Böyük qazax şairi, yazıçısı, ictimai xadimi, Azərbaycanın sədaqətli dostu Oljas Süleymenovun 85 yaşı tamam olur. Bu münasibətlə Nəriman Əbdülrəhmanlının qazaxcadan tərcüməsində görkəmli yazıçı Rollan Seysenbayevin essesini təqdim edirik.
1
Çingüztau düzənliyi düz kəndimizin arxasından başlayır. Günçıxanda Çin düzənliyi, Rusiyanın dağlıq rayonu, quzeydə Ulıtau düzənliyi, sonra Betpakdala, Moinkum, Üstyurt uzanıb gedir.
Jidebay qoruğu – ucsuz-bucaqsız Dəşti-Qıpçaq çölünün kölgə düşən guşəsidi. Abayın aulu burda yerləşir.
Axşamın sakitliyində mavi səmada uca və həyəcanlı “Olljjaaaaassss!” hayqırtısı eşidildi.
Aulun kənarında bütün dünyanı unudub top qovan uşaqların yad qışqırtı nə vecinə?!
Qəfil hayqırtıdan heyrətlənmişdim. Məni qəfil səs yox, qeyri-adi AD heyrətləndirmişdi.
Olljjjaaaaassss!”
Ucaboy, yaraşıqlı cavan bir oğlan məzarlarımıza baş əyib, Allaha dua eləyib, salavat çevirib yaxınlıqda dayanmış yük maşınına sarı qaçırdı.
Başım yenə top oynamağa qarışdı. Əlli-altmışıncı illərdə çöl uşaqlarının sevinci və məşğuliyyəti xizəklə sürüşmək, aşıq-aşıq oynamaq, top qovmaq, dombra çalmaq, at çapmaq, ox atmaq, berkut öyrətmək idi.
Yeddi yaşlı oğlan gecələr şam işığında kitablar oxuyardı. Bu, çöl uşaqlarının əsas məşğuliyyətlərindən biriydi.
Top qovurdular, oyun başa çatanda da elə yorulurdular ki, özlərini aula zorla yetirirdilər.
Ah, müqəddəs torpaq, müqəddəs yurd yeri, o aulda yaşayan qazax və sərt, amansız tərbiyə üsulu. Auldaki kiçik kitabxana bizə adam olmağı, gündə qırx dəfə salamlaşmağı, uşaqlara əl qaldırmamağı, böyüklərə söz qaytarmamağı öyrətmişdi.
Ah, o çağları unutmaq olarmı?! Nə vaxt gözlərimi yumuram, iç dünyamda doğma aulumuz və uşaqlıq günlərim canlanır!..
Gecə yuxumdan məni canlı “Olljjjaaaaassss!..” hayqırtısı oyatdı.
Gözlərimi açanda divara düşmüş işığı, tutqun tavanı gördüm.
Bir də qulaqlarımda uzun əks-səda vardı: Olljjjaaaaassss?!.
2
Bu hadisənin baş verdiyi ili xatırlamıram. Güman ki, əlli altıncı, ya əlli yeddinci il idi. Amma ay yadımdadı. Bürkülü avqust ayı idi.
Səhər tezdən oyanırdım. Səhərlər işim göy atımı örüşdən tutub evə su daşımaq idi. Həmişə olduğu kimi, atımın belinə sıçradım, yalına yatdım, xeyli çapdım. Ona gecə gördüyüm yuxunu danışdım, dünən oxuduğum nağılları söylədim. Ağıllı göy atım qulaqlarını şəkləyib danışdıqlarıma qulaq asırdı. Aramızda möhkəm dostluq vardı. Bir-birimizdən ayrı düşəndə çox darıxırdıq!..
Amma bu gün qulaqlarımda yalnız bir AD qalmışdı: Olljjaaaaassss!
Nadir Addı. Qeyri-adi Addı. Bənzərsiz Addı. Sehirli Addı. Uşaqlıq çağlarımı və Dəşti-Qıpçaq çölünü sarsıdan Addı...
Yeganə Addı, qısa müddət ərzində bütün dünyanı heyrətə salan müqəddəs Addı. Parlaq ulduz kimi kəhkəşanda bərq vuran Addı.
