Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gərgin insanları olan Gəgiran



Kənd sakinlərinin iki əsas problemi var - yol və su; burada indiyədək heç bir qız ali təhsil almayıb, səbəb isə odur ki...


Gərgin insanları olan Gəgiran


Lənkəranın Gəgiran kəndindən bir çoxları xəbərsizdir. Ucqar dağ ərazisində yerləşən kəndin adı mətbuatda bir neçə dəfə torpaq sürüşməsi olayı ilə bağlı hallanıb. Lakin son bir neçə ayda kəndin adı sosial şəbəkələrdə, mətbuatda, mediada tez-tez səslənir.

Bunun səbəbkarı isə Gəgiran kənd məktəbində yenilikçi kimi çıxış edərək musiqili və əyləncəli tarix dərsi deyən, velosipedlə kəndləri gəzərək şagirdlərə maraqlı kitablar paylayan 26 yaşlı Həbib Əlizadədir. Tarix müəllimi ilə bağlı reportaj hazırlayarkən adı çəkilən kəndin vəziyyəti ilə azacıq da olsa tanış olmaq imkanımız oldu.

Qeyd edək ki, Gəgiran kəndi rayonun mərkəzindən 36 km aralıda, dağlıq ərazidə yerləşir. Ümumilikdə Gəgiran ərazi dairəsi 3 kəndi, Gəgiran, Jidi və Dıryan kəndlərini özünə birləşdirir. Kəndə giriş çox çətindir. Bunun üçün mütləq UAZ tipli maşınlardan istifadə etmək gərəkir. Yollar isə gah körpüsü

olmayan kiçik çayların üzərindən, gah da daşlı-kəsəkli, ən dözümlü maşınların belə tab gətirə bilmədiyi ərazilərdən keçir. Payız, qış mövsümündə xüsusən bu yollar daha da keçilməz olur. Kəndin girişinə doğru 11 km ərazini kənd sakinləri “palçıqlı yol” adlandırır. “Palçıqlı yol”da ilişib qalan maşın görmək isə adi haldır. Kəndin girişində olan yollar nə qədər çətindirsə, iç yollar bir o qədər bərbad və qəzalıdır. Qış mövsümündə kəndə giriş və çıxış qeyri-mümkünə çevrilir. Sakinlərin dediyinə görə, qışda bəzən nəinki günlərlə, hətta həftələrlə mərkəzə gedib-gəlmək, bazarlıq etmək,
xəstələri mərkəzə çatdırmaq olmur. Nəticədə bəzən xəstələr elə yoldaca dünyasını dəyişir.


Kənd sakinlərinin dediyinə görə, kənddə təxminən 2 mindən çox sakin yaşayır. Əhali əsasən əkinçilik və maldarlıqla məşğuldur.

Müstəqillik qazandıqdan sonra torpaq bölgüsü keçirilib və kənddə adambaşına 9 sot torpaq düşüb. Lakin sakinlər bundan razı deyillər. Onların dediklərinə görə, sovet dövründə kəndin vəziyyəti yaxşı olub, camaat daha çox çay təsərrüfatı ilə məşğul olub, işsizlik problemi yaşanmayıb. Lakin müstəqillik dövründən sonra fermer təsərrüfatları dağılıb. Yenidən çay təsərrüfatı yaradılması üçün isə sərmayə, maddi vəsait lazımdır. Bu cür çətinliklərə dözməyən bir çox gənclər ailələri ilə birlikdə ölkənin digər regionlarına köçüb. Lakin hər cür çətinliyə dözərək öz yurdunu tərk etməyən gənclər də az deyil. Onların bəziləri çobanlıq edir, bəziləri təsərrüfatla məşğul olur, bəziləri isə kənd içində öyrəndikləri peşə ilə qazanc əldə etməyə çalışır.

Məsələn, kənd sakini Abbas Hüseynov kənddə yeganə bərbərdir. Yeganə bərbər olduğu üçün də hələ ki qazancından narazı deyil: “7-8 ildir ki, bərbər işləyirəm. Uşaqlıqdan bu peşə ilə məşğul olmuşam. Demək olar ki, öz-özümə öyrənmişəm. Şükür Allaha, qazancımız yaxşıdır. Kəndimizin əsas problemləri yol, su ilə bağlıdır. Su barədə çox əziyyət çəkirik”.

