Valideynlər və övladlar diqqətli olsunlar – həm arzuolunmaz hallardan sığortalanmaq, həm də daha çox uğur qazanmaq üçün
Bir çox valideynlər övladlarının yaxşı təhsil alması üçün onları xarici ölkələrin ali məktəblərinə yönəldirlər. Bəziləri bakalavr, bəziləri də magistr pilləsi üçün xarici ölkələrin təhsil ocaqlarını seçirlər.
Xaricdə təhsil almaq istəyənlər nələrə diqqət yetirməlidirlər? Hansı məqamlara önəm verməlidirlər?
Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, hazırda Azərbaycandan kənarda 40 mindən çox vətəndaşımız öz vəsaiti hesabına təhsil alır: “Azərbaycandan kənarda təhsil almağa gedənlərin təşkil etdiyi ölkələr sırasında birinci yeri Türkiyə tutur. 17 minə yaxın azərbaycanlı gənc qardaş ölkədə öz vəsaiti hesabına təhsil alır. Gənclərimizin bir çoxu Ukraynada təhsil alır - 9 mindən çox azərbaycanlı. Sonrakı yerlərdə Gürcüstan və Rusiya qərarlaşır. Həmin ölkələrin ali məktəblərində 4 minə yaxın gəncimiz təhsil alır. Siyahıda Avropa ölkələri də var”.
Həmsöhbətimiz hər il kifayət qədər gəncin xaricdə təhsil mərkəzlərinin vədlərinə adlandığını və öncədən vəd verilən ixtisaslara və univeristetlərə qəbul ola bilmədiklərini təəssüf hissi ilə söyləyib: “Bu, ona görə baş verir ki, reklam çarxlarında xaricdə təhsil mərkəzləri kifayət qədər nüfuzlu ali təhsil müəssisələrinə adi imtahanla qəbulun həyata keçirilməsinin mümkünlüyünü elan edir, amma reallıqda belə məsələlər olmur. Və yaxud da vəd verirlər ki, qəbul olmuş şəxslər birbaşa birinci kursda təhsillərini davam etdirəcəklər. Amma bildiyimiz kimi, bir sıra ölkələrdə hazırlıq qruplarında oxuduqdan sonra tələbələri birinci kursa qəbul edirlər. Ümumiyyətlə, Azərbaycanın adi attestatı ilə həmin ixtisaslara qəbul həyata keçirilmir”.
“Ali təhsilini xarici ölkələrdə davam etdirmək istəyən şəxslər əsasən Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplaya bilməyənlərdir. Diqqət etsək, görərik ki, onlar Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda yetərli bal toplamırlar. Ona görə də xaricdən istənilən şirnikləşdirici vədlərə aldanırlar. Xarici ölkələrə oxumağa gedən şəxslər baxmalıdırlar ki, onlara bu xidməti göstərən şirkətin, təşkilatın bu sahədə nə qədər təcrübəsi var. İkincisi, onlar diqqət etməlidirlər ki, həmin ali təhsil müəssisəsinin vahid elektron sistemdə məlumatı varmı. Bu elektron sistem “Enic-Naric” sistemidir. Yəni vahid təhsil platformasıdır. Hər bir xarici ölkəyə gedən gələcəyin tələbəsi, onun valideyni bu sistemdə getdiyi ölkəni seçməli, qəbul olunduğu vəd edilən universitetə baxmalıdır ki, həmin universitet hazırda fəaliyyət göstərirmi”, - deyə ekspert vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, hər bir xarici ölkəyə gedən şəxs bilməlidir ki, əgər o, semestr ərzində qiyabi təhsil alırsa - 15 gün, əyani təhsil alırsa - 93 gün orda olmalıdır. Bundan az müddətdə olacaqsa, onun qayıdandan sonra diplomunun tanınmasında ciddi problem olacaq. Tədris dilini mütləq bilməlidir. Bəzi hallarda azırbaycanlılar Ukraynada və yaxud Gürcüstanda neqativ yollarla qiymət alırlar. Bura gələndə onların diplomları tanınmır. Bu amillərə diqqət yetirməlidirlər. Xarici ölkəyə xidmət göstərən təşkilat ən aparıcı rol oynayır. Yaxud kimsə distant təhsil alırsa, adını qiyabi təhsil qoyub valideynləri aldadırlar. Məsələn, Türkiyədə qiyabi təhsil yoxdur, distant təhsil var. O da hazırda Azərbaycanda tanınmır. Ona görə də bu tipli vədlərə valideynlər və övladları aldanmamalıdır”.