3
Atam hər dəfə Semipalatinskə gedəndə, az qala, bir kisə kitab alırdı. O kitabların arasında itib-batır, çıxa bilmir, gecə-gündüz mütaliə eləyirdim. Qalınların hamısını oxumuşdum, əlimin altında yalnız nazik bir kitab qalmışdı. Üz qabığında yazılanlar cismimi lərzəyə saldı: Oljas Süleymenov. Arqamaklar. Kitabdakı şeirləri birnəfəsə oxudum. Dönüb bir də oxudum. Bir daha oxudum. Şeirin misraları ruhumu qidalandırdı. Ehtiraslı, ağıllı, orijinal fikirlər düşüncələrimi tüğyana gətirdi.
Olljjjaaaaassss!
Yaddaşımdan heç cür silinməyən sehirli, bənzərsiz ad yenə rastıma çıxmışdı. Şeirin misraları iti qılınc kimi qəlbimə sancılmışdı.
Əziz oxucum, onda şairin şeirləri yalnız rus dilində idi. Rus hökmranlığı dövründə yaşayırdıq. Babam da, mən də rus dilində sərbəst danışırdıq. Babam Çingiztaudakı aclıq illərində sağ qalmış, uzun illər Semeydəki ət kombinatında işləmişdi. O, rus mühitində yaşamışdı. Sənədli əsərdə faktlardan qaça bilmərəm. Məni günahlandırmayın. Oljasın qazaxca düşündüyü sözləri də rus dilində dərc olunmuşdu:
...Эй, половецкий край,
Ты табунами славен,
Вон вороные бродят
В ливнях сухой травы.
Дай молодого коня,
Жилы во мне играют,
Я проскачу до края,
Город и степь
Накреня.
Ветер раздует
Пламя
В жаркой крови аргамака,
Травы
сгорят
под ногами,
Пыль
И копытный цок.
Твой аргамак узнает,
Что такое
атака,
Бросим
робким
тропам
Грохот копыт в лицо!..
Şeiri üç dəfə oxuyub tamam əzbərlədim. Sonra digər şeirlərini də oxudum. Heyrətləndim, qəlbimi fərəh bürüdü, gözlərim yaşardı. Bu, ağlagəlməz sarsıntıydı.
Hər dəfə “Arqamak” şeirini oxuyanda gözlərimin qabağında Ər Tostik və Kambar batır minən artlar canlanırdı.
-Məktəbə getməyi də unutma, - atam xəbərdarlıq elədi.
Həssas atam kitabı tamam əzbərləmək niyyətində olduğumu başa düşmüşdü. Məktəbdən və atamdan uzaqda, aulda, daim üzbəüz əyləşib Qurani-Kərim oxuyan sərt xasiyyətli babamın yanında yaşayırdım. Daim qəribə, naməlum bir aləmə düşürdüm. Oljas məni başqa dünyaya, başqa aləmə aparırdı:
…Сырдарья погоняет ленивые жёлтые волны.
Белый город Отрар, где высокие стены твои?
Эти стены полгода горели от масляных молний,
Двести дней и ночей здесь осадные длились бои.
Перекрыты каналы.
Ни хлеба, ни мяса, ни сена,
Люди ели погибших
И пили их тёплую кровь.
Счёт осадных ночей
майским утром прервала измена,
И наполнился трупами
длинный извилистый ров.
Только женщин щадили,
Великих, измученных, гордых,
Их валяли в кровавой грязи
Возле трупов детей,
И они, извиваясь,
вонзали в монгольские горла
Исступлённые жала
изогнутых тонких ножей.
-Ata, bu gün məktəbə getməyəcəyəm...
-Bilirəm, Oljasın şeirləri sənin ağlını başından alıb.
O, cənnətlik oldu. Mənim ruhumsa, göylərdə uçur, ata.
-Məktəbə getmək istəmirsənsə, getmə, - atam gülümsəyə-gülümsəyə dilləndi. – Şair Oljas çox məşhurlaşıb. Oxumuş qazaxların hamısı onu sevir. “İnsana təzim et, Yer kürəsi!” kitabını tapa bilmədim. Gələn dəfə gətirərəm. O cavan oğlan bütün dünyanı lərzəyə salıb. Deyilənə görə, öz şeirlərini Amerika qitəsində belə oxuyur.
İlk dəfə məktəbə qeyri-iradi olaraq getmədim. Oljasın kitabı olandan sonra məktəb nəyimə gərəkdi? İndi gizlətməyə ehtiyac yoxdu, Oljasın şeirləri məndən ötrü universitet, heyrətlə dolu aləm idi.
Babam Quranı üç dəfə öpüb alnına qoydu, atlas parçaya bükdü, sonra məni süzdü:
-O kitabçadakı şeirlərdən birini oxu görüm, - o, soyuq tərzdə dilləndi.
