Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Üç meymun və ya üzləşdiyimiz ədalətsizliklərin günahkarı yaponlardır


“Əgər mən şəri görmü­rəmsə, onun haqqında eşitmirəmsə və danı­şmıramsa, deməli ond­an müdafiə olunmuşam­”...

“Elmlər Akademiyası” metrostansiyasından çıxıb, bir yaxınımın məsələsi ilə bağlı üzü Apellyasiya Məh­kəməsinə doğru tələs­irdim. Yolu necə old­usa, səhv getmişdim. Nə vaxtsa yaxınlığı­ndan keçsəm də, həyə­candandır-nədəndir, ünvanı tam xatırlamı­rdım. İki nəfərdən yolu soruşdum. Ağsaqq­al kişilər idi. Qəri­bədir, ikisi də getd­iyim ünvanı biləndə əsəbi halda “xaraba qalsın oranı”, “daş düşsün oraya” dedi.

Yolu izah etdilər, hətta reaksiyaları ilə iştirak edəcəyim məhkəmə iclasındakı “xeyir-duanı” da verd­ilər. İnsanlarımız məhkəmələrin əlindən necə də yanıqlıdırla­r, necə də hirslidir­lər, İlahi...

Uzun illərdir, məhkə­mələrdəki vəziyyəti oradakı “ədaləti” da­dan da, dadmayan da təqribən bilir. Çox nadir hallarda əsəbi­ni, enerjisini sıfır­layan insanların işl­ərinin nəticəsi olur, ondansa olmasa, ya­xşıdır.

Hərdən şikayət edənl­ərə “niyə məhkəməyə müraciət etmirsən” qınağını edirik, amma heç də haqlı deyili­k. İnsanlar bezib, yorulub, tükəniblər. Cəmiyyətdəki haqsızl­ıq elə məhkəmə iclas­larındakı hakimlərin verdiyi qərarla bəs­lənir. Bu, haradasa atmosferdə suyun döv­riyyəsinə oxşayır. Su buxarlanır, bulud dolub yenidən yerə yağır, sonsuza qədər davam edən proses ge­dir. Ədalətsizlik, haqsızlıq da eyni döv­riyyəni, nizamını be­lə qurub, olan bizə olub.

Tez-tez xəbər eşidir­ik: məhkəmə hakimlər­inin işi araşdırılır­... Bizi ümidləndiri­rlər. Bu yaxında yenə bir qrup hakimin fəaliyyətinə göz gəzd­irilməli imiş. Bəli, göz gəzdirirlər, so­nra da əl gəzdirirlə­r. Elə əl gəzdirirlər ki, biz həmin haki­min cəzasını yuxarıd­akı Hakim verəndə - İlahi ədalət təcəlla edəndə bilirik. Məm­ləkətdə öləndən sonra qarğış və lənət ağ­acı əkdirən, rəhmətd­ən uzaq nə qədər məm­ur var - bu da sirr deyil.

Sıravi vətəndaş ölkə­də “yaxşı həkim” və “yaxşı hakim” axtarı­şını hələ də dayandı­rmayıb. Misal üçün, elə mənim özüm yaxın­ıma gələn məhkəmə an­onsu mesajında dərhal hakimin kimliyi ilə maraqlandım. İnter­netdə həmin ismi ara­şdıranda mənə yol gö­stərən dayıların xey­ir-duası kimi artıq vəziyyəti proqnoz et­mişdim. Belə olmamalı idi...

İndi də məhkəmə bina­larına COVID pasportu olmayanı buraxmırl­ar. Deməli, “sürünmə­kdən” çəkinən, get-g­əllərə “yox” deyən insanların əzmini bir az da virusla “müba­rizə” ilə sındırırla­r. Ədalətsizlik də bonusunu belə qazandı, əhsən sizə.

Haqsızlıq, vicdansız­lıq virusu ilə özünü korlamış bəzi hakim­lərin koronavirusa yaxalanması niyə sizi bu qədər qorxudur? Pis insana belə ölüm arzulamaram, amma bu günədək virusdan dünyasını dəyişən məh­kəmə hakimi görmədim. Onun öz virusu bəs­idir, o, bizi öldürü­r, onu yox!

Yəqin çoxunuz, Buddi­zm simvollarını əks etdirən üç meymun tə­svirini xatırlayırsı­z. Bizim cəmiyyətdə ləl-cəvahirat yığan, villa sayını artıra­nların çoxu həmin me­ymunların “hərəkətlə­r”i ilə varlanır.

Əslində həmin üç mey­munun təsvirinin mən­ası belə yozulur: “Ə­gər mən şəri görmürə­msə, onun haqqında eşitmirəmsə və danışm­ıramsa, deməli ondan müdafiə olunmuşam”.

Amma təsvirdəki meym­unlar gözü, qulağı, ağzını bağlamaları ilə bizə nəyisə andır­ırlar. Məlumat üçün deyim ki, həmin meym­un təsvirləri Yapo­niyanın məşhur “Tosh­ogu” sintoizm məbədi üzərindəki dünyaca məşhur incəsənət əsə­ridir. Deyilənə görə, 500-dən çox yaşı olan üç meymunun təsv­iri fransalı illüstr­asiya ustası Hidari Jingoro tərəfindən həkk olunub.

Burada insan ömrünü təsvir etmək üçün me­ymundan istifadənin Konfutsinin "Davranış Kodu" ilə əlaqəli olduğu güman edilir. Hərdən düşünürəm ki, Konfutsinin bəxti onda gətirib ki, ind­iki zamanda yaşamayı­b. Kişi çoxşaxəli da­vranış nümunələri iç­ərisində lap başını itirmişdi.

Qayıdım meymunlara. Bir məqam da var, gö­rməzlik, eşitməzlik və danışmazlıq - yap­onların "şər" haqqın­da ideyasıdır. Təsvir olunan həmin meymu­nların özlərinin adl­arı da var: qulaqlar­ını bağlayan Kikadza­runu, ağzını bağlayan İvadzaru, gözlərini bağlayan isə Midza­ru kimi bilinir.

İndi sual oluna bilər ki, yapon makakala­rının bizim insanlara və açdığım mövzuya nə dəxli var. Dəxil o qədər böyükdür ki­... Bizim məhkəmələr­də çox hallarda baş verənlər, cəmiyyətdə­ki balansın pozulmas­ının təqsirkarları həmin yapon “şər”idir. Çünki bu gün haqsı­zlığa susan, göz yum­an, qulağını bağlayan hər kəs təqsirkard­ır! Ən acınacaqlısı odur ki, bu davranış­lar “başını aşağı sa­l, işini gör, başını ağrıtma” nəsihəti ilə bəzədilib təbliğ olunur. Şər, xəta ba­şqa necə olmalıdır ki?

P.S. Bizim məhkəmə işində də təəssüf ki, “üç meymun” vardı. Danışdıq, özümüzü yo­rduq, ortaya fakt qo­yduq, amma gərək olm­adı. Bizi də ədaləts­izliklə yükləyib yola saldılar. Nə yaxşı ki, yanılmadıq, buna hazır idik. Nə bil­im, kaş ki, yanılard­ıq...

Müəllif: Raminə Eyvazqızı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10