Müdafiə Nazirliyinin bəyanatı baş verəcək ciddi hadisələrin qaranquşudur
Dünən altı yaşlı bir ailə üzvümüz hamımızı bir daha şok vəziyyətə saldı. Bu dəfə Qarabağdakı müharibənin nəticəsi ilə bağlı fikirləri ilə. Maryaşa, uşaqlıq kortəbiiliyi və kateqorikliyi ilə bildirdi ki, əgər bütün torpaqlarımız geri qaytarılmayıbsa, deməli, biz qalib gəlməmişik və “qərar verdi”: yeni bir müharibə olacaq.
Böyüklər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağda Üçtərəfli Atəşkəs Sazişini imzalamasından doqquz ay ərzində, dağlıq hissəsi də daxil olmaqla bütün Qarabağı işğalçılardan azad edib-etmədiyimizi, nəhayət düşmənin olub-olmadığını anlaya bilmədikləri, düşmənin məğlub olub-olmamasını və Qarabağ məsələsinə son qoymaq olarmı, yoxsa Üçüncü Qarabağ müharibəsini gözləməliyikmi, mübahisələrini davam etdirdikləri bir vaxtda, hələ birinci sinif şagirdi belə olmayan qızcığaz verdiktini vermişdi: müharibə olmalıdır!
Görəsən, indi böyüklərə nəhayət “ayılmağa” nə kömək etdi? Ola bilər ki, əvvəllər də kor və kar deyildik. Sadəcə olaraq təbii konfliktə meylli olmamağımız və daxili intelligentliyimiz sayəsində nə ermənilərin hərəkətlərini, nə də Rusiyanın sülhməramlı qüvvələrinin Dağlıq Qarabağdakı hərəkətsizliyini görməyə çalışdıq. Hesab etdik ki, proses davam edəcək və anlaşmaya imza atan tərəflər gec-tez bütün müddəaları yerinə yetirəcəklər.
Amma ümidimiz boşa çıxır və biz də bunu başa düşməyə başlamışıq. Bu gün yalnız faktları konstatasiya edək: Rusiya Federasiyası Prezidentinin imzaladığı Sazişin üçüncü bəndində göstərildiyinin əksinə olaraq, nəinki Rusiya sülhməramlıları "erməni silahlı qüvvələrini" Dağlıq Qarabağdan çıxarmadı, üstəlik erməni yaraqlılarına hər cür dəstək verir, onlara kömək edir, təlim keçir və hətta Rusiya Federasiyası Müdafiə Nazirliyi də "Dağlıq Qarabağın silahlı birləşmələri" statusunu tanıyır.
Yəni, Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının gözü qarşısında, bütün dünya tərəfindən ərazilərimiz kimi tanınan ərazilərdə qərar tutan erməni silahlılarının mövqelərinə zərbə endirməsinə görə Azərbaycanı günahlandırır. Baxmayaraq ki, bölgəni erməni qüvvələrindən təmizləmək və münaqişə tərəflərinin yenidən hərbi əməliyyatlara başlamasına şərait yaratmamaq vəzifəsi məhz Rusiya sülhməramlılarının qarşısına qoyulmuşdu.
Əslində, indi bu barədə qəti şəkildə danışa bilərik: rus qoşunları, Üçtərəfli Sazişin heç bir bəndinə, ən əsası da - atəşkəsin təminatı da daxil olmaqla, riayət etmirlər.
Uzun müddətdir ki, Azərbaycan tərəfi Rusiya sülhməramlı qüvvələrinin bütün səlahiyyətlərini aşmasına göz yumurdu: sülhməramlı kontingentin sayının artmasına, həddindən artıq çoxlu modul şəhərciklərin tikilməsinə və yerləşdirilməsinə, oradakı bütün Rusiya dövlət strukturlarının filiallarının açılmasına, erməni yaraqlılarının himayə edilməsinə və erməni əhalisini oraya yerləşdirməklə, nəzarəti altında olan ərazilərin faktiki olaraq Rusiyanın hərbi forpostuna çevrilməsinə də həmçinin.
Amma son günlərdə baş verənlər, yəni Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Gədəbəy, Naxçıvan və digər istiqamətlərdəki mövqelərimizi, hətta Şuşa şəhərindəki mövqelərimizi sülhməramlılarının gözü qarşısında atəşə tutması artıq səbrimizi daşırdı. RF sülhməramlıları əsas funksiyasını yerinə yetirmirsə, Rusiya rəhbərliyi erməniləri nəzarətdə saxlaya bilmirsə (və ya istəmir, üstəlik onlara təlimat verirsə), onlara nə ehtiyac var? Bacarmırsınızsa və ya istəmirsinizsə, onda yaxşı yol!
Ya Üçtərəfli Sazişə imza atan bütün tərəflər dərhal Sazişin bütün bəndlərini qeyd-şərtsiz həyata keçirməyə başlayacaq ya da bu sənəd qüvvəsini itirəcək və Azərbaycan özü ərazilərini quldur birləşmələrindən təmizləyib, xarici sərhədlərə nəzarəti ələ keçirəcək. Müdafiə Nazirliyimizin İLK DƏFƏ olaraq, adekvat tədbirlər görməyə məcbur olacağı ilə bağlı açıqlama verməsi də əbəs yerə deyil! Hərbi nazirlik Üçtərəfli Sazişi imzaladıqdan sonra İLK DƏFƏ olaraq publik şəkildə etiraf etdi:
- Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci il tarixli imzaladığı üçlü bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılmasını ehtiva edən bənd tam təmin edilməyib;
- Son günlərdə Ermənistan Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti olaraq nəzarəti altında olan Azərbaycan ərazisinə köçürür, Muxtarkənd, Şuşakənd qəsəbələri yaxınlığında, həmçinin Kəlbəcər və Laçın rayonlarının inzibati sərhədlərinin şərq istiqamətində yeni erməni postları qurur.
