Masallı rayonu Ərkivan qəsəbəsinin Bədirli məhəlləsi təkcə dəyərli alimləri və ziyalıları ilə yox, həm də Qarabağ uğrunda döyüşlərdə igidliklə həlak olmuş 3 şəhidi ilə də fəxr edib və onların xatirəsini ehtiramla yad edir.
2017-ci il, dekabrın 20-də Bədirli məktəbində şəhidlərlə bağlı daha bir anım mərasimi keçirilib.
Belə ki, Bədirli məhəlləsinin ilk şəhidi Zahir Zülvüqar oğlu Nəcəfovun şəhid olmasının 25 illiyi ilə bağlı maraqlı tədbir düzənlənmişdir.
Tədbirdə İcra hakimiyyətinin, rayonun mətbuat, təhsil, mədəniyyət təşkilatlarının nümayəndələri, qocaman müəllimlər, veteranlar, hərbi qulluqçular iştirak edirdi.
Tədbirin əsas təşkilatçıları valideyn-müəllim assosiyasınan rəhbərləri Elşən Hacıyev və Afər Cahangirov mərasimin şəhid adına layiq keçirilməsi üçün zəhmətlərini əsirgəməmişdilər.
Vətənpərvərlik mahnıları. ədəbi-bədii kompozisiyalar, səhnəciklər və sair iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
Tədbirdə çıxış edənlər şəhid Zahirin igidliyindən, eləcə də əvvəllər şagird kimi yaxşı oxumağından, insan kimi mərdliyindən, alicənablığından geniş söhbət açdılar. Sonda şəhidin məzarı tədbir iştirakçıları tərəfindən ziyarət edildi.
Allah rəhmət eləsin.
Nəcəfov Zahir Zülfüqar oğlu 05 Mart 1973 cü ildə Azərbaycan Respublikası Masallı rayon Ərkivan qəsəbəsində dövlət qulluqçusu ailəsində anadan olmuşdur. Atası Zülfüqar kişi uzun müddət, təqaüdə çıxana qədər məhkəmə katibi işləmişdir. Zahir uşaq ikən(13 yanvar 1976) anası vəfat etmişdit.
Zahir 1980 ci ildə Masallı rayonu Bədirli kənd orta məktəbinin 1- ci sinifinə getmişdir. Məktəbdə oxuduğu dövrdə müəllimlərin və sinif yoldaşlarının arasında nümunəvi davranışı ilə yadda qalmışdır. O, 1988 ci ildə Bədirli kənd orta məktəbinin VIIIa sinifini bitirib, təhsilini Cəlilabad rayonu Prişib qəsəbə (indiki Göytəpə)108 saylı Texniki Peşə Məktəbində davam etdirməyə başlamışdır.
1991 ci ildə TPM bitirdikdən sonra "Ərkivan" sovxozunda istehsalat işlərində çalışmışdır. 1992-ci il Aprel ayının 20-də Masallı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır və DİN nazirliyinin "N"sayli hərbi hissəsində xidmətə başlamışdır.
Ağdam rayonunun Yeddixırman, Canyataq, Gülyataq, Naxçivansk və Fərruxbəyli kəndlərində gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür.
Döyüşdüyü dövrdə bir neçə yaralı cəbhə yoldaşını döyüş meydanından çıxarıb xilas etmişdir.
25 sentyabr 1992-ci ildə Ağdam rayonunun Fərruxdağ yüksəkliyində gedən döyüşdə düşmən snayperindən açılan atəş Zahir Nəcəfovu onurğasından ağır yaralamışdır.
İlkin cərrahiyyə əməliyyatından sonra helikopterlə Bakıya indiki Musa Nağıyev adına xəstəxanaya gətirilir və cərrahi əməliyyat olunur.
Həkimlərin səyinə baxmayaq 20 Dekabr 1992-ci ildə Zahir ŞƏHİDLİK zirvəsinə yüksəlir.
O, doğulduğu kənddə dəfn olunur.
1993 cü ildə Bədirli kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ramiz Abdullanın təşəbbüsü ilə Zahirin adı oxuduğu doğma məktəbə verilir. Məktəb indi Zahir Nəcəfovun adını daşıyır.