Sadə gündəlik məşğuliyyətlər ümumi hal-əhvalı yaxşılaşdıra və ömrün uzunluğuna müəyyən təsir göstərə bilər.
“Qafqazinfo” “MedicForum”a istinadən ömür uzunluğunun artırılmasına kömək edən amillər barədə məlumat verir.
Müəyyən vaxtda yuxuya getmək
Yuxusuzluq bir sıra xəstəliklərin riskini artırır, lakin insan normadan çox yatanda depressiya və ömrünüzə mənfi təsir edə biləcək digər xəstəliklərə meyilliliyi ilə əlaqələndirilir. Mütəxəssislər hesab edir ki, hər gecə yeddi-səkkiz saat yatmaq lazımdır.
Meditasiya
Xroniki stres təkcə ruhi sağlamlığa deyil, həm də fiziki sağlamlığa mənfi təsir edir, insan ömrünü qısaldır. Meditasiya və nəfəs məşğələləri bədəndəki kortizol (stres hormonu) səviyyəsini azaldır, psixoloji vəziyyəti yaxşılaşdırır və immun sistemini gücləndirir. Bu vərdişin müntəzəm olaraq əldə edilməsi ümumi stres və narahatlıq səviyyələrini azaldacaq və nəticədə ömrü uzatmağa kömək edəcək.
Aktiv fəaliyyət
Uzun müddət sağlam yaşamaq arzusunda olan insanlar üçün aktiv qalmaq həyati əhəmiyyət kəsb edir - buna hətta həftədə ən azı beş dəfə hər gün 15-30 dəqiqəlik orta fiziki məşq etməklə (məsələn, parkda gəzmək) nail olmaq olar.
İstifadə edilən spirtli içkilərə nəzarət edilməsi
Mütəmadi olaraq spirtli içkilərin qəbul edilməsi ürək xəstəlikləri riskini artıra, qan təzyiqini yüksəldə, çəki almağa kömək edə və bir çox başqa problemə səbəb ola bilər. Spirtli içkilərin qəbul edilməsinə nəzarət etmək vərdişi - uzun ömür üçün ən vacib vərdişlərdən biridir.
Çay və qəhvə qəbul etmək
Mütəxəssis qeyd edir ki, bu içkiləri normal miqdarda qəbul etmək vərdişi xroniki xəstəlik riskinin aşağı olması ilə əlaqədardır. C.Gerrininin sözlərinə görə yaşıl çay, sağlamlıq üçün ən faydalı ilıq içkilərdən biridir və xərçəng xəstəliyinin bəzi növlərinə, diabetə və ürək xəstəliklərinə daha az meyillilik onun qəbul edilməsi ilə əlaqələndirilir. Qəhvə içmək 2-ci növ diabetin, ürək xəstəlikləri, altsheymer və parkinson xəstəlikləri riskini azaldır.
İnciməmək
Fərqli həyat şəraitini fəlsəfi nöqteyi-nəzərdən qəbul etmək, inciməmək və kin saxlamamaq vərdişi, son nəticədə insanın ömrünü uzada bilər. Xroniki qəzəb ürək xəstəlikləri, ağciyərin sağlamlığının pozulması və insultlar kimi bir çox xəstəliklərlə əlaqədardır. Bağışlayaraq və inciklikdən xilas olaraq, biz narahatçılığımızı azaldır və qan təzyiqimizi yaxşılaşdırırıq.