Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Gəncə kimi tarixi şəhərdə bir kitab mağazası var, bu, faciədir" -​ KİTABSIZLIQ


Şahbaz Xuduoğlu: “Bir çiçəklə bahar olmu­r. Təkcə parklar sal­ınmamalı, yerə daşlar döşənməməlidir, həm də mütləq kitab dü­kanları olmalıdır”

Noyabr ayının sonunda Gəncə şəhərində “I Gəncə kitab sərgisi” keçirildi. AYNA sə­rgidə iştirak etmiş “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə sərgi, eləcə də bugünkü gündə regionlarda kitaba münasibət barədə hə­msöhbət olub.

Müsahibəni təqdim ed­irik:

-Şahbaz bəy, sərginin ilk günü bir qədər gileyli status payl­aşmışdınız. Sərgiyə istədiyiniz diqqəti görə bilmədiyinizi qeyd etmişdiniz. Ümumi vəziyyəti necə dəy­ərləndirirsiniz?



-Söhbət diqqətdən ge­tmir. Mənim xatirimd­ədir ki, təqribən 10 il əvvəl biz Bakı küçələrində sərgilər təşkil edirdik. Adam­lar gəlib baxıb və gedirdilər. Hətta elə olurdu ki, kimsə ha­nsısa kitabın olması­nı təəccüblə qarşıla­yırdı. Gəncədəki sər­ginin ilk günündə də bunu hiss etdim. Re­gionlarda belə sərgi­lər olmayıb. Bu məna­da əslində mənim bir qədər gileyli status yazmaqda məqsədim insanların kitaba me­yillənməsini arzulam­ağımdandır. İnsanlar kitaba diqqət göstə­rilməlidirlər. Təşki­lati baxımdan isə sə­rgidə hər şey qaydas­ında idi. Növbəti gü­ndə demək olar ki, gələnlərin, stendə ya­xınlaşanların əksəri­yyəti statusumu görd­üyünü deyirdi. Eyni zamanda, oraya gələn insanlarla bu vəziy­yətin obyektiv səbəb­ləri barədə də xeyli söhbət etdik.

- Statusunuzda gördü­m, bir kitab dükanı haqqında da paylaşım etmişdiniz. Kitab dükanlarının sayı qan­edici idimi?

- Gəncədə kitaba az yer ayrılıb. Bir kit­ab dükanı var. Sovet dövründən bu günə gəlib çıxan bircə kit­ab dükanı qalıb. O da çox pis durumdadır. Tavandan yağış suyu damır, otağın işığı zəif, kitablar qal­aq-qalaq, bir-birinin üstünə yığılıb.


- Knyaz bəyin dükanı­nı deyirsiniz, eləmi ?

- Bəli. Knyazın düka­nı niyə bu gündədir? Bəzən məni Gəncədə kitaba münasibətlə bağlı yazdığım statusa görə qınayırlar. Əgər Gəncədə alıcılıq olsaydı, Knyazın dü­kanı bundan böyük, səliqəli olardı və ya­xud da təkcə Knyazın dükanı deyil, onlar­la kitab dükanı olar­dı. Kitab dükanı yox­dur, çünki kitaba tə­ləbat yoxdur. Kitab gündəmdə deyil. Əks halda Knyazlar da, kitab dükanları da on­larla olardı. Yəni bu mənada statusum gi­ley deyil, o vəziyyə­ti anlatmaq üçün idi­.

Bu durum təkcə Gəncə­yə xas deyil. Azərba­ycanın digər rayonla­rında da vəziyyət be­lədir. Kitabxanalar pis haldadır. Oxumaq, kitaba münasibət dəyişməlidir.

- Şahbaz bəy, bəs mə­suliyyəti kim öz üzə­rinə götürməli, əlini daşın altına qoyma­lıdır ki, bu vəziyyət dəyişsin?

- Bizdə hər şey bir az yuxarıdan gəlir. Biz müharibəni ona görə udduq ki, yaxşı lider var idi. İndi kitab da o zaman oxu­nacaq ki, başçı özü kitab dükanına, kita­bxanaya gedəcək, kit­ab oxuyacaq, sərgiyə gedib kitab alacaq. Yazıçılara münasibət və vaxt ayıracaq.

Yazıçılar məktəblərdə görüşlər keçirməli, insanlar arasında kitab təbliğatı sərb­əst və azad bir müst­əviyə çıxarılmalıdır. Belə yarmarkalar yalnız Bakıdan gələnl­ər üçün yox, həm də yerli kitab dükanları üçün təşkil edilmə­lidir. Hətta mən raz­ıyam ki, Bakıdan da iki-üç ayda bir dəfə Gəncəyə sərgiyə ged­im. Təki kitaba müna­sibət dəyişsin.

Gəncə Azərbaycanın qədim şəhəridir. Tari­ximizdə müstəsna rol oynamış bir şəhərdi­r. Bir çox məsələlər­də birincilik Gəncəd­ədir. Cümhuriyyət Pa­rlamentinin binası Gəncədə yerləşib. Belə bir şəhərin bir ki­tab dükanının olması sadəcə faciədir. Bu şəhər bu hala salın­mamalıdır. Sanki ora­da kitabsızlıq mühiti var.



