Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Güclü struktur dəyişikliyi – təhsil şöbələrinin, maliyyələşmə idarələrinin, uşaq bağçalarının, həmkarların bir məkanda mərkəzləşəcəyi gözlənilir


Əksər fikirlərdə bu gücləndirilmiş və mərkəzləşdirilmiş struktura rəhbərin paytaxtdan gələcəyi vurğulansa da, namizədlər arasında Astara Təhsil Şöbəsinin müdiri, adı çox da xoş olmayan əməllərdə hallanan Rəşad  Həsənovun da adı var. 

Bir neçə mənbədən aldığımız məlumata görə, ölkə başçısı İlham Əliyevin nəzərdə tutuğu islahatlar çərçivəsində yeni ilin ilk aylarından başlayaraq çox ciddi struktur dəyişiklikləri olacaq. Bu islahatlar öncə təhsil sahəsini əhatə edəcək. Belə ki, hər bir rayonda təhsil şöbəsi ilə regional maliyyələşmə idarələri birləşəcək. Həmçinin hansı iqtisadi zonada neçə regional idarə varsa,  məsələn, hazırda əsas ofisləri Astara və Masallı rayonlarında yerləşən 14-15 saylı maliyyələşmə idarələri  tabeliyində olan təhsil şöbələri ilə birlikdə bir məkanda – çox güman ki, mərkəz Lənkəran olmaqla  Lənkəran-Astara iqtisadi zonasında birləşəcək. Verilən məlumatda bildirilir ki, bu birləşməyə uyğun olaraq yerlərdəki uşaq bağçaları da icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq mərkəzləşdirilmiş  regional təhsil idarələrinin tabeliyinə veriləcək.

 Birləşdiriləcək idarələrin sırasında Təhsil işçilərinin azad həmkarlar təşkilatlarının da adı çəkilir. Məsələn, Lənkəran-Astara iqtisadi rayonundakı regionallar üzrə təhsil şöbəsinin bir həmkarlar təşkilatı olacaq.

Necə deyərlər, hər şey bir ünvanda, bir məkanda.

Nəzərdə tutulan regional təhsil idarələrinin hər rayon üzrə müavinlərinin də olacağı gözlənilir.

Həmin zonadakı ali məktəblərin, kolleclərin, peşə məktəblərinin, uşaq bağçalarının, məktəbdənkənar müəssislərin birləşməsi nəzərdə tutulan bu strukturun rəhbər kim olacaq?

Əksər fikirlərdə bu gücləndirilmş və mərkəzləşdirilmiş struktura rəhbərin paytaxtdan gələcəyi vurğulansa da, namizədlər arasında Astara Təhsil Şöbəsinin müdiri, adı çox da xoş olmayan əməllərdə hallanan Rəşad  Həsənovun da adı var. 

Siz bu postda bölgəmizdən kimi görmək istərdiniz?
2 ay da səbr edək, görək “toplananların” yerin dəyişəndə “cəm” dəyişəcəkmi?

Cenub.az Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10