Dizlərim üstə çöküb məni bir neçə il əvvəl əsir eləmiş Adlı şairin şeirlərini oxumağa başladım:
...ты собаку ударил при мне,
чем собака тебя обидела?
Знай же -
не по моей вине
чабаны твой удар не видели.
Не положено бить
детей
и собак -
по закону степей.
Так поймёшь ли,
за что тебе
я, как волку, в глаза гляжу?
-Sən o kitabdakı şeiri əzbər söyləyirsən?
-Şeirin özü yaddaşıma həkk olunub. Çox təəccüblüdü, baba.
-Sən də ağıllı arqamaksan, - babam gülümsündü.
-Kitabın adı da “Arqamaklar”dı.
-Bəs o cavan şairin adı nədi?
-Oljas Sülüymenov.
-Bir şeirini də oxu.
Вблизи Чингизских гор его могила,
Исколотая жёлтыми цветами;
Голодными, немилыми, нагими
К могиле приходили на свиданье.
И пили, усмехаясь, горечь песен,
И, колыхаясь, колебались травы,
Цветы желтеют грустно,
Как отрава...
Вблизи Чингизских гор его могила.
Babam susur. Mən də heyrətlə onun üzünə baxıram. Sonra cibindən qəlyanını çıxarıb asta-asta doldurmağa baqşladı.
-O oğlanın neçə yaşı var.
-Deyilənə görə, iyirmi yaşını yeni ötüb.
- Jidebayda dəfn olunmuş Abay da babasına şeirlər oxuyarmış. Cəmi iki ağızdan-ağıza keçən şeirdə qazaxların iki yüz illik dərdini söyləyib. Qazaxların dərdini söyləyən bir oğlan da dünyaya gəlib! – O, bir qədər susub dilləndi. – Bir-iki gün məktəbdən qal. Birgə Jidebaya yollanaq. Gedək Abay babanı ziyarət eləyək, yadımıza salaq, Quran oxuyaq. Allaha dua eləyək. Cavan şairə xoşbəxt gələcək, dilimizi qoruyub saxlamağı arzulayaq. Amin. Yola hazırlaşaq. – Babam cəld yerindən qalxıb əlavə elədi. – Gəl bir az azuqə də götürək. – Sonra bayıra çıxdı.
4
Babam Jidebay düzənliyində bir həftə qaldı. Hər səhər Abayın qəbrinin üstünə gedib Quran oxuyurdu. Sonra uzun müddət susurdu. Axırda asta-asta ata-anasının qəbri üstünə gedir, orda da Quran oxuyur, dinməzcə otururdu.
Axşamlar yenə qəbirlərə baş çəkir, Günəş qüruba enənəcən yanında əyləşirdi.
Yeddinci günün səhəri yenə obaşdan durub yenə Abayın qəbrini ziyarətə yollandı. Məni oyatmamış, tək getmişdi. Mən yola hazırlaşmalı idim.
Bir müddət sonra babam qayıtdı.
-Hazırıq? – O, soruşdu.
-Hazırıq.
Göy otluqda diz çöküb Quran oxudu. Ucadan, xüsusi ahəng və səbirlə oxuyurdu.
Sonra arabayla geri qayıtdıq
Kunekenin (Kunanbay Hacının) qəbrini ziyarət eləyə bilmədim. Yolu uzaqdı. İndi də gedib çıxa bilmərəm. Təəssüflənməyin də xeyri yoxdu. Kuneken mənim əcdadlarıma hörmət və ehtiramla yanaşırdı. Namuslu və ləyaqətli olduqlarına görə. Bunu unuda bilmərəm. Jidebayda olanda Abayın, qardaşı Ospanın, Zere babam və Uljan nənəmin ruhuna dua oxuduq. Onların ruhunun cənnətdə olması üçün Tanrıya yalvardıq. Allah ruhlarını şad eləsin! Yaradan da mərhəmətini əsirgəmədi, sağ-salamat geri qayıtdıq, ocağımıza çatdıq.
Qəlbimisə Oljasın şeirləri əsir eləmişdi. Bütün kitabını əzbərləmək istəyirdim.
О казахи мои, молодые и древние!...
Степь тянула к себе
Так, что ноги под тяжестью гнулись,
Так, что скулы - углами,
И сжатое сердце лютей,
И глаза раздавила,
Чтоб щелки хитро улыбнулись.
Степь терпеть не могла
Яснолицых высоких людей.
Кто не сдался,
Тому торопливо ломала хребет,
И высокие камни валила тому на могилу,
И гордилась высоким,
И снова ласкала ребят.
