Yusif Bəkirov: “Azərbaycan hələ də Uşaq Hüquqları Konvensiyasına qoşulmayıb”
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarixin qeyd olunması 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Uşaqlar dövlətin və cəmiyyətin gələcəyidir. Ona görə də onların hüquqlarının müdafiəsi və problemlərinin həlli günümüzün ən aktual məsələlərindən biridir. Bəs görəsən, Azərbaycanda uşaq hüquqları hansı səviyyədə təmin edilir?
“Şəhid övladlarının hüquqlarının müdafiəsi ilə məşğul olacaq dövlət qurumu yaradılmaldır”
Yusif Bəkirov: “Azərbaycan hələ də Uşaq Hüquqları Konvensiyasına qoşulmayıb”
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarixin qeyd olunması 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Uşaqlar dövlətin və cəmiyyətin gələcəyidir. Ona görə də onların hüquqlarının müdafiəsi və problemlərinin həlli günümüzün ən aktual məsələlərindən biridir. Bəs görəsən, Azərbaycanda uşaq hüquqları hansı səviyyədə təmin edilir?
Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun AYNA-ya dediyinə görə, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı hələ də müəyyən problemlər var: “Dövlət varsa, uşaq varsa, uşaqların hüquqlarının müdafiəsi də daim olmalıdır. Amma bu, ölkəmizdə yüksək səviyyədədirmi? Xeyr, yüksək səviyyədə olduğunu deyə bilmərik. Çünki birinci növbədə, Azərbaycan Uşaq Hüquqları Konvensiyasına qoşulmur”.
“Konvensiyada 54 maddə var. Bu maddələr uşaqların hüquqlarını 4 kateqoriyada – inkişaf, müdafiə, iştirak, yaşamaq hüquqları olmaqla özündə ehtiva edir. Azərbaycan hələ 2019-cu ildə konvensiyaya hesabat verməli idi. Təəssüf ki, 2019-cu ilin hesabatı hələ BMT-yə göndərilməyib. Bu da uşaqların hüquqlarının qorunması istiqamətində səhlənkarlıqdan xəbər verir. Düzdür, demək olmaz ki, dövlət tərəfindən uşaqların hüquqları müdafiə olunmur, amma bu, qanedici deyil”, - deyə həmsöhbətimiz bildirib.
Şəhid övladlarının hüquqlarına diqqət çəkən Bəkirov söyləyib ki, bu istiqamətdə böyük işlər görülməlidir: “Dövlət şəhid övladlarının, müharibədə valideynini itimiş uşaqların sosial müdafiəsini təmin edir, amma uşaqların hüquqlarının müdafiəsi təmin olunmur”.
“Bu istiqamətdə böyük işlər görülməlidir. Hazırda ən aktual problemlərdən biri budur. Həmin uşaqların gündəlik həyatda hüquqlarının müdafiəsi ilə məşğul olacaq dövlət qurumu yaradılmaldır”, - deyə ekspert fikrini yekunlaşdırıb.