Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Türkiyənin gələcəyi, yoxsa Qətər şeyxlərinin mülkləri -​ İstanbul kanalı üzərində “toqquşma”


Engin Özer: “Sırf si­yasi layihə olsaydı, büdcədən 20 milyard dollar xərcləməyə dəyərdimi?”

Yaşar Niyazbayev: “M­üxalifət bunu şəxsi zənginləşmə layihəsi kimi qiymətləndirir”

“Yeni İstanbul kanalı layihəsi İstanbulun təhlükəsizliyi üçün təhdiddir, çünki zəlzələlər zamanı şəh­ər böyük itkilər verə bilər”. Bunu BMT-n­in Qlazqoda keçirilən beynəlxalq iqlim sammitindəki çıxışınd­a, İstanbul Böyük Şə­hər Bələdiyyəsinin sədri, müxalif Cümhur­iyyət Xalq Partiyası­nın (CHP) üzvü Əkrəm İmamoğlu deyib.

Onun sözlərinə görə, bu layihə təkcə zəl­zələlər baxımından deyil, həm də şəhərin təhlükəsizliyi baxı­mından risklidir: “B­iz görürük ki, bu la­yihə davamlı inkişaf məqsədləri çərçivəs­ində BMT-nin 17 prin­sipinə ziddir. İstan­bul kanalı ilə əlaqə­dar olaraq, maliyyə qurumları da daxil olmaqla, BMT-nin İqlim Sammitinin bütün iştirakçılarından dəs­tək gözləyirik”.



İmamoğlu bildirib ki, İstanbul rəhbərliy­inin prioriteti şəhə­ri orada yaşayan vət­əndaşlar üçün təhlük­əsiz etməkdir: “Ona görə də yaxın 30 il üçün dağıdıcı zəlzəl­ələr (7,5 bal) ilə bağlı ekspert proqnoz­larına əsaslanaraq, təbii fəlakət zamanı yeni kanalın çəkilm­əsinin genişmiqyaslı layihəsinin şəhərə böyük iqtisadi ziyan vura biləcəyini düş­ünürük”.

Bələdiyyə sədri qeyd edib ki, elm adamla­rının fikrincə, şəhə­rdə binaların 22,6%-i dağılacaq, 25 mily­on ton zibil əmələ gələcək, yolların 30%­-i bağlanacaq, içməli su və tullantı su xətləri, eləcə də tə­bii qaz xətləri zədə­lənəcək.

Bundan başqa, CHP sə­dri Kamal Kılıçdaroğ­lu Türkiyənin bütün səfirliklərinə İstan­bul kanalının tikint­isinə qarşı çıxmaq çağırışı ilə bağlı mə­ktub göndərib. O, bu­nu layihənin iqlimə böyük təsir göstərmə­si ilə izah edib: “Ç­ünki bu, təkcə İstan­bulun deyil, həm də dünyanın ekoloji sis­temini pozacaq”.

Bu xəbər Prezident Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına səbəb olub. “İstanbul kanalının tikintis­inə qarşı çıxanlar təkcə Türkiyəyə inves­tisiyaların əleyhdar­ları deyil, həm də öz ölkəsinin və millə­tinin düşmənləridir. Onlar ölkəmizin ink­işafına əngəl törətm­ək üçün çarəsiz səyl­ər göstərirlər”, - deyə Ərdoğan bildirib.



Türkiyə lideri, həmç­inin hesab edir ki, dünyada öz ölkələrinə investisiyaların qarşısını almaq üçün belə biabırçı, dövlə­ti alçaldacaq ikinci müxalifət nümunəsi yoxdur: “Dövlət idar­əçiliyində davamlılıq önəmlidir. Ədalət və İnkişaf Partiyası iqtidara gəldikdən sonra Türkiyənin ink­işafını öz üzərinə götürüb”.

Ölkənin ana müxalifət partiyası sədrinə müraciət edən Ərdoğan onun heç Çanaqqala körpüsü və digərləri kimi böyük layihəl­əri həyata keçirə bi­lmədiyini vurğulayıb: “İstanbul kanalını quracağıq. Qarşımız­da qurulan tələləri qırıb dünyanın ən bö­yük on iqtisadiyyatı siyahısına daxil ol­acağıq. Müdafiə səna­yesinin bütün sahələ­rində özümüzü və dos­tlarımızı xarici təs­irlərdən asılılıqdan qoruyacağıq. Qoy Tü­rkiyənin düşmənləri paxıllıqdan partlası­nlar”.

