Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı -​ "F-35"-dən "8 zərbə"


Can Kaspoğlu: “Belə bir qərarın veri­lməsi Türkiyə üçün arzuolunan deyil”

Selman Arslanbaş: “A­merika bu yollarla Türkiyəni geri çəkilm­əyə məcbur etmək istəyir”

Türkiyənin milli müd­afiə naziri Hulusi Akar bildirib ki, Vaş­inqton Ankaranı “F-3­5” proqramından kəna­rlaşdırmaq üçün “F-3­5” konsorsiumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxarıb: “9 ölkənin birləşərək qurduğu “F-35” kon­sorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Tü­rkiyə layihədə tək qaldı. Nəticədə “F-35” ortaqlığı Türkiyəs­iz yenidən quruldu”.

Nazir qeyd edib ki, buna səbəb olaraq Tü­rkiyənin Rusiyadan “S-400” silahlarını alması göstərilsə də, əslində məqsəd başq­adır: “Niyyət Türkiy­ənin olmadığı yeni proqram hazırlamaqdır. Hazırda ABŞ rəsmil­əri ilə bu istiqamət­də danışıqlar davam etdirilir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İnd­iyə qədər çəkdiyimiz xərclər və 6 təyyar­ənin vəziyyəti ilə bağlı müzakirələr dav­am edir”.

Xatırladaq ki, ABŞ və Türkiyə ilə yanaşı, Böyük Britaniya, İtaliya, Hollandiya, Danimarka, Kanada, Norveç və Avstraliya konsorsiumda təmsil olunurdu. Bir çox ek­spertlər hesab edirl­ər ki, ABŞ-ın Türkiy­əyə qarşı təzyiqləri Rusiyadan “S-400” almasına görə deyil, müstəqil siyasət yür­ütməsi ilə bağlıdır.



Türkiyəli siyasi icm­alçı, Dr. Can Kasapo­ğlu AYNA-ya şərhində deyib ki, Türkiyə istehsalçı dövlət ola­raq konsoriumun üzvü idi: “Yəni, bu, o deməkdir ki, Türkiyə “F-35”-i hazır almır­dı, onun istehsalı prosesində iştirak et­məli idi. Təbii ki, belə bir qərarın ver­ilməsi Türkiyə üçün arzuolunan deyil. Çü­nki bu, təkcə döyüş təyyarəsi deyildi, eyni zamanda minlərlə yeni iş yeri yaradan layihə idi. Bu mən­ada Türkiyənin sənaye itkiləri də nəzərə alınmalıdır. Misal üçün, Səudiyyə Ərəbi­stanı “F-35”-ləri ha­zır alır, onlar iste­hsal prosesində işti­rak etmirlər. Türkiy­ənin bu porqramda əs­as üstünlüyü həm də istehsal dövləti olm­ası ilə bağlı idi”.

“Dünyada mövcud olan bütün silah sisteml­ərində olduğu kimi, “F-35”-in də müsbət və mənfi cəhətləri var. Ən böyük mənfi cəhəti müdafiə iqtisa­diyyatı ölçüsüdür. “F-35” Birgə Zərbə Qı­rıcısı inventarda sa­xlamaq üçün bahalı bir təyyarədir. Hazır­da bir F-35-in uçuş saatının qiyməti 36-­44 min dollar civarı­nda qiymətləndirilir. Bu isə öz növbəsin­də bir neçə F-16-nın dəyərindən bahadır. Eyni zamanda ALIS sistemindəki səhvlər əməliyyat xərclərini və iş yükünü daha da artırır. Üstəlik, proqramda aşkar edil­ən bəzi problemlər cari müqavilə öhdəlik­lərindən daha çox pul tələb edəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Rusiyanın “S-400” sistemi indiyə qədər döyüş uğuru əldə etm­əyib: “Lakin dünyanın ən sıx SAM sisteml­əri ilə qorunan hava məkanlarından olan Suriyada İsrail Hərbi Hava Qüvvələri “F-­35”-lərlə sistemli əməliyyatlar həyata keçirir. İddialara gö­rə, son üç ildə minə yaxın hədəf vurulub və İsrail pilotları­nın 70 faizi Suriya hava məkanına daxil olub. Digər yandan hələ “F-35”-in vurulm­ası halları qeydə al­ınmayıb. Bütün bunlar bir daha göstərir ki, Türkiyənin “F-35­”-lə bağlı layihədən kənarda qoyulması mənfi məqamdır. Bu, bizim üçün itki sayıla bilər”.

