Kimlər kimi və nədə ittiham edir?
Şura iclasları əsasən çox ciddi məsələlərin, problemlərin müzakirəsinə həsr olunur. Bəzi yerlərdə isə bu, sadəcə kimisə “vurmaq”, aşağılamaq alətinə çevrilir.
Masallı İcra hakimiyyətinin bizə məlum olan, ictimailəşdirilən 20 oktyabr tarixli Şura İclasında Masallı Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun məsələsi müzakirə olunub, ona töhmət verilib.
Əksər rayonlarda, o cümlədən qonşu Cəlilabad, Astara, Lənkəran rayonlarında, eləcə də Masallıda Təhsil son illər həmişə tənqid obyekti olub. Adama elə gəlir ki, indiki zamanda təhsili sistemini tənqid etməkdən asan heç nə yoxdur.
2000-ci ilin əvvəllərindən, bəlkə də bir az tez, Masallı təhsilində faizin əsas qoyuldu. Daha sonra adı müxtəlif nöqsanlarda hallanan Nurəddin Məlikov, daha sonra ala-bula mal-qara alverçisi kimi tanının, əksər əməlləri, çıxışları təhsilə parodiya olan və digər mənfi yüklü əməlləri ilə tanına Astan İbişov Masallı təhsil şöbəsinə müdir gətirildi.
5 il öncə isə Masallı Təhsil şöbəsinə həmin təşkilatda müdir müavini olan Tariyel Əkbərov bu vəzifəyə təyin olundu. Bu təyinat da birmənalı qarşılanmadı. Ali təhsil diplomundakı şübhələrdən tutmuş, onun haqqında bir sıra xoş olmayan məlumatlar gündəmə gəldi. Bütün hücumlara, təzyiqlərə baxmayaraq Tariyel Əkbərov 5 ildən artıqdır ki, həmin vəzifəni icra edir.
Əvvəllər bir sıra uğurları hətta icra hakimiyyətinin başçısı səviyyəsində təqdir olunurdu. Belə ki, icra başçısı səviyyəsində qeyd edilirdi ki, Masallı təhsili son illərlə müqayisədə xeyli uğurlar qazanıb, fənn olimpiadalarında qazandığı medallara görə Naxçıvan MR-da daxil ölkə üzrə 6-cı nəticə göstərib, eləcə də qəbul imtahanlarında 500-dən artıq bal toplayan masallılı məzunlarının sayı ilbəil yüksəlir, prezident təqaüdünə layiq görülənlər çoxalır və s.
Bu günlərdə isə Tariyel Əkbərov onun uğurlarının təqdir edən icra başçısının qəzəbinə gəlib. Səbəb nədir? Hər hansı fövqəladə hadisə baş veribmi? Olayın kökündə səmimiyyət varmı, ya “sifarişdir?”
Normalda belə bir müzakirə yaxşı haldır. Daha açıq, daha şəffaf, daha maraqlı tərəflərin iştirakı ilə olsa idi.
Təlimata görə, hər ay 1 və ya 2 dəfə keçirilməli olan, lakin son 2 ildə demək olar ki, keçirilməyən (yəni, bu hesabla 40-dan artıq şura iclası olmalı idi), lap toplanıbsa belə ictimailəşdirilməyən şura iclası nədən belə qəfil toplandı, təhsil şöbə müdirinə töhmət verilməsi az qala böyük qələbə kimi göstərildi? İcra başçısının saytında əvvəl bir variantda, daha sonra kobud səhvlərə yol verdildiyini görüb, yenidən işlənib daha sərt formada paylaşıldı.
Sual olunur, niyə bundan əvvəl icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarovaya və digər 10-dan artıq məmura töhmət veriləndə bu haqda bir sətir də yazılmadı, adları açıqlanmadı? İcra Başçısının 1-ci müavini Nadir Abıyev işdən çıxarılanda bizim saytdan savayı kimsə bir kəlmə yazmadı? Nədən hər birinci gün “Səhər görüşləri”nə qatılmayan rayondakı güc strukturlarının rəhbərləri bu tədbirə böyük həvəslə dəvət edildi?