Невысоких - растила,
Высоким - из зависти мстила.
Şair, sənin şeirlərinizi oxuyanlar öz ölkəsi üçün doğulmuş uşaqlar olmalıdı! Sənin sözlərin kəskindi, fikirlərin alidi!.. Dil – daşların gözləridi. O cavan oğlan indi mənim dualarımda yaşayır, İlahi!
Geri qayıdanda babam dinib-danışmadı, dərin düşüncələrə daldı.
Səhəri gün məktəbə gedəndə heç kəs bir həftəni harda olduğumu soruşmadı.
Atam da soruşmadı. Heç anam da maraqlanmadı.
Təəccübləndim.
5
1975-ci ildə Oljas Sülüymenovun “Az i Ya” monoqrafiyası çapdan çıxdı, bütün ölkəni silkələdi. Azadlıq həstətində olan ziyalılar sevindiklərindən papaqlarını göyə atırdılar. Sovet İttifaqının yaradılmasından əlli səkkiz il sonra sosializm qurmağa çalışan ölkədə ilk dəfə “Həqiqət” kəlməsi səslənmişdi. Həqiqət haqqında fikirlər ucalmağa başlamışdı.
Ayılan hakimiyyət “Az i Ya”nı da həbsə atdı. Yüz min tirajla çap olunmuş kitabı doğrayıb yandırdılar. Rejimin özbaşınalığı mütərəqqi nə vardısa, boğmağa çalışırdı. Amma qabaqcıl düşüncə artıq insanların şüuruna yerimişdu. Artıq onu boğmaq mümkün deyildi.
Həqiqətin bayrağı enmədi.
Şair Oljas Sülüeymenov “Az i Ya” kitabının oxucularından on mindən artıq məktub aldı. Dünyada şair çoxdu, amma yalnız Oljas öz kitabına görə on mindən çox məktub alıb. O məktubların çox hissəsini Oljekeyə Moskvada şəxsən vermişəm.
Bu, Oljas Süleymenovun zəfəriydi
Həm də qazax xalqının zəfəriydi.
Hətta bəşəriyyətin qabaqcıl nümayəndələrinin zəfəriydi...
6
İyirmi doqquz yaşında oxumaq üçün Moskvaya getdim, sonra iyirmi il SSRİ Yazıçılar İttifaqının məsul katibi işlədim.
Şənbə və bazar günlərimi Lenin adına kitabxanada keçirirdim. Adi adamlar üçü əlçatmaz olan bağlı fondları açdırır, ağlagəlməz sirlərlə dolu əlyazmaları oxuyurdum.
Heyrətamiz illər idi. Qədim əlyazmalarda xalqımın qan-qadayla dolu tarixi, cəsarətinin, şərəfinin və ədalətinin sirləri, türk dünyasının Stalinin əmrilə dağıdılan tarixi əlaqəsi vəsf olunmuşdu. Yalnız bircə ağlagəlməz həqiqət qeyd olunmamışdı: qırmızılar türk mədəniyyətini, adət-ənənəsini, ədəbiyyatını və qəhrəmanlıq salnaməsini məhv eləmişdilər. Onlar ruh qazanının üzərini qurğuşunla örtmüşdülər.
O, türk dünyasını görmək üçün gəlmişdi.
O, rus aləminə yol açmaq üçün gəlmişdi.
Bu gün türk dünyasının tarixi get-gedə daha geniş yayılır. İndi yalnız o həqiqəti yazmaq və bütün dünyaya göstərmək lazımdı. Onlar bilmirdilər ki, Həqiqət nə qədər təzyiqə məruz qalsa da ölməz. Rus çarları, sonrakı 70 il ərzində dünyaya hökm eləməyə can atan qırmızılar üç yüz il ərzində türk aləmilə mübarizə aparıblar. Var güclərilə adət-ənənələrimizi, dünyagörüşümüszü, mədəniyyətimizi və dilimizi məhv eləməyə çalışıblar. Bu döyüşdə də böyük qələbə qazanıblar. XXI əsrdə belə qazaxlar doğma dillərilə yanaşı rus dilində də danışırlar. Ən böyük faciə budu ki, qazax anaların bətnində əcnəbi dildə danışacaq uşaqlar böyüyürlər.
Otuz illik müstəqillik ərzində artıq yox olmaq həddinə çatmış qazax dilini dirçəldə bilməmişik. Bəyəm, qazaxların faciəvi taleyi doğma dillərinə bu cür münasibətdə əks olunmayıbmı?!
