Biz bir neçə ay öncə Masallının Musiqi tarixi ilə bağlı geniş araşdırma yazını təqdim etmişdik. Bu gün həmin yazının 2-ci hissəsini sizə təqdim edirik.
1-ci yazının linki burada https://cenub.az/10267-masallinin-musiqi-tarixindn-1-ci-yaz.html
Nizami Əbülfəz oğlu Mirzəyev, Respublikanın Əməkdar artisti
1948-ci ildə Azərbaycan SSR Masallı şəhərində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
XX əsrin 60-cı illərində Masallı rayon “Viləş” futbol komandasında çıxış etmiş, “Sünbül” Ümumittifaq kubokunun qalibi olmu. Komandanın tərkibində çıxış etmişdir.. Görkəmli futbol mütəxəssisi Ələkbər Məmmədov onun oyununa yüksək qiymət versə də, 1969-cu ildə tanınmış qitara ifaçısı Rəmişlə tanışlıq onun həyat yolunu müsiqi aləminə istiqamətləndirmişdir.
N. Mirzəyev 1969-cu ildən başlayaraq Xalq Artisti Zeynəb
Xanlarovanın dəstəyi ilə Həbib Bayramovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında fəaliyyət göstərib. Sonralar, 1979-cu ildən etibarən Z. Xanlarovanın rəhbərlik etdiyi dövlət ansamblının tərkibində dünyanın 60-dan çox ölkəsində konsertlərdə çıxışlar etmişdir. Saz, rübab, bastar, gitara, ud alətlərində ansamblda rəngarəng çıxışlar etmişdir.
2002-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə respublikanın Əməkdar Artisti fəxri adını alması onun sənətinə verilən ən böyük qiymətdir.
Baloğlan Xanoğlan oğlu Əşrəfov, Respublikanin Əməkdar artisti
Baloğlan Xanoğlan oğlu Əşrəfov 08 oktyabr 1951-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, Masallı rayon 7 illik Musiqi Məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.
1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac
təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olmuş, fəxri diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim etmişdir.
1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirib, 5 il kənddə müəllim işləmişdir. İslam Rzayevin rəhbərlik etdiyi ansamblda çalışdığı illərdə bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzərək əməkçilər qarşısında çıxışlar etmişdir.
1982-ci ildə keçirilən “İstedadlar axtarırıq” konsret müsabiqəsinin qalibi olmuşdur.
1989-cu ildə yaratdığı "Şəhriyar" (“AzərKonsert Birliyi”nin nəzdində) ansamblı ilə Bakı şəhərinin ən iri konsert salonlarında rəngarəng proqramlar həyata keçirib.
Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bir çox iri şəhərlərində konsert proqramları ilə çıxışlar edib. İraqda “Babilistan festivalı”nda Azərbaycan musiqi mədəniyyətini və incəsənətini təmsil etmişdir.
"Səsi quran sədasıdır" adlı kitabda bir sıra görkəmli sənət karlar onun barəsində müsbət rəylərini bildirmişlər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. Talış və Azərbaycan dillərində bir sıra mahnıların bəstəçisi və ifaçısıdır.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ona Azərbaycanın Əməkdar artisti fəxri adı verilib.
Rəsmiyyə Sadıxova, Respublikanin Əməkdar artisti
Rəsmiyyə Səlim qızı Sadıxova 1936-cı ildə Masallı şəhərinin Dadva məhəlləsində dünyaya göz açmışdır.
40 il M. F. Axundov adına Opera və Balet Teatrı səhnəsinin solisti olmuş, yüz dəfədən artıq Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda “Simayi Şəms” ritmik muğamının həmişəlik möhürünü vurmuş əsl xalq sənətkarı olmuşdur.
A. Zeynallı adına Bakı Musiqi Məktəbində görkəmli muğam ifaçıları Zeynəb Xanlarova, Canəli Əkbərov, Sabir Mirzəyev və b. ilə eyni dövrdə təhsil almışdır.
R. Sadıqova 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin sərəncamına uyğun olaraq Əməkdar artist fəxri adına, Prezident təqaüdünə layiq görülmüşdür.
2012-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Məmmədova Lalə Nadir qızı, Respublikanın Əməkdar artisti
Lalə Nadir qızı Məmmədova (23.02.1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Ailədə onu digər 4 uşaqdan fərqləndirən cəhəti musiqiyə göstərdiyi meyl idi. İlk konserti də elə həyətdə məhəllə uşaqlarının qarşısında baş tutub. Bu, onu qarşıda gözləyən böyük yolun başlanğıcı idi.