Gələk, yenə də icra hakimiyyətində keçirilən bu Şura iclasına. Əgər təhsilin məsələsi belə kəskin müzakirə olunursa, burada Masallı təhsil şöbəsinin də maliyyə məsələlərinə cavabdeh olan, 14 saylı maliyyələşmə idarəsinin də fəaliyyəti araşdırmalı, ən azından həmin təşkilatın rəhbəri, hətta məsələ belə ciddi idisə Millət vəkilləri də bu tədbirə dəvət olunmalı idi. Olunmadı. Lakin polis rəisi, prokuror, hətta məzuniyyətdən olan bəzi rəsmilər bu iclasa çağırılsa da, əsas cavabdehlər dəvət olunmadı.
Bu tədbir başqa suallar da doğurur. Şura iclası belə ciddi iclasdırsa, niyə Masallı səhiyyəsində uzun illər davam edən biabırçılıq - 500-ə yaxın insanın pensiya məsələsi, burada alınan rüşvətlər, kütləvi saxtakarlıqlar həmin Şura iclasında müzakirə olunmur? Nəinki olunmur, hətta bu saxtakarlığı edənə Əməkdar həkim adı verilir. Axır ki, işə Prokurorluğun Korrupsiya idarəsi qarışır. Baş həkim nümayişkaranə halda həbs edilir. Ölkənin bütün televiziyaları, aparıcı saytları bundan yazır. Amma Masallı icra aparatının səsi çıxmır, heç saytlarında belə məlumat verilmir, ictimai müzakirəyə çıxarılmır. Bu gün də səhiyyədə min cür biabırçılıqlar var. Təkcə ayda bir dəfə onkoloji və şəkərli xəstələrə verilən güzəştli dərmanlar günü baş verən biabırçılığın videolarını paylaşsaq, hansı cəngəllik aləmində yaşadığımızın şahidi olarsınız. Niyə bu biabırçılıq, pandemiya ilə bağlı pərdə arxası oyunlar, icbari tibbi sığorta adı ilə hər ay yeyilən 100 min manatlar müzakirə olunmur?
Hamımızın yaralı yeri olan sosial yardım, pensiya məsələsi. Bizə verilən məlumata görə əvvəlki rəhbərliyin vaxtında 1 milyon 200 min yeyinti aşkarlanıb. Hazırda minlərlə insanın pensiyası, ünvanlı yardımı kəsilib. Buna saxtakarlığı kimlər edib, niyə edib? Niyə bu idarənin əvvəlki baş mütəxəssislərinin başına qara maska keçirilib aparıldı? Hələ də yüzlərlə insan bunu acısını yaşayır. Niyə bunlar müzakirə olunmur?
“Kommunxoz” adlı idarədəki biabırçılıqlar, plastik kart maxinasiyalar, indi də qəribə ünvanlarda dolaşan “güzəştli” kartlar. Dəfələrlə mötəbər təşkilatlar yoxlama aparıb. Kütləvi saxtakarlıqlar aşkarlanıb. 100 min manatlarla pul bu cibdən, o cibə ötürülüb. Lakin cəmiyyətə açıqlanmayıb, Şura iclasına çıxarılmayıb.
Qarğalıqda ərazi nümayəndəsinin, bələdiyyənin rüşvət üstə qara maskalılar tərəfindən həbsi, hələ də davam edən məhkəmələr. Niyə Şura İclaslarında müzakirə olunur? Guya digərlərində belə hallar yoxdur?