Hazırda Kanadada yaşayan və bir çox gəncimizin Kanada və Amerikada təhsil almaları üçün istiqamət verən, “Edvise Canada Consulting” şirkətinin həmtəsisçisi Ədalət Quliyev AYNA-ya açıqlamasında deyib ki, bu məsələdə ilk vəzifə valideynlərin üzərinə düşür: “Valideynlər övladlarını kiçik yaşdan etibarən xaricdə təhsilə hazırlamalıdırlar. Öncə valideynlərin özləri mental olaraq buna hazır olmalıdırlar. Bir çox abituriyentlər var, Kanadaya gəlib təhsil almaq istəyir və buna kifayət qədər imkanları da var, amma valideynləri həmin abituriyentlərin xaricə getmələrinə qarşıdır”.
“Kanada və Amerikada övladının təhsil almasını istəyən bir valideyn üçün ilk tövsiyyəm o olacaq ki, uşaqlarını Azərbaycanda yaxşı məktəblərə göndərsinlər. Yaxşı məktəblər deyərkən hansı məktəblər nəzərdə tutulur? Fundamental olaraq uşaqlarını burdakı təhsil sisteminə hazırlaya biləcək məktəblər var ki, həmin məktəblər uşaqlara çox yaxşı ingilis dilində təhsil verir, yəni tələbə artıq məzun olduqda ingilis dilini kifayət qədər yaxşı bilir. IB, AP, British sistemi kimi, beynəlxalq səviyyəli təhsil sistemləri var. Bu kimi fərqli beynəlxalq sistemlərdə uşaqlarının təhsil almalarına diqqət göstərsinlər. İngilis dilini və yaxud da hansı dildə təhsil alacaqlarsa, həmin dili uşaqlarına mükəmməl şəkildə öyrətsinlər. Kanada və Amerikanın şərtlərində beynəlxalq tələbələr üçün birinci şərt ingilis dilidir. İkinci şərt attestat qiymətlərinin yaxşı olmasıdır. Çünki Kanada universitetləri tələbələri sadəcə attestat qiymətlərinə görə qəbul edir. Kanada azərbaycanlı tələbələr üçün iki şərt irəli sürür. Onlardan biri IELTS-dən minimum 6 və ya 6.5 bal, o biri isə attestatın olmasıdır”, - deyə müsahibimiz bildirib.
“Valideynlərin diqqətinə bir məqamı da çatdırım ki, xaricdə təqaüdlü təhsil almaq istəyən tələbələrə valideynləri tərəfindən sosial istiqamətli töhfələr verilsin. Bu, nə deməkdir? Məsələn, Qərbdəki orta məktəblərdə tələbələr öz aralarında klublar yaradırlar. Həmin klublarda aktiv fəaliyyətlər göstərirlər. Uşaqlar bəzən bu klublarda ianələr, kasıb ailələrə yardımlar toplayırlar. Bu kimi məsələlərə diqqət etməlidirlər. Qərb tələbələri seçərkən yalnız akademik tərəflərini deyil, sosialyönlü tərəflərini də axtarır. Çünki insanlar yalnız kitab oxuyan, kitaba fokuslanan deyil”, - deyə ekspert vurğulayıb.
O, valideynlərə sonuncu tövsiyyəsini də çatdırıb: “Övladlarınızı hansısa bir idman sahəsinə (peşəkara yaxın səviyyədə) meyilləndirin. Bura musiqi növlərini də aid etmək olar. Bu da çox təsirli olardı. Yəni tələbə akademik olaraq yaxşı olacaq, sosial tərəfi güclü olacaq, bunlarla yanaşı, hər hansı bir musiqi alətində ifadə edə, idman növündə özünü göstərə biləcək. Bu amillər Amerika, Kanada kimi ölkələrdə övladlarınızın qarşısında böyük imkanlar açacaq”.
Müəllif: Ülviyyə Şahin

Digər problemlərə toxunan Əsədov təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərməsi ilə bağlı olan məsələyə də diqqət çəkib: “Bu hal daha çox Rusiyada baş verir. Azərbaycanlı gənclər həmin ölkələrdə təhsillərini davam etdirməyə gedirlər, amma sonradan diplomlarını tanıtmaq üçün müraciət edəndə məlum olur ki, onların təhsil aldıqları universitetin lisenziya müddəti bitib və fəaliyyəti dayandırılıb. Bu, bir çox hallarda Ukrayna ali məktəblərinin Gürcüstandakı filiallarında baş verir”.