Müğənni 1985-ci ildə 272 saylı məktəbin birinci sinfinə qədəm qoyub. 8 yaşında ikən taleyinə Bülbül adına musiqi məktəbi yazılır. Xalq artisti Şövkət Ələkbərova yumşaq səsli bu balaca qızcığazda həssas ürəyin olduğunu duyaraq onu öz sinfində görmək istəyir və balaca Lalə muğam sinfinə daxil olur. Müəllimin xəstəliyi üzündən təhsilini Xalq artisti İslam Rzayevin sinfində davam etdirib.
L. Məmmədova 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub. Arzu və potensial isə onu həmişə başqa bir səmtə çəkib. 1997-ci ildə Rafiq Babayev adına peşə karlar studiyasında bəstəkar Siyavuş Kərimi ilə birgə işləməyə başlayıb. 2001-ci ildə Azərbaycan Dövlət Xarici Dillər Universitetinin magistratura pilləsini bitirdikdən sonra 2002-ci ildə Milli Konservatoriyanın "solo oxuma" xanəndəlik sinfinə daxil olub. Burada Xalq artisti Ağaxan Abdullayevdən dərs alıb.
2011-ci il sentyabrın 15-də Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb və Lalə Məmmədova Əməkdar artist fəxri adına layiq görülüb.
2012-ci ildən Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. Məşhur estrada müğənnisi L. Məmmədova "Məktəb illəri”, "Səs”, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə uğur qazanıb. Lalə Məmmədova pedaqoji fəaliyyəti ilə də tanınır. O, Azərbaycan Milli Aviasiya Akademiyasında ingilis dili fənnini dərs edir.
Müğənni həm də elmi disserrtasiyasını müdafiə etməklə AMEA-da filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Aşıq yaradıcılığı
Dəli Həbi
1816-cı ildə Lənkəran qəzasının Həsənli kəndində doğulmuş, el arasında Dəli Həbi adı ilə tanınan söz ustadının 1901-ci ildə 85 yaşında vəfat etdiyi təxmin edilir. O, “Aybatdı” tayfasından olan məzəli, hazırcavab bir şəxs kimi tanınmış, Aşıq Hacalı ilə bir zəmanədə yaşamış, həm onun dostu, həm də qohumu olmuşdur. Dəli Həbi öz dövrünün ustadnamə, gəraylı, bayatı yaradıcılarından biri olmuşdur. Onun nəsihət, vəsiyyət, ibrətamiz fikirlərlə dolu olan zəngin soz xəzinəsi el şənliklərində böyük maraqla dinlənilmişdir. İxtiyar yaşlı ağsaqqalların dediklərinə görə onun bədahətən söylədiyi qoşmalar dildən-dilə, eldən-elə dolaşaraq camaat arasında əzbərdən söylənirmiş. O, nə oxu ya bilir, nə də musiqi alətlərində çalmağı bacarırmış, lakin şənliklərdə sifarişlə yaxşı rəqs edərmiş.
Dəli Həbi kəskin tənqidi qoşmaları ilə özünü xalqdan uca tutanlara qarşı çox amansız olmuş, daim onları hədəf seçmişdir. Xalq arasında oyunbaz adam kimi ad çıxardığına görə mülkədarların, bəylərin onu görməyə gözləri olmayıb. Camaat arasında böyük nüfuza, sevgiyə malik olan Həbi həddən artıq zarafatcıl, məzəli olduğuna görə el şənliklərində adətən başının dəstəsi ilə məclisdəkiləri şənlənləndirərmiş. Sinəsi söz xəzinəsi ilə dolu olan sənətkar, təsirli söz deyən, qorxmaz bir igid olmuşdur. Ona görə də ona el arasında “Dəli Həbi” adını qoymuşlar.
Aşıq-ozan Hacalı Bayramqulu oğlu Hüseynov
O, 1826-cı ildə Lənkəran qəzasının Həsənli kəndində anadan olmuşdur. El arasında aşıq-ozan kimi tanınaraq şöhrət qazanmışdır. O, gənc yaşlarından aşıq sənətinə meyil salaraq zəmanəsinin ustadları Aşıq Allahqulu və Dəli Həbidən dərs almışdır. Hacalının atası Bayramqulu kişi İranın Kəlfir mahalın dan Lənkəran qəzasının Həsənli kəndinə köçüb gəlmişdir. Aşığın həyat və yaradıcılığı barədə ətraflı məlumat bu sətirlərin müəllifinin qələmə aldığı “Masallının musiqi ulduzları” adlı kitabda müfəssəl məlumat verilmişdir.
Aşıq Hacalı 1913-cü ildə Həsənli kəndində vəfat etmişdir.