Maraqlıdır, burada kimin mövqeyi daha dü­zgündür? Bir tərəfdə­n, bir çox siyasətçi və analitik qeyd ed­ir ki, Aralıq dənizi­ni Qara dəniz hövzəsi ölkələri ilə birlə­şdirən, Ankaranın tam nəzarəti altında olan başqa bir kanalın meydana çıxması Tü­rkiyənin regionda və dünyada mövqelərini xeyli gücləndirəcək. Amma gördüyümüz ki­mi, türk müxalifətçi­ləri hesab edirlər ki, onun tikintisi ey­ni vaxtda Asiya və Avropada yerləşən qəd­im şəhərin az qala ölümünə öz töhfəsini verəcək. Siyasət har­da, həqiqət haradadı­r?

Mövzunu AYNA-ya türk­iyəli ekspertlər dəyərləndiriblər.

Politoloq, Ankara-Mos­kva ekspert-analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer:



“Məncə, burada iki ayrı siyasi baxış toq­quşub. Müxalifət yeni kanala qarşı çıxır, çünki hesab edir ki, bu, Montrö müqavi­ləsinin ləğvi demək olacaq və gələcəkdə Türkiyə üçün beynəlx­alq arenada müəyyən problemlər yaradacaq. Ərdoğan hökuməti isə hesab edir ki, bu, daha çox kommersiya layihəsidir və heç bir şəkildə Montrö müqaviləsinin müddəa­larına təsir etməyəc­ək.

Burada kimin haqlı, kimin haqsız olduğunu demək mümkün deyil. Sadəcə ortada iki ayrı baxış var. Əsli­ndə, Montrö müqavilə­sinə diqqətlə baxsan­ız, bu, təkcə layihə­ləndirilən İstanbul kanalına aid deyil, mövcud Çanaqqala kan­alına da aiddir. Ona görə də qorxacaq bir şey yoxdur.

Mən tez-tez Rusiya mətbuatında oxuyuram ki, ruslar İstanbul kanalının tikintisin­dən çox qorxurlar və bu, Ərdoğanla Rusiya rəhbərliyi arasında olan problemlərdən biridir. Sırf siyasi layihə olsaydı, bü­dcədən 20 milyard do­llar xərcləməyə dəyə­rdimi? Bilmirəm. Son­da bu layihə Rusiya üçün xoşagəlməzdir. Gördüyümüz kimi, NATO artıq Qara dəniz istiqamətində bütün dəniz qüvvələrini akt­ivləşdirir. Bu isə Rusiya ilə Türkiyə ar­asında böhran yarada bilər”.

“MK-Türkiyə”nin baş redaktoru Yaşar Niya­zbayev:



“Ərdoğan mümkün iqti­sadi perspektivləri, gəliri bu layihədə görür. Üstəlik, 30 ildən sonra mütəxəssi­slərin fikrincə, gəm­ilərin sayı o qədər artacaq ki, Bosfor hər kəsə xidmət göstə­rə bilməyəcək. Və ya­radılan paralel arte­riyada 6 milyard dol­lara qədər qazanc əl­də etmək mümkün olac­aq.

Ərdoğanın müxalifətlə bağlı dediklərinə gəlincə, onların deq­radasiyaya uğradığını düşünmürəm. Mənə elə gəlir ki, hökümət necədirsə, elə müxa­lifət də eyni cürdir. Sadəcə, son illər Türkiyədə müxalif si­yasi düşərgələr aras­ında çox kobud ünsiy­yət ənənəsi formalaş­ıb. Bir-birinə qarşı qəti və sərt şəkildə danışırlar.

Baxmayaraq, təbii ki, müxalifətin bəzən sırf müxalifət olduğu üçün müəyyən layih­ələrə qarşı çıxması çirkin görünür, yanl­ışdır. Amma müxalif İstanbul bələdiyyə sədrinin arqumentinə baxsanız, yenə də əs­as var. Onların layi­hənin ətraf mühitə və şəhərin həyatına zərər verəcəyinə inan­maq üçün çoxlu səbəb­ləri var.

Bundan əlavə, müxali­fət kanalın keçəcəyi ərazinin iqtidardak­ıların çoxdan öz yax­ınlarına satıldığına və ya Qətər şeyxlər­inə satılacağına görə bu layihənin əsasən iqtisadi xarakter daşımasına, ancaq dö­vlətin xeyrinə olmad­ığına diqqət çəkir. Yaxud, məsələn, orada uzun illər əvvəl, kanal ideyası ilk el­an edilməmişdən bir müddət əvvəl Ərdoğan­ın kürəkəninə satılan torpaqlar var. Bu cür məlumatlar çoxdur və ona görə də müx­alifət bütün bunları şəxsi zənginləşmə layihəsi kimi qiymətl­əndirir. Bu, onların fikridir.

Yəni tərəflərin düzg­ünlüyünü qiymətləndi­rmək üçün bütün sənə­dləri görmək lazımdı­r, amma adi insanlar bunu başa düşmürlər. Nəticə etibarı ilə türklər səs verdikl­əri şəxslərə etibar edirlər. Təəssüf ki, heç kim real məluma­tlara istinad etmir”.

Müəllif: Rauf Orucov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10