“Ali təhsilini xarici ölkələrdə davam etdirmək istəyən şəxslər əsasən Azərbaycanda keçirilən qəbul imtahanlarında yetərli bal toplaya bilməyənlərdir. Diqqət etsək, görərik ki, onlar Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda yetərli bal toplamırlar. Ona görə də xaricdən istənilən şirnikləşdirici vədlərə aldanırlar. Xarici ölkələrə oxumağa gedən şəxslər baxmalıdırlar ki, onlara bu xidməti göstərən şirkətin, təşkilatın bu sahədə nə qədər təcrübəsi var. İkincisi, onlar diqqət etməlidirlər ki, həmin ali təhsil müəssisəsinin vahid elektron sistemdə məlumatı varmı. Bu elektron sistem “Enic-Naric” sistemidir. Yəni vahid təhsil platformasıdır. Hər bir xarici ölkəyə gedən gələcəyin tələbəsi, onun valideyni bu sistemdə getdiyi ölkəni seçməli, qəbul olunduğu vəd edilən universitetə baxmalıdır ki, həmin universitet hazırda fəaliyyət göstərirmi”, - deyə ekspert vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, hər bir xarici ölkəyə gedən şəxs bilməlidir ki, əgər o, semestr ərzində qiyabi təhsil alırsa - 15 gün, əyani təhsil alırsa - 93 gün orda olmalıdır. Bundan az müddətdə olacaqsa, onun qayıdandan sonra diplomunun tanınmasında ciddi problem olacaq. Tədris dilini mütləq bilməlidir. Bəzi hallarda azırbaycanlılar Ukraynada və yaxud Gürcüstanda neqativ yollarla qiymət alırlar. Bura gələndə onların diplomları tanınmır. Bu amillərə diqqət yetirməlidirlər. Xarici ölkəyə xidmət göstərən təşkilat ən aparıcı rol oynayır. Yaxud kimsə distant təhsil alırsa, adını qiyabi təhsil qoyub valideynləri aldadırlar. Məsələn, Türkiyədə qiyabi təhsil yoxdur, distant təhsil var. O da hazırda Azərbaycanda tanınmır. Ona görə də bu tipli vədlərə valideynlər və övladları aldanmamalıdır”.
Hazırda Kanadada yaşayan və bir çox gəncimizin Kanada və Amerikada təhsil almaları üçün istiqamət verən, “Edvise Canada Consulting” şirkətinin həmtəsisçisi Ədalət Quliyev AYNA-ya açıqlamasında deyib ki, bu məsələdə ilk vəzifə valideynlərin üzərinə düşür: “Valideynlər övladlarını kiçik yaşdan etibarən xaricdə təhsilə hazırlamalıdırlar. Öncə valideynlərin özləri mental olaraq buna hazır olmalıdırlar. Bir çox abituriyentlər var, Kanadaya gəlib təhsil almaq istəyir və buna kifayət qədər imkanları da var, amma valideynləri həmin abituriyentlərin xaricə getmələrinə qarşıdır”.
“Kanada və Amerikada övladının təhsil almasını istəyən bir valideyn üçün ilk tövsiyyəm o olacaq ki, uşaqlarını Azərbaycanda yaxşı məktəblərə göndərsinlər. Yaxşı məktəblər deyərkən hansı məktəblər nəzərdə tutulur? Fundamental olaraq uşaqlarını burdakı təhsil sisteminə hazırlaya biləcək məktəblər var ki, həmin məktəblər uşaqlara çox yaxşı ingilis dilində təhsil verir, yəni tələbə artıq məzun olduqda ingilis dilini kifayət qədər yaxşı bilir. IB, AP, British sistemi kimi, beynəlxalq səviyyəli təhsil sistemləri var. Bu kimi fərqli beynəlxalq sistemlərdə uşaqlarının təhsil almalarına diqqət göstərsinlər. İngilis dilini və yaxud da hansı dildə təhsil alacaqlarsa, həmin dili uşaqlarına mükəmməl şəkildə öyrətsinlər. Kanada və Amerikanın şərtlərində beynəlxalq tələbələr üçün birinci şərt ingilis dilidir. İkinci şərt attestat qiymətlərinin yaxşı olmasıdır. Çünki Kanada universitetləri tələbələri sadəcə attestat qiymətlərinə görə qəbul edir. Kanada azərbaycanlı tələbələr üçün iki şərt irəli sürür. Onlardan biri IELTS-dən minimum 6 və ya 6.5 bal, o biri isə attestatın olmasıdır”, - deyə müsahibimiz bildirib.
Quliyevin sözlərinə görə, təqaüdlü təhsil almaq Kanadaya nisbətən Amerikada daha asandır: “Əgər tələbələr təhsil alarkən kifayət qədər yaxşı attestat qiymətləri olsa, yaxşı təhsil almış olsalar, IELTS və TOEFL-dan da yaxşı nəticələr əldə etsələr və Azərbaycanda SAT adlanan Amerikaya məxsus imtahandan da yaxşı bal yığsalar, onlara Amerika kifayət qədər yüksək təqaüd verilir”.

Ayna.az