Abdulla Həsən oğlu Əliyev (Aşıq Abdulla)
Abdulla Həsən oğlu Əliyev 1878-ci ildə Lənkəran qəzasının Dəmirçi kəndində kasıb kəndçi ailəsində dünyaya göz açmışdır. Uşaqlıq illəri barədə əlimizdə ətraflı məlumat yoxdur. Yeni yetməlik dövründə həyatın sərt üzünü görmüş, çətin və əzablı həyat yolu keçmişdir. Bəzi mənbələrə görə yeniyetməlik çağlarında bir müddət Lənkəranda nökərçilik etsə də, nəfəs alətlə rində ifaçılıq sənətinə də orada yiyələnmişdir.
Gənclik illərində də həyat üzünə gülməmiş, əslən Astaranın Şiyəkəran kəndindən olan birinci həyat yoldaşı erkən yaşlarında - ilk övladları Aslanın üç aylıq körpəlik çağlarında həyatdan köçmüşdür.
1922-ci ildə - 44 yaşında ikinci dəfə özündən 30 yaş kiçik
olan, əslən Lənkəranın Port İliç (indiki Liman şəhəri) qəsəbəsindən olan, 1908-ci il təvəllüdlü Balabacı adlı qızla ailə həyatı qurmuşdur. Balabacı 1976-cı ildə 68 yaşında vəfat etmişdir. İkinci həyat yoldaşından 5 oğlan (Fərman, Xasay, Saday, Ağalar, Nadir), 1 qız uşağı (Növrəstə) dünyaya gəlmişdir.
Mişkəmi kəndində İzzət və Fərəc, Məmmədoba kəndində Salman və Şirin, Ərkivan kəndindən Aşıq Məmmədəli, Mahmu davar kəndində Aşıq Əyyub kimi sənətkarlar onun tələbələri olmuşlar.
Aşıq Abdullanın 34 nəvəsi, 80 nəticəsi, 66 kötükcəsi olmuş dur. O, 19.12.1974-cü ildə doğulduğu Dəmirçi kəndində 96 yaşında vəfat etmiş, orada dəfn edilmişdir.
Məmmədəli Məşədi Cəbi oğlu Şiriyev
M. Şiriyev 1903-cü ildə Lənəkəran qəzasının Ərkivan kəndində kasıb bir ailədə doğulub. İlk musiqi təhsilini Dəmirçi kəndində Aşıq Abdulladan, sonradan Prişib (indiki Göytəpə) kəndində Novruz adlı bir sənətkardan alıb. O, uzun müddət Masallı rayonunda və onun hüdudlarından kənarda gözəl xanəndə kimi tanınan səmidxanlı Ərzulla və tarzən Xəlil Abıyevlə (Xəlil Dadaş) birlikdə toy məclislərində, şənliklərdə çıxışlar edib. M. Şiriyev Böyük Vətən Müharibəsi iştirakçısı olub, Kerçin alınması uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, qardaşı Nəcəfəli Şiriyevlə bərabər 50 ildən artıq qara zurnada el şənliklərində iştirak edib.
M. Şiriyev 1984-cü ildə Ərkivan qəsəbəsində vəfat etmişdir.
Aşıq Atabala Zahidov
1929-cu ildə Masallı rayonunun Öncəqala kəndində doğulan A. Zahidov fitri istedadı hesabına şeir qoşmaq, dastan danışmaq, nağıl, rəvayət söyləmək kimi çətin peşənin öhdəsindən layiqincə gəlirdi. Aşıq Atabalanın həmkarlarından fərqi bir neçə üstün cəhətləri də var idi. Sazla rəqs edərək meydanda fırlan ması, sazı başının üstündən atıb-tutması, böynu üstündə saz çalması ilə hamını valeh edirdi. Belə qeyri-adi mənzərəni şənliklərdə seyr etmək adamlara qəribə hisslər bəxş edərdi.
Atabala Zahidov 1963-cü ildə Masallı rayon Pionerlər evində dərnək rəhbəri, 1969-cu ildə Xıl kənd Mədəniyyət Evinin bədii rəhbəri olmuşdur. 1966-ci ildə Kalinovka kənd fəhlə-gənclər orta məktəbini, daha sonralar texnikumu bitirmişdir.
O, 1957/87-ci illərdə Ümumittifaq Xalq Yaradıcılığı Festivalının qalibi olmuş, Azərbaycan Aşıqlar Birliyinin III və IV qurultaylarına nümayəndə seçilmiş, Azərbaycan KP XXX qurultayının (1981) və Azərbaycan Həmkarlar İttifaqları Mərkəzi Şurasının qurultay (1987) nümayəndələri qarşısında, 1987-ci ildə Moskvada Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr olunmuş konsertdə, 1988-ci ildə “Macarıstan - SSRİ Mədəniyyət günləri”ndə xüsusi proqramla çıxışlar etmişdir.