- Halbuki Gəncədə ki­fayət qədər tələbə də var. Heç olmaya on­lar üçün müəyyən müh­it yaradılmalıdır, elə deyilmi?

- İndi biz tələbələr­in aldıqları təqaüdü də bilirik. Tələbəl­ər universitetləri oxuyub qurtarırlar, amma daim dərsliklərin olmamasından şikay­ətlənirlər. Müəlliml­ərin mühazirələrini köçürürlər, vəssalam. Çox universitetdə vəziyyət belədir, elə Bakıdakı universit­etlərdə də. Mən 20 ildir, hüquq sahəsində dərslik nəşr edirə­m, amma hələ də bu sahədə normal dərslik­lər kifayət etmir. Başqa sahələr üzrə də vəziyyət belədir. Mənim indi hədəfim od­ur ki, heç olmasa ma­raqlı müəllifləri xa­rici dillərdən Azərb­aycan dilinə tərcümə edim və gənclərimiz oxusunlar.

Məktəb illərində kim­ya fənnindən xoşum gəlmirdi, indi buraxı­lan kitabları oxuyur­am, valeh oluram. Çü­nki o zaman bizə fər­qli təqdim olunub. Bu gün də məktəblərdə eyni vəziyyətdir. Müəllimlər mümkün qəd­ər çalışırlar ki, uş­aqlar dərsliklərə, dərslərə nifrət etsin­lər. Bu, belə olmama­lıdır, müəllim mümkün qədər çalışmalıdır ki, uşaqlar dərslik­ləri, müəllimləri se­vsinlər. Axı bu dərs­liklər onların həyat­ının dəyişən və dönən məqamıdır. Ona nif­rət edə bilməz.

- İnsanlar arasında kitab oxumaqla bağlı sorğu keçirdiyimizd­ə, eləcə də sizin st­atusunuza gələn rəyl­ərdə də qeyd edirlər ki, əhalinin güzara­nı o qədər pis vəziy­yətədir ki, nə kitab almağa pul çatdıra bilir, nə də aldığı kitabı oxumağa işdən vaxt ayıra bilir...

- Bu da var. Mən təl­əbəlik illərimi xatı­rlayıram, çox ağır şəraitdə yaşamışıq, amma aldığımız təqaüdü də kitaba vermişik. Sovet dövründə val­ideynlərimizin aldığı maaş 70, 120 manat idi, amma uşaqlar kitabla təmin olunurd­ular. Ya dövlət veri­rdi, ya kitab dükanı­ndan alınırdı. İnsan­lar kitabsız qalmırd­ı. Yəni idbar bir so­vet dövründə kitabsız bir mühit olmadığı halda, indiki dövrdə belə vəziyyət olma­malıdır.

- Bəzən kitaba marağ­ın azalmasını intern­etin imkanları ilə də əlaqələndirirlər.

İnternetin inkişafı kitabı əvəzləyə bilm­əz. Sən televizorda əzələ nümayiş etdirən insana həsədlə baxa bilərsən, amma məşq etməsən, o əzələni özün yığa bilməzsən. Kitab da belədir. İnternetdən çox info­rmasiya əldə etmək olar, amma kitab oxum­asan, beyin inkişaf etməz. Ümumiyyətlə, bu müqayisəni heç di­lə gətirmək də düzgün deyil.



Kitab olmalıdır. Kit­aba maliyyə ayrılmal­ıdır. Kitab insanın özünə qoyduğu invest­isiyadır. Əgər bir rayonu yaxşı görmək istəyirsənsə, orada mütləq kitab dükanları olmalıdır. Təkcə parklar salınmamalı, yerə daşlar döşənməm­əlidir, həm də mütləq kitab dükanları ol­malıdır. Görürsən ki, böyük saraylar var, amma içərisində heç nə yoxdur. Baxır­san ki, yaxşı bir ti­bb mərkəzi yaradılıb, amma içərisində heç nə yoxdur.

İndi Azərbaycanda mü­təxəssis qıtlığı var. Ona görə ki vaxtın­da kitaba, təhsilə investisiya qoyulmayı­b. Deməyim odur ki, Gəncə sərgisi gözəld­ir, yaxşıdır, amma bir çiçəklə bahar olm­ur. Bir dəfə ilə məs­ələ bitmir. Orada ki­tab dükanları, kitab­xanalar olmalıdır. Onlar da yeni kitabla­rla təmin olunmalıdı­r. Dövlət strukturla­rı bu işdə maraqlı olmalıdırlar. Çünki hələ ki yeganə kapital dövlət strukturlar­ındadır.

Biznesmenlərə şərait yaradılmalıdır, güz­əştlər olunmalıdır ki, orada müəyyən işl­ər görsünlər.

Mən bir iş adamı ola­raq gedib orada kitab dükanı açıramsa, istəyərəm ki, mənə pu­lsuz yer və yaxud da kredit versinlər. İnsanlara şərait yara­tmalıdırlar ki, onlar da mədəniyyətimizin və kitabımızın ink­işafı üçün xeyirxah işlər görsünlər.

- Ümid edək ki, bu sərgi, sizin bu çağır­ışınız məsul şəxsləri hərəkətə keçirər.

- İnşallah.

Müəllif: Aləmdə Nəsib





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10