İyirmi qəpiklik tibbi maska da COVID-19-dan qoruyur, o halda ki...
Bir neçə gündür ki, polislər mülki geyimdə reyd keçirirlər. Polisin mülki geyimdə ictimai nəqliyyatda, eləcə də digər qapalı məkanlarda reyd keçirməsi vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Sosial mediada gedən müzakirələrdə kimi bunu sağlamlığımız naminə atılmış addım kimi dəyərləndirsə də, kimi də cərimə üçün olduğu qənaətindədir və polisin heç bir halda formasız vətəndaşa yaxınlaşıb cərimə yazmasını qəbul etmir. Onlar bunu belə əsaslandırırlar ki, 20 qəpiklik tibbi maska insanı virusdan qoruya bilməz.
Polis artıq iş başındadır. Tibbi maska taxılması tələb olunan yerlərdə maska taxmayan, eləcə də maskadan düzgün şəkildə istifadə etməyənlər cərimələnirlər.
İnfeksionist-hepatoloq Mərdan Əliyev AYNA-ya deyib ki, hazırda daha çox istifadə olunan cərrahi maskalardır: “Bu tibbi maskalar cərrahi əməliyyat vaxtı istifadə olunur ki, həkimin və eləcə də digər tibbi personalın nəfəs yollarından əməliyyat olunan şəxsə mikrob düşməsin. Çünki həmin şəxsin immun sistemi zəif olur və nəfəs yollarından çıxan mikroblar onu xəstələndirə bilər. Pandemiya dövründə də biz bu maskalardan istifadə edirik. 1918-ci ildə yayılmış və çox sayda insanın ölümünə səbəb olmuş “İspan qripi”ndə də tibbi maskalardan geniş istifadə olunub”.
Tibbi maskanın COVID-19-dan qorunmada hansı hallarda nə dərəcədə effektiv olması ilə bağlı sualımıza isə həkimin cavabı belə olub: “İstifadə etdiyimiz tibbi maskalar COVID-19 virusundan kifayət qədər qoruyur. COVID-19 da qrip kimi kəskin-resperatur xəstəlikdir. Xəstə şəxsin tənəffüs yollarından çıxan hava damcılarında külli miqdarda koronavirus olur. Buna görə xəstə şəxs tibbi maska taxmadığında onun nəfəs yollarından çıxan virus yüklü damcılar sağlam şəxsin nəfəs yollarına düşərək xəstəlik yaradır”.
“Biz tibbi maska istifadə etdiyimizdə isə havada asılı qalan damcıların nəfəs yollarımıza düşməsinin qarşısını almış oluruq. Bu da o deməkdir ki, tibbi maskanın qoruması ən çox xəstə şəxs maska taxdığında effektivdir. Bununla yanaşı, sağlam şəxslərin də özlərini qoruması üçün tibbi maskadan istifadə etməsi 3-5% effektivdir”, - deyə mütəxəssis bildirib.
Parça maskalara qaldıqda Əliyev qeyd edib ki, onların qoruması bir qədər azdır: “Çünki parça maskaların məsamələri daha böyükdür. Lakin bu halda da hər iki şəxs maska taxdıqda qorunmuş olurlar. Ən çox qoruyan maskalar N95 tipli maskalardır. Onların filtirləri var. Lakin bundan da çox geniş istifadə etmək olmur. Çünki uzun müddət istifadə edildiyində hipoksiya (oksigen çatışmazlığı) yaradır. Digər şəxslər maska taxmayıbsa, biz özümüzü qorumaq üçün bu maskalardan istifadə edə bilərik. Hər kəs maskada olduğunda isə cərrahi maskadan istifadə etmək kifayət edir”.
Müəllif: Aləmdə Nəsib

Onun sözlərinə görə, araşdırma aparılıb və məlum olub ki, həm xəstə şəxs, həm də sağlam şəxs hər ikisi maska taxıb bir-biri ilə yaxın məsafədən söhbət etdiklərində belə, 96-97%-ə qədər qorunmuş olurlar: “Yəni biz bilmədən xəstə şəxslə ünsiyyətdə olduğumuzda belə, hər ikimiz tibbi maskada olsaq, yoluxma ehtimalımız çox aşağıdır”.