Sakinin dediyi kimi, kənddə ən mühüm problem yollar və su ilə bağlıdır. Kənd sakinləri hələ də bulaqdan əllə su daşıyır və ya

uzun şlanqlarla öz həyətlərinə su çəkirlər. Qışda həmin şlanqlarda su donur və sakinlər çıxılmaz vəziyyətdə qalırlar. Mətbuatda da vaxtaşırı bu problem işıqlandırılıb. Kənd rəsmiləri illər öncə kəndə suyun verilməsi ilə bağlı layihə hazırlandığını, dövlət proqramına salındığını və problemin 2015-ci ildə yekunlaşacağını desələr də, problem elə problem olaraq da qalmaqdadır.

Kənddə daha bir problem təhsillə bağlıdır. Araşdırdığımız zaman məlum oldu ki, kənddə bu günə qədər heç bir qız ali təhsil almayıb. Bunun isə öz səbəbləri var. Gəgiran kənd məktəbinin tarix müəllimi Həbib Əlizadə problemi bu cür şərh edir: Bəli, bu problem var. Amma problem çoxtərəflidir. Biz burda məktəb rəhbərliyini, müəllimi, valideyni qınaya bilərik. Amma bu çıxış yolu deyil. Burda əsas sosial vəziyyət, cəmiyyətin, valideynin təhsilsizliyi, müəllimlərin vaxtında gərəkli işlər görməməsi var. Eyni zamanda, yerli təhsil idarəçiləri bu məsələyə çox az diqqət göstərir. Bu gün mən şəxsən Təhsil Nazirliyi tərəfindən dəstək görürəm. Amma yerli təhsil idarəçiləri məsələlərə bir ”qulp" qoyurlar. Üstəlik nəinki qız şagirdləri, hətta oğlan şagirdləri yuxarı siniflərə oxumağa gəlmir. Niyə? Ona görə ki, ya başqa yerlərə işləməyə, ya da evdə təsərrüfat işlərinə gedir. Ya da artıq məktəbdə onu cəlb edəcək bir şey yoxdur".

Gəgiran kənd məktəbinin 30 yaşlı direktoru Ziyafəddin Cavadov isə son illərdə təhsillə bağlı uğurlu nəticələr olduğunu bildirir: “Məktəbin vəziyyəti əvvəlki illərə nisbətən yaxşıdır. Valideynlər də istəyirlər ki, övladlarına təhsil verə bilsinlər. Müəllim çatışmazlığı isə yoxdur. Bütün fənlərdən müəllimlərimiz var. Bu il də 3 fənn üzrə vakansiya vermişdik və həmin ixtisaslar üzrə müəllimlər gəlib. Sevindirici haldır ki, Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu mərkəzləşdirmiş qaydada edir. Şəffaf şəkildə müəllimlər imtahan verərək məktəblərə işə girir. Hazırda məktəbdə 30-a yaxın müəllim çalışır. 225-ə yaxın şagirdimiz var. Bu il abituriyentlərimiz

olacaq. Ötən il 3 nəfər oğlan universitetə daxil oldu. Qızlarımızdan kolleclərə daxil olan oldu, lakin onlar məhz universitet tələbəsi olmaq istədikləri üçün kollecə oxumağa getmədilər”.

Məktəb direktoru da bu vaxta qədər kənddən universitetə daxil olan qız şagirdi olmadığını etiraf edir: “Yəni, bu günə qədər belə bir şey olmayıb. Amma bu il hazırlaşan qızlarımız var. Inanıram ki, növbəti ildə universitetə daxil olan qızlarımız olacaq”.

“Biz hamımız övladlarımızı oxutdurmaq istəyirik. Amma işsizlik, maddi imkansızlıq buna imkan vermir. Valideynlər işləsə, uşaqlar da təhsilə maraq göstərərlər”. Bu sözləri isə kənd müəllimlərindən biri deyir. Onun sözlərinə görə ağır sosial vəziyyətə görə oğlan şagirdləri 7-8-ci sinifdən məktəbdən ayrılaraq ya evdə təsərrüfat işləri ilə məşğul olur, ya çobanlıq edir, ya da ki, pul qazanmaq üçün başqa şəhərlərə, hətta yaxın ölkələrə gedirlər.

Qeyd etdiyimiz kimi bu kənddə qız şagirdlərinin ali təhsil almağı görünməmiş bir haldır. Həm sosial vəziyyətlə bağlı, həm də ənənəvi olaraq qızlar 8-9-cu sinfə qədər təhsil alır. Çox az hallarda aralarında kimlərsə kollecə daxil ola bilir, digərləri isə evdə valideynlərinə köməklik edir və daha sonra ailə həyatı qururlar.

“Qızlar zərif cinsin nümayəndəsidir. Oğlanlar yenə ən pis halda gedib çobanlıq edə bilirlər. Amma qızlar yalnız ev işlərində çalışa bilərlər. Onların gələcəyi üçün elə məhz daha çox qızların





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10