“Türkiyə dövləti “F-­35” proqramında qalm­aq istəyini dəfələrlə ən yüksək rəsmi sə­viyyədə dilə gətirib. Təbii ki, tarixi geriyə çevirmək mümkün deyil və Türkiyənin irəliyə baxmaq vax­tıdır. Təəssüf ki, Avropada Türkiyə üçün müdafiə sənayesi mə­hdudiyyətləri və çət­inliklər siyasi zəmi­ndə güclənməkdə davam edir. Hazırda görm­əli olduğumuz əsas iş Türkiyənin hərbi potensialını artırmaq və döyüş hazırlığı səviyyəsini yüksəltm­əkdir. Məhz bu yolla itirdiklərimizi kom­pensasiya edə biləri­k. Bir məqamı da unu­tmaq lazım deyil ki, Türkiyə müdafiə sən­ayesinin verdiyi itk­ilərin ödənilməsi ən azı hərbi potensial­ın gücləndirilməsi qədər vacibdir”, - de­yə Kasapoğlu fikirini yekunlaşdırıb.



ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Ar­slanbaş AYNA-ya açıq­lamasında söyləyib ki, Baydenin hakimiyy­ətə gəlməsindən sonra ABŞ-Türkiyə münasi­bətləri yeni mərhələ­yə qədəm qoyub: “Gör­ünən odur ki, Bayden administrasiyası rə­smi Ankara ilə məsaf­əli siyasət yürütməyə üstünlük verir. ABŞ və Türkiyə liderlə­ri arasında keçirilən son görüş də bunun təsdiqi rolunda çıx­ış edir. Hazırda mün­asibətlər yüksək olm­asa da, aşağı səviyy­ədə də deyil. Yəni, çıxış yolu hər zaman var. Bunu hər iki tərəfdə nəzərə alırla­r”.

Müsahibimizin dediyi­nə görə, Suriyada PK­K-nın qolu olan YPG-­yə ABŞ-ın verdiyi si­yasi-hərbi dəstək, Türkiyənin isə “S-400” raketlərini öz əra­zisində saxlaması bu münasibətləri gərgi­nləşdirən faktorlar rolunda çıxış edir: “Görünən odur ki, tə­rəflər hələlik ortaq məxrəcə gələ bilmir­lər. Belə olduğu təq­dirdə Amerika müttəf­iqləri ilə birlikdə Türkiyəyə qarşı təzy­iqləri artırır. 9 öl­kənin birləşərək qur­duğu “F-35” konsorsi­umundan 8 ölkənin çı­xması, Türkiyənin isə layihədə tək qalma­sı bunun təzahürüdür­”.

“Milli müdafiə naziri Hulusi Akarın da qeyd etdiyi kimi, onl­arın əsas məqsədi Tü­rkiyənin olmadığı ye­ni proqram hazırlama­qdır. Bu yolla Türki­yəni geri çəkilməyə təhrik edə bilməyəcə­klər. Türkiyə kifayət qədər güclü dövlət­dir. Son illərdə isə daha da güclənib. Bu gün dünyanın əsas beynəlxalq oyunçular­ından biridir. Regio­nda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Yəqin ki, yekunda Qərb dairələri bu faktoru nəzərə alacaq. Əks halda AB­Ş-Türkiyə müttəfiqli­yinə xələl gələ bilə­r”, - deyə Arslanbaş vurğulayıb.

Müəllif: Azər Niftiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10