasportu” da adlandırmaq olar. Bu kitab hər bir təşkilatın- məktəbin, ərazi nümayəndəliklərinin, bələdiyyələrin, turist obyektlərinin stolüstü kitabı olmalıdır.
Hətta Masallıya ilk dəfə gələn, bu yurd haqqında heç bir məlumatı olmayan şəxsə bu kitab tam bələdçi ola bilər.