Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Antalyada görməli 10 yer - Türkiyənin turizm cənnətindən FOTOLAR...


Antalyada görməli 10 yer - Türkiyənin turizm cənnətindən FOTOLAR...

İsti yay günlərində turistlərin ən çox üz tutduğu şəhərlərdən biri də Antalyadır. İsti qumu, günəşi, dənizi, tarix qoxan şəhəri, təbiəti və bol turisti diqqət çəkir Antalya. 
Bizim səfərdə olduğumuz 21-25 İyun tarixlərində burada kifayət qədər turist vardı. Bələdçimiz Məltəm xanım deyir ki, 132  rus turistin olduğu təyyarə artıq Antalyaya eniş edib və daha 150  turistin də növbəti həftə gəlməyi gözlənilir. Onu da qeyd edim ki, pandemiyada belə ən çox turist axını olan şəhərlərdən biridir Antalya. Burada 2 ilə yaxındır ki, dünyaya hökm sürən pandemiyadan sonra yenidən turizm sektoru canlanmağa  başlayıb.
 Buranın yerli  əhalisi sayı  2 milyondur. Turizm paytaxtımız olan Antalya, Aralıq dənizi istiliyi ilə dolu bir yaşayış məntəqəsidir. Bu günlərdə isti qumu, günəşi, dənizi ilə əsil istirahət mərkəzidir desək yanılmarıq. Antalyaya getdiyinizdə isə bu 10 yerə mütləq baş çəkin:
 
Qalaiçi

Bura Antaliyanın köhnə mərkəzlərindəndir. Qalaiçinə Antalya mərkəzinin incisidi də deyirlər. "Antalya incisi" olan bu məkan dəniz qoxusu, sahilində gəmiləri, ticarət mərkəzləri ilə zəngindir. Bir tərəfində Aralıq dənizi, digər tərəfində rəngli, əlvan və geniş pəncərələri olan evlər  Qalaiçini müşaiyət edir.  Tarixi divarlar arasında hökm sürən küçələr, göz qamaşdıran tarixi saraylar bu məkanı daha da sevdirir. Yerli vətəndaşlar Qalaiçi haqqında danışarkən deyir ki, bura keçmişin və bu günün  vəhdətidir. 
 
Hadrian qapısı

Hadrian Qapısı və ya Üçqapılar, Antalyadakı şəhər divarındakı monumental qapılardan biridir. Buraya bəzən Mərmər qapı da deyilir. Bu qapı 130-cu ildə Roma İmperatoru Hadriananın Antalyaya səfəri zamanı tikilmişdir. Üç gözlü qapıda Latın dilində  yazı həkk olunub. Korinf üslubunda bəzədilmiş mərmər sütunlardan və qapıdakı imperatorun və ailəsinin heykəllərindən yalnız epitaf qalmışdır. Bu qapı Antalyada diqət cəlb edir. Belə ki, bizdə Qoşla qala qapılarını xatırladan qalanın alt hissəsində araba izləri var ki, bu da həmi dövrüdə buradan arabaların daimi olaraq keçdiyi və o gündən bu günə bura toxunulmadan tarixi abidə kimi qalmasına bir işarədir. 
 
Xıdırlıq qalası

Xıdırlıq qalası 2-ci əsrdə Antalya şəhər divarlarında tikilmiş silindrik bir qaladır. II əsrdə inşa edilmiş qala, Kara Əlioğlu Parkında şəhər divarlarının cənub-qərbində yerləşir. 14 m hündürlüyündə, alt hissəsi kvadrat, yuxarı hissəsi silindrikdir. Roma imperatoru Hadrianus tərəfindən tikildiyi düşünülür. Bura əbəs yerə tarix qoxan şəhər deyilmir. Çünki Antalyanın hər daşı torpağı sizə tarixdən, buranın qədimi bir şəhər olduğundan xəbər verir. 
Burada qala, körfəzə gələn gəmilər üçün bir mayak və gözətçi qülləsi olaraq istifadə edilibmiş. Aşağı mərtəbədəki otaq divarlarında əsrlər boyu su sızması səbəbi ilə itirilən fresk qalıqlarına görə bəzi mənbələr qəhrəman türbəsi kimi göstərir.
 
Aksu (Perge)

Perge Antik Şəhəri Antalya şəhər mərkəzinin 17 kilometr şərqində, Aksu mahalında yerləşir. "Parha" adı ilə tanınan və Hitit dövründə sağ qaldığına inanan şəhər, Roma dövründə Anadolunun ən mütəşəkkil şəhərlərindən biri olub. Memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdəki qazıntılarda aşkarlanan heykəllər, Antalya Muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib. 
 