Və tələb edir: Rusiya sülhməramlıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsinə son qoymalıdır!
Elə bu bəyanatdan az bir müddət sonra Rusiya Müdafiə Nazirliyinin saytında yeni bir məlumat çıxdı: "Rus sülhməramlıları Stepanakertdəki xəstələr üçün təxminən 40 litr qan bağışladılar". Yəni Rusiya MN yaydığı xəbərdə bu şəhərin Xankəndi adlandırıldığını və hətta Rusiyanın özü tərəfindən Azərbaycan ərazisi olaraq tanındığı nəzərə alınmadı. Amma Rusiya Müdafiə Nazirliyi bu cür "xırda-mırda işlərlə" narahat olmur, əsas odur ki, rusların ermənilərlə qardaşlığını qan səviyyəsində möhkəmləndirməkdir və deyəsən elə Qarabağa da onlar elə bunun üçün gəliblər. Və ermənilərin damarlarında olan rus qanı lazımi məqamda "qan qardaşlığı"na haqq qazandırmaq üçün əlavə bir səbəb ola bilər.
Rusiyanın Cənubi Qafqazda çoxmərhələli bir oyun oynadığı aydın olsa da, son məqsədin bütün bölgəyə "ayı pəncəsi"ni qoymaqdır. Gürcüstanı itirən və Ermənistanı itirməyə başlayan Rusiya Azərbaycanın antiterror əməliyyatına başlamasına göz yumdu. Əvvəlcə işğal altında olan ərazilərin azad edilməsi üçün hərbi əməliyyata başlamasına imkan verdi, sonra uzun müddət müdaxilə etmədi və hətta 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, indi də Paşinyanın müdaxilə etmək yalvarışlarına baxmayaraq, neytral mövqe tutdu.
Sonra Qarabağın dağlıq hissəsini özündə saxlamaq üçün hərbi əməliyyat bitməzdən əvvəl Azərbaycan qoşunlarının hücumunu dayandırdı, ardınca sülhməramlı adı altında oraya hərbi baza yerləşdirməyə və bu əraziləri idarə etməyə başladı - öz əyaləti kimi. Və indi, Sergey Lavrovun bölgəyə səfərindən dərhal sonra, demarkasiya və delimitasiya məsələlərini aktuallaşdıraraq, sərhəddə qarşıdurmalar yaratdı və nəticə rus qoşunlarının sərhəd zonalarına yerləşdirilməsi ilə sona çatdı. Bu addım isə, nəinki Qarabağı, hətta Ermənistanı, Azərbaycanı və hətta bütün Qafqazı nəzarətə götürməyi mümkün edir.
Ancaq konkret olaraq hər üç Cənubi Qafqaz respublikası içərisində Kremlə daha çox loyallıq nümayiş etdirən Azərbaycan üçün balanslaşdırılmış siyasətin həddi tükəndi. Ehtimal etmək olar ki, Mişelin bölgəyə səfəri və assosiasiya sazişinin imzalanması məsələsinin aktuallaşması, dekabrda keçiriləcək Şərq Tərəfdaşlığı sammiti Moskvanı adekvat addımlar atmağa, hətta Bakının KTMT-yə qoşulmasını təklif etməyə vadar etdi. Və şübhəsiz ki, dövlət başçımız çox düzgün olaraq, bundan imtina etdi.
Elə bəlkə bütün bunlara görədir ki, Jirinovskini hər cür göstəriş və təhdidlərlə səhnəyə buraxdılar və biz həm diplomatik, həm də hərbi səviyyədə cavab vermək qərarına gəldik. Rusiya hərəkətləri ilə bizə başqa bir seçim qoymur – yeganə yolumuz ancaq Avropaya inteqrasiya və Türkiyə ilə hərbi əməkdaşlıqdır. Müdafiə Nazirliyinin bəyanatı isə bu hadisələrin qaranquşudur. Ya Moskva erməniləri cilovlayacaq, Üçtərəfli Sazişin bəndlərinə riayət edəcək və bizi KTMT-yə cəlb etmək planlarından əl çəkəcək, ya da Rusiya bizi tamamilə itirəcək. Hər şey buna doğru gedir...
Müəllif: Mira Həsənova. Ayna.az

Belə ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı xəbərdə deyilir: "11 avqust 2021-ci ildə Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ Silahlı Qüvvələrinin mövqelərinə hücum tipli kvadrokopterlərdən istifadə edərək iki zərbə endirdi".

Əslinə qalanda, Rusiyanın Avropa Şurasının rəhbəri Şarl Mişelə iki əsr ərzində Rusiya imperiyasının tərkibində - əvvəlcə çarın, sonra bolşeviklərin nəzarətində olan Cənubi Qafqazı Şərq Tərəfdaşlığına daxil etməsinə imkan verməsini gözləmək sadəlöhvlük olardı. Üstəlik, Moskva həm iqtisadi, həm də hərbi baxımdan Türkiyənin bölgədə möhkəmlənməsindən də çox qorxur.