Hələ meşələrin kütləvi şəkildə talanması, tikinti tenderlərindəki maxinasiyalar, öz vəzifələrinin fantastik məbləğə öz işçilərinə satıldığı idarələrdə rüşvətin adı normaya çevrildiyi durum müzakirələr çıxalmır? Biirmi, beşmi? Niyə bunlar müzakirə olunmur, nöqsanlar, saxtakarlıqlar aşkar edilmir? Lap sadə bir fakt deyim. Bir kub.m odunu, necə deyərlər, doğranmış halda qapıya 20 manatdan artıq qiymətə gətirmir. Lakin meşə idarəsi doğranmamış halda uşaq bağçalarına 45 manata odun sırıyır. Hələ bu azmış deyir ki, öz pulunla, məsələn, Xırmandalıdan maşın tut, sonra fəhlə tut, odunu maşına yükləyib boşaltsın, sonra da odun doğrayana pul ver ki, bunu doğrasın. Heç bir çoxunun təsərrüfat müdiri belə olmayan bağçalar bunu necə etsin, hansı pulla etsin? (Belə halda odunun bir kub.m 60-65 manata düşür) İndi soyuqdan büzüşüb, naxoşlayan körpələrin halı müzakirə mövzusu deyilmi?
Şəhid ailələrinə nə qədər diqqət yetirilsə də, döyüşdən yaralı qayıtmış döyüşçülərin bir çox bu gün də diqqətdən kənardır. Bu yaralı döyüşçülərin tam, detallı siyahısını heç yerdən almaq olmur. Müzakirə mövzusu deyilmi?
Yeri gəlmişkən xatırladım ki, Masallıda bəzilərinin zarafatca “Əbülfəz Nuriyev adın ictimai Şura” adlandırılan bir İctimai Şura da var ki, 5 ay əvvəl yaradılsa da, hələ hansı iş gördüyü, hansı reydi keçirtdiyi, nəyi müzakirə etdiyi kimsəyə bəlli deyil. Təkcə məlum olan odur ki, bu Şura üzvlərinin biri haqqında dələduzluq maddəsi ilə aparılan araşdırılan cinayət işi yekunlaşmaq üzrədir.
Bu qədər saxtakarlıqların himayəçisinə çevrilənlər bizim üçün şou düzəldirlər. Əsas ruporları da abadlıq və quruculuq işləridir. Təkcə Masallıda küçələrin abadlaşmasına 3 milyon manat ayrılıb (Asfalt üçün ayrılan 1 milyona yaxın bura daxil deyil). 230 minlik əhalisi olan bir rayonun 3 parkında – Heydər Əliyev, Nizami, Xətai parklarında uşaqların əylənməsi üçün bir normal karusel-filan yoxdur.
Bəzi məlumatlara görə, şəhidlər üçün baş daşının hazırlanmasında, onların ailələrinə yardımların verilməsində də bəzi qaranlıq məqamlar var. Bələdiyyələrin, bəzi iş adamların etdiyi yardımlara görə qazilərə zorla icra başçısına minnətdarlıq məktubu yazdırılması sadəcə biabırçılıqdar. İcra hakimiyyətinə yardım fonduna hər il ödənilən 400-450 min manatın necə xərclələnməsi barədə də şəffalıq yoxdur.
Nəhayət, İcra bacısının tez-tez işlətdiyi “Ləyaqət bazarda satılmır” ifadəsi barədə. Bu isə daha geniş söhbətin mövzusu olduğu üçün onu növbəti yazımızda işıqlandıracağıq.
Bütün bunlar nədən baş verir –təcrübəsizlikdən, qərəzdən, ya kimlərinsə sifarişindən?
Bu suallara aydınlıq gətirmək üçün bir neçə şəxsə müraciət etdik. Çoxları susmağa üstünlük versə də, təkcə “öz ərizəsi” ilə işdən çıxarılmış, Masallı şəhərinin keçmiş “meri”, əksəriyyətin dəyər verib, qəbul etdiyi Kamal Mazanov sualımız cavablandırmağa etiraz etməyib, bildirdi ki, hazırda rayonda olduqca mənasız və səviyyəsiz bir mühit yaradıblar ki, onlarla işləmək adamın özünə aşağılıq gətirir. Bir neçə peşəkar kadr könüllü olaraq ərizə verib vəzifələrindən uzaqlaşır. Harada gəldi səmimiyyətdən danışsalar da, az qala bunların hər addımından cinayət qoxusu gəlir. Yəqin ki, yaxın vaxtlarda efirinizə və digər kanallara çıxıb, bir çox məsələlərə aydınlıq gətirəcəyəm.
Cenub.az. Zahir Əmənov. (ardı var)