Perge şəhər planının əsasını biri şərq-qərb, digəri şimal-cənub istiqamətində uzanan iki əsas küçədən ibarətdir.15 min nəfərlik tutumu olan teatr yaxşı qorunub saxlanılıb. Oturma sahələri ilə üzbəüz titizliklə bəzədilmiş iki mərtəbəli səhnə binası M.S. II əsrdə inşa edilib. Burada tapılan əsərlər bu gün Antalya Muzeyinin Perge Teatr Salonunda davamlı olaraq sərgilənir. Bu heykəllərin mükəmməlliyi Perge heykəltəraşlığının özünəməxsus tərzini gözəl şəkildə əks etdirir. Antik Perge şəhərinin əsas təməl quruluşu olan stadion, Türkiyənin ən yaxşı qorunan stadionlarından biridir. Teatrın şimalında e.ə. II əsrdə tikilən stadion təxminən 12 min tamaşaçı tutumuna malikdir.
 
Antik dövrdə şəhərin əzəmətini əks etdirən digər sosial və mədəni quruluşlara düzbucaqlı planlı bir agora, hündür qüllələr, abidəli fəvvarələr, hamamlar və sütunlu küçələr daxildir. Perge xristianlıq üçün də vacibdir. Xristianlığın ən əhəmiyyətli simalarından biri olan Müqəddəs Paul, missioner səyahətləri zamanı Aksu çayı üzərindən Pergeyə gəlib. İncildə yazıldığı üçün şəhər və çay xristianlığın müqəddəs yerlərindən biri hesab olunur.
 
Bekıs – Aspendos

Aspendos, Serik mahalının 8 kilometr şərqində, Köprüçayının dağlıq bölgədən düzənliyə çatdığı yerdədir. 10-cu əsrdə Axeylər tərəfindən qurulmuş və qədim dövrün çiçəklənən zəngin şəhərlərindən biridir. Buradakı teatr M.S. II əsrdə Romalılar tərəfindən tikilmişdir. Şəhər biri böyük, biri də kiçik olmaqla iki təpənin üzərində inşa edilmişdir. Coğrafiya alimləri Strabon və Pamponrus Mela, şəhərin əsasını aqrusiyalılar tərəfindən qoyulduğunu yazırlar. MÖ 1200-cü ildən sonra bölgəyə Yunan köçləri olmuş, Aspendos adının mənbəyi isə yunanlardan əvvəl yerli Anadolu dilidir. Əhəmiyyətli bir ticarət yolundadır və Köprüçay çayı ilə limana qoşulduğundan, Aspendos hər əsrdə ələ keçirilmək istənən şəhərlər arasındadır. V əsrin birinci rübünə qədər Fars hakimiyyəti altında idi. 
 
Aspendos Teatrı və Su Kəməri

Aspendosun ən vacib quruluşu teatrdır. Qədim teatrlar arasında ən yaxşı şəkildə qorunub saxlanılan açıq hava teatrıdır. Bu teatr Anadoluda günümüzə qədər gəlib çatan Roma teatrlarının ən qədim və ən güclü nümunəsidir. Memarı Aspendoslu Teodorus oğlu Zenondur. Tikintisi Antonius Pius dövründə başlamış və Marcus Aurelius (138-164) dövründə başa çatmışdır. Teatr şəhərin yerli tanrılarına və imperator ailəsinə hədiyyə edilib.
Buranı hər il minlərlə yerli və xarici turist ziyarət edir. Qədim teatr konsertlər və tədbirlər üçün də istifadə olunur.
Aspendos Antik Teatrının kiçik bir hekayəsi də var. Aspendos kralının bir vaxtlar hamının evlənmək istədiyi çox gözəl bir qızı var idi. Padşah qızını kimə verəcəyini bilmədiyi üçün xalqa “Qızımı xalqımıza, şəhərimizə ən çox fayda verənə verəcəyəm” elan etdi. Bunun üzərinə iki əkiz qardaş iki böyük bina tikirlər. Biri şəhərdən uzaq, suları öz mürəkkəb yolları ilə gətirən, bir çox çətinlikləri keçən; Dünyadakı ən yaxşı akustik teatrdır, ortasında yerə bir sikkə atıldığı zaman səsləriniz üst sıralardan da eşidilir. Su kəmərlərini gördükdən sonra kral öz qızını su borusunun istehsalçısına vermək istəyir. Buna görə teatrın memarı Zenon kral üçün bir oyun oynayır. Kral teatrın zirvəsindən keçərkən bir fısıltı eşidir: "Padşah qızını mənə verməlidir". Akustikaya heyran olan kral böyük bir qılıncla qızını yarıya böldü və qardaşlara verdi.
 
