Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Əxlaqsız aparıcı əxlaqdan danışmasın!” - Xalq şairindən sərt çıxış



"Dil varsa xalq var, dil yoxdursa xalq da yoxdur. Dil ana südü kimidir, necə ki ana südü ilə qidalanmayanlar ömür boyu xəstə olur, dili də erkən yaşdan mənimsəməyən şəxslər hər zaman problemlərlə üzbəüz qalırlar”.

“Əxlaqsız aparıcı əxlaqdan danışmasın!” - Xalq şairindən sərt çıxış


BakuPost.az xəbər verir ki, bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dilinin problemlərinin müzakirəsinə həsr olunmuş konfransda çıxışı zamanı deyib. S. Rüstəmxanlı dil qaydalarını pozan TV aparıcılarından da danışaraq, onları sərt tənqid edib: "Dil çox ciddi məsələdir, əgər dil varsa, xalq da var, dil yoxdursa, həmin xalq da yox olur. Məktəblərdə, təhsil ocaqlarında ana dilinin öyrədilməsi məsələsinə xüsusi diqqət yetirməliyik. Xüsusən də rusdilli məktəblərdə ana dili necə öyrədilir? Axı onlar da bizim ölkəmizin vətəndaşlarıdır. Aparıcıların TV-də yol verdikləri yanlışları ön plana çəkirik. Əvvəlcə baxmaq lazımdır ki, bu aparıcı hansı əxlaq yiyəsidir? Əxlaqsız adam TV-də əxlaqdan, mənəviyyatsız adam mənəviyyatdan danışmasın! İnsanın, aparıcının daxili aləmi, mənəviyyatı gözəl olmalıdır, təkcə zahirən gözəl olmaqla iş bitmir. Bəzən rus dilindən hansısa sözü işlədəndə heç kim pis qarşılamır. Amma Türkiyə türkcəsində bir söz eşidəndə həmin an tənqid edirlər. Axı niyə?! Axı Türkiyə türkcəsi bizə doğma dildir. Biz məhz türk dillərindən sözlər götürməklə dilimizi zənginləşdirməliyik. Başqa bir problem də küçədə sorğu götürən TV

əməkdaşları ilə bağlıdır. Yoldan keçən vətəndaşa yaxınlaşıb fikrini soruşurlar, amma baxmırlar ki, həmin adam Azərbaycan dilində danışa bilir, ya yox? Bunlara diqqət etmək lazımdır. Eybəcər müraciətləri, ifadələri yığışdırmaq lazımdır”.

Sabir Rüstəmxanlı əlavə edib ki, müəssisələrə xarici dillərdə adların verilməsi bir sıra problemlərə gətirib-çıxarır: "Müəssisələrə ad seçilərkən ciddi nəzarət edilməlidir. Biz hər zaman "karvansaray" sözünü dilimizdə istifadə etmişik, indi isə bizə deyirlər ki, yox, mütləq plaza deməlisiniz. Axı nəyə görə? Bunlar öz millətini, dilini sevməyən insanlardır. Necə ki övladlarımıza ad qoyanda müəyyən məhdudiyyətlərlə qarşılaşırıq,





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10