Zaman-zaman təhlükələri barədə müəyyən müzakirə mövzusuna çevrilmiş bu kitablarla tanış olun.
1. El AZİF Necronomicon (Öldürən Kitab)
Ruhi xəstə bir ərəb Abdül el Hazred tərəfindən yazıldığı deyilən bu kitab olduqca təhlükəli sayılır. Dünyadakı digər cadu kitablarından fərqi oxumağa çalışanların üzərində ciddi psixoloji təsirlər buraxması, onları dəli etməsi, hətta öldürməsidir. Kitabı vərəqləməyə çalışan italyan rahib ağlının qaçdığını yazaraq kitabın orijinalını və tərcüməsini yandırmışdır. Ancaq bir müddət sonra kitab sirli bir şəkildə yenidən ortaya çıxmışdır. hətta Adolf Hitlerin bu kitabı axtarıb tapmaq üçün müəyyən tapşırıqlar da verdiyi də deyilir.
2. Tibet Ölülər Kitabı
Tibet Ölülər Kitabı ölən insanların o dünyada necə davranması gərəkdiyini izah edən müqəddəs bir kitab sayılır. Tibet inancına görə ruha yol göstərməsi və onu şeytanın aldatmasıdan qorumaq üçün oxunulmalıdır.
3. Süleymanın Kitabı
İnsanların və Cinlərin şahı və peyğəmbəri sayılan Süleymanın kitabı rəvayətlərə görə cinlər tərəfindən yazılaraq Süleymana hədiyyə olaraq verilmişdir. İndi isə bu kitabın taleyiylə bağlı məlumatlar demək olar ki, yoxdur.
4. Grimoire
Grimoire cadugərliyin əlifbası sayılır. Qara caduların əksəriyyətinin burada yazıldığı deyilir. İçində bir cadugər üçün lazım ola biləcək hər şey mövcuddur.
5. Kölgələr kitabı
Kölgələr kitabı neo-paqan bir cadugər tərəfindən yazılıb. Bu kitabda da qara maqiya və cadugərlik haqqında ciddi təlimatlar olduğu deyilir.
6. Monolitin İnsanları
Kitabın qara magiyalar əsasında yazıldığı haqqında məlumatlar var. İçindəkilər pis ruhları çağırmaq kimi fəsillərdən ibarətdir. Kitabı yazanın isə dəlixanada havalanaraq öldüyü deyilir.
7. Voyniç Əlyazmaları
Voyniç əlyazması - Məlum olmayan dildə və əlifbada yazılmış kitab. Kitabda istifadə olunan əlifbanın oxumaq yönündə dilçilər uzun müddət çalışmalar aparsalarda, kitabda yazılanları oxumaq bu günə qədər mümkün olmamışdır. Kitabın 1450 - 1520-ci illər arasında yazıldığı ehtimal edilir. Kitabın eni 15 uzunluğu isə 22 sm-dir. Səhifələrinin sayı 240 olsa da, 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın adının Voyniç adlandırılmasının səbəbi,
1812-ci ildə kitabı köhnə bukinistdən almış Vilfred Voyniçin adı ilə bağlıdır. XX əsrin ortalarında, kitabın Voyniç tərəfindən yazıldığı iddia olunurdu. Ancaq aparılmış laboratoriya araşdırmaları kitabın ən azı XVI əsrə aid olduğunu sübut etmişdir.
Voyniç kitabında diqqəti cəlb edən ən önəmli məsələlərdən biridə, kitabda çəkilmiş şəkillərdir. Şəkillərdə ulduzlar, bitkilər və çılpaq qadınlar təsvir olunmuşdur. Şəkillərə əsasən, kitabın astronomiya sahəsində yazılıdığı və bu səhədə ətraflı məlumatların verildiyi məlum olur. Voyniç əlyazması, yüz ilə yaxındır ki, alimlər tərəfindən öyrənilir. Dilçilər, kriptoqraflar, tarixçilər və digər peşə sahiblərinin birgə apardığı araşdırmalar nəticə verməmişdir. Kitabla bağlı olan iddialardan, biri orada istifadə olunan işarələrin heç bir məna ifadə etməməsidir. Müxtəlif sıralanma əsasında, yazılan kitabı oxumağın mümkün olmadığı fikri uzun müddət səslənmişdir. Lakin aparılan araşdırmalar sübut etmişdir ki, kitabda yazılan cümlələr, işarələr toplusu yox, dünya elminə məlum olmayan dilə aiddir.