Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Avropa Şurasının media eksperti Ə. Məmmədlinin Cənub Xəbər TV-yə müsahibəsi - niyə Çexiyada 10 min nəfərə 60, bizdə 3 QHT düşür?


2013-cü ildə QHT-lərin xətti ilə Azərbaycana  89 milyon dollar  gəlirdisə, hazırda bu, dayanıb. QHT-lər yalnız hökumətdən 5 milyon manat pul alır ki, onun da 2 milyonu idarəetməyə sərf olunur.

Ölkəmizdə, eləcə də beynəlxalq arenada tanınmış media ekspertlərində biri sayılan Ələsgər Məmmədli bu gün ölkəmizdə, eləcə də regionlarda QHT sektorunun, vətəndaş cəmiyyətinin  acınacaqlı durumundan danışdı, müqayisələr apardı.

Bildirdi ki, Çexiyada hər min nəfərə 60, Gürcüstanda 35 QHT düşür, Azərbaycanda isə hər min nəfərə 3 QHT.

Bu rəqəmləri 230 min əhalisi olan Masallı rayonun ilə müqayisə etsək, Masallıda 1200-dən artıq QHT olmalıdır. (Hazırda Masallıda müstəqil QHT-lərin sayı 5-dir)

Ələsgər müəllim onu da qeyd etdi ki, son illər  QHT-lərin rolunun məhdudlaşdırılması xeyli maddi və insan resurslarının itkisi ilə nəticələnib. Belə ki, 2013-cü ildə QHT-lərin xətti ilə ölkəyə 89 milyon dollar  gəlirdisə, hazırda bu, dayanıb. QHT-lər yalnız hökumətdən 5 milyon manat pul alır ki, onun da 2 milyonu idarəetməyə sərf olunur.

Ə. Həmçinin qeyd etdi ki, QHT-lərin qeydiyyatında, İctimai Şuraların yaradılmasında olduqca ciddi əngəllər və qüsurlar var. 

Müsahibə ilə daha ətraflı bu link vasitəsi ilə tanış olan bilərsiniz:






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10