Aspendos Su kəməri isə bizim Xudafərin körpüsünü xatırladır. 467-ci ildə Yunanlarla Farslar arasındakı müharibəni qazandığını xatırladan körpü deyirlər onun adına. Yerli sakinlər deyir ki, Aspendos, saxta yollarla Makedoniyalı İskəndərə müqavimət göstərməyə çalışsa da, nəticədə təslim olub və şəhərdə yetişdirilən məşhur atlar qızılların əvəzinə vergi borcunu qəbul ediblər. Bütün proses isə məhz burada baş verib. İskəndərin ölümündən sonra Ptolemeyin hakimiyyəti altına girən şəhərin ən parlaq dövrü, şübhəsiz ki, məşhur teatr və su yollarının tikildiyi Roma imperiyası dövrüdür. Aspendos Teatrı memarlıq xüsusiyyətləri və yaxşı qorunub saxlanılan təbiəti ilə bu gün Roma teatr teatrlarının ən görkəmli nümayəndələrindən biridir. Dövrün tanrılarına və imperatorlarına həsr olunmuş bina, Roma teatrı memarlığı və inşaat texnikasının son sətirlərini nümayiş etdirir. O dövrdə Aspendos teatrı təxminən 15 min adamı özünə cəlb edirdi. Teatrın yanında şəhərin ziyarət edilə bilən ən əhəmiyyətli xarabalıqları isə məhz bu su yolları olub. Cazibədar Su kəmərlərinin əksəriyyəti bu gün də qalır.  
 
Side Apollon

Roma Sülhü olaraq bilinən dövrdə tikilən iki məbəddən biri də Side Apollon Məbədidir. Bu məbədin ad işıq, gözəllik və sənət tanrısı kimi təqdim edilir. Side şəhərinin baş tanrılarından biri olan Apollonun adını daşıyır. Məbədin üzərində Korint başlığı olan sütunlar var. Bizans bazilikasının ortasında olan Apollon Məbədinin bir hissəsi bazilikanın inşasında istifadə edilərək sökülüb. Tarixi bir məbəd rolunu oynayan burada  Roma qaydasında və uyğun olaraq qurulmuş bəzi böyük sütunlar mövcuddur. Apollon Məbədi, miladdan əvvəl 150-yə qədər uzanan tarixi ilə həqiqətən də tarixi xarabalıqları ilə görməyə dəyər bir mirasdır. 
 
Düdən Şəlaləsi

Antalyanın incə gözəlliklərindən biri də Düden Şəlaləsidir. Bu şəlalə Antalyanın rəmzidir. Bu bir deyil, bir neçə şəlalədir, çünki mənbəyini Kəpəz Su Elektrik Stansiyasından götürən Düden axını iki qola bölünür və bu iki qoldakı şəlalələr Aralıq dənizinə tökülür. Aşağı Düdən və Yuxarı Düdən Şəlaləsi olaraq bilinən şəlalələrdən biri olan Yuxarı Düdən Şəlaləsi hal-hazırda piknik sahəsi və istirahət sahəsi olaraq da istifadə olunur.
Antalya səfəri zamanı gəzməli yerlərinizə əlavə etməli olduğunuz ən vacib yerlərdən biri olan Düden Şəlaləsi, adi şəhər həyatından qurtulmaq və təbiətin qoynunda təmiz oksigen nəfəs almaq istəyənlər üçün ideal məkandır. 
 
Side dəniz sahili

Side dəniz sahili dup-duru suyu, isti qumu və məşhur restoranları ilə tanınır. Burada əsil yay ab- havası özünü göstərir. Belə ki, yerli sakinlərin əl əməyi ilə hazırladıqları məhsulları satır, restoranlar isə bu əraziyə məxsus yeməkləri ilə turist cəlb etməyə çalışır. Turistləri isə buraya daha çox cəlb edən Sidenin isti qumu, dənizi və burada sakinlər üçün yaradılan şəraitidir.  
 
"The Land of Legends"

 Bura Türkiyənin Disney Landı adlanır.  Sözügedən məkanda uşaqladan böyüyə hər kəsin əylənməsi və əlveriçli gün keçirməsi üçün hər bir şərait yaradılıb.  Burada lüks otellər, əyləncə mərkəzləri, brend mağazalar, istirahər mkanları mövcuddur. Siz burada bol əylənə və zamanınızı daha səmərəli keçirə bilərsiniz





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10