Aşıq Atabala Zahidov Masallı rayonunda ilk ailə ansamblı təşkil edərək, 1972-1987-ci illərdə respublika baxış müsabiqəsinin qalibi olmuşdur. Dəfələrlə diplom, Fəxri fərman, pul mükafatlarına layiq görülmüşdür.
Qeyri-adi səsə, aşıq mahnılarını yüksək ustalıqla ifa etmək bacarığına, nağıllar, dastanlar söyləmək səriştəsinə, bənzərsiz rəqs etmək qabiliyyətinə malik olan Atabala Zahidov həm də Azərbaycan muğamlarını məharətlə oxuyub. Sazı, tarı, qavalı ustalıqla ifa edən Aşıq Atabala, Masallı el şənlikləri ilə yanaşı, Lerik, Astara, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan rayonlarına da dəvətlər almış, yüksək səviyyəli məclislər aparmışdır. Müxtəlif festival və müsabiqələrdə dəfələrlə laureat olmuşdur. Aşıq Atabala “Qurbani” dastanının mahir ifaçısı sayılırdı.
A. Zahidov 2012-ci ildə Öncəqala kəndində dünyasını dəyişmişdir.
Aşıq Salman İsrafil oğlu Tağıyev
Salman İsrafil oğlu Tağıyev 01.01.1941-ci ildə Masallı rayonunun Xırmandalı kəndində kasıb bir ailədə anadan olmuş dur. Atası İsrafilin və anası Arəstənin ata-babası Xırmandalı kəndinə İrandan köçüb gəlmişlər.
1941-ci ildə anasının qucağında 6 aylıq körpə ikən atasını və böyük qardaşını ordu sıralarına çağırıblar. Hər ikisi Böyük Vətən Müharibəsində həlak olublar.
1949-cu ildə Xırmandalı məktəbində 1-ci sinifə getsə də, 1956-cı ildə yeddiillik məktəbi bitirmək barədə şəhadətnamə alsa da, sonralar kənddə gecə məktəbində adını yazıb, 3 ildən sonra ona orta təhsil haqqında attestat verilsə də, məktəbdə oxuduğu illər ərzində “2”-dən artıq yüksək qiymət ala bilməyib. Amma alababat yazmaqdan başqa məktəbdə bir şey öyrənə bilməyib.
Dayısı oğlu Hüseynalı kənddəki kolxozda ferma müdiri vəzifəsində işləyərkən balaca Salmanı fermada “buzovçu” kimi işə qəbul edib. 1956/59-cu ullərdə ömrünü kolxozun buzovlarına həsr edib. 1959-cu ilin iyul ayında buzovları otlaq sahəsində otararkən çöldə onu yuxu basar və ona söz qoşmaq, şeir yazmaq üçün vergi verilir. Beləliklə, 1964-cü ildən başlayaraq (1962/ 67) şeirləri “Kommunist”, “Azərbaycan gəncləri”, “Sovet kəndi” qəzetlərində, “Kirpi” jurnalında və s. mətbuat orqanlarında dərc edilir.
Aşıq sənətinə olan həvəsini görən bibisi oğlu Kamran onun qolundan tutaraq Salyana - Aşıq Pənahın evinə apararaq yanında şagird saxlayır. Onlar iki yoldaş - Salman və şair Əliağa Kürçaylı ilə birlikdə Aşıq Pənahın evində yaşayırlar. Aşıq mövzuları verir, onlar isə şeir yazırlar. Altı aya qədər Aşıq Pənahın evində qalsa da, aşıq sənətindən heç nə öyrənə bilmir. Aşıq Pənahın köməyi ilə Aşıq Valehlə tanışlıqdan sonra aşıq, söz, saz sənətinin əsil meydanına daxil olur. Aşıq Valehin həyat yoldaşı Aşıq Qurbanxanın qızı olub. O qadın (əfsus ki, adı unudulub) mahir saz ifaçısı imiş. Həm Aşıq Valeh, həm də onun həyat yoldaşı aşıq sənətinin, saz çalmağın sirlərini Salmana öyrədirlər. Aşıq Valeh ağac ustası - qapı, pəncərə düzəldən, saz bağlayan olub. Beləliklə Salman el aşığı kimi püxtələşərək Salyanda, Yardımlıda və ətraf yaşayış məntəqələrində 1975-ci ilə qədər saz-söz ustası kimi el şənliklərində fəal iştirak etmişdir.
O, 2020-ci ildə Xırmandalı kəndində vəfat etmişdir.
(Ardı var)
Xudoşirin Cəbiyev, yazıçı-publisit, araşdırıcı jurnalist. cenub.az