Lenin adına kitabxanada xalqımın tarixini oxumağa başladım. Öz xalqımın, eləcə də türk aləminin keçmişini öyrənmək istəyirdim.
Səhərlər kitabxanaya can çəkə-çəkə gedir, axşamlar əcdadlarımın məruz qaldığı təhqirlərə görə göz yaşı tökürdüm
Yatmazdan əvvəl Əl-Fatiha surəsini yeddi dəfə oxuyurdum. Yalnız bundan sonra ruhum canlanır, azadlığa çıxır, sehirli dincliyə dalırdı. Moskva vaxtıyla saat 6-da oyanır, yataqdan durmazdan qabaq Allaha dua eləyirdim: “Səhərin açıldı. Dünyaya baxmaq üçün bir gün də verdin. Bunun üçün sənə minnətdaram, Tanrım”.
Qazağıstanda səhər saat doqquzdu. Qazax xalqı iş başındadı. Mən də qələmimi götürüb qarşıma ağ vərəq qoydum. Öz xalqımla birgə olmaq istəyirdim.
İnsan üçün öz xalqıyla birgə olmaq, birgə nəfəs almaq, birgə çalışmaq xoşbəxtlikdi. Moskvada iyirmi il işlədiyim müddətdə bu duyğunu və qavrayışı mənimsədim. Hətta Moskvadan sonra uzun illər xaricdə yaşadım. Amma öz vərdişimdən əl çəkmədim. Bu, mənim həyat prinsipimə çevrildi.
Qazağıstanın tarixilə bağlı çox oxusam da, az yazmışam.
Mənim yaradıcılıq illərim iyirminci və iyirmi birinci yüzillərə təsadüf eləyib. Qırmızıların qanlı zülmü altında “yaşayan” qazaxlar haqqında həqiqəti qələmə almışam. Bu, təhlükəli yol idi. Belə qorxulu yolla məhz Allahın himayəsində irəliləmişəm. Amma insanların hədələrindən çəkinməmişəm. Həqiqət saydığım yolla getməyə borclu olduğumu hiss eləmişəm.
Babam qazax çöllərindəki aclıq barədə çox danışıb. Bu barədə söz açanda da gözlərindən yaş axırdı. Onun bütün doğmaları aclığın qurbanı olublar. Arvadını və iki oğlunu da götürüb Jidebaydan Semeyə piyada gəlib. İki balasını saxlamağa imkanı olmadığına görə, üç yaşlı böyük oğlunu həmin vaxtlar açılan yetimxanaya verib. Yetimxananı bir gecə Sibirə köçürüblər, bütün gecəni göz yaşı tökən arvadı səhər oğlunu götürməyə gedəndə heç kəsi tapmayıb. Arvadı bu dərdə dözə bilmədən ölüb Babam böyük Semipalatinsk şəhərində kiçik oğluyla – atamla tək-tənha qalıb. Aclıqdan əziyyət çəkən şəhərdə ata və oğul ölüm-dirim yaşayıblar.
Babam danışırdı ki, Jidebaydan Semipalatinskədək olan təxminən iki yüz kilometrlik yol ölənlərin sümüklərilə doluydu. O sümükləri kim torpağa basdıracaqdı axı? Gecə-gündüz yollarda ağarırdı. Yağış, külək, qar həmin sümükləri otuz-qırx il ərzində toza döndərdi.
Babam məni çöllərdə gəzdirə-gəzdirə o faciələrdən söz açırdı.
Səkkiz milyon qazağın yarısı 1930-cu illərdə baş verən aclığın qurbanı oldu. Yalnız doxsan ildən sonra sayımız on milyona çatdı.
Nə Lenin kitabxanasının məxfi zalı, nə də çöldə yaşamış babam yalan danışırdı. Oljas da yalan söyləmirdu.
Aclıq qurbanları hələ də Ana Yerin bətnində həqiqəti gözləyə-gözləyə susurlar.
Aclıq Ukraynada da baş verib. İndi ölkənin hər bir şəhərində aclıq qurbanlarının xatirəsinə ucaldılmış nadir abidələr var. Qazağıstanda, Astanada, “Turist” mühmanxanasının foyesində isə bədbəxt uşaqların və ölüm ayağında olan insanların fotoları asılıb. Şərəfsiz və qaba hakimiyyətdən nə gözləyə bilərik axı?!.
Если прав, будь с гордым горд,
он не отец пророка.
Будь с робким робок, он тебе не раб.
Я так и поступал, клянусь, дорога,
не всем, кто ждал, помог,
ведь я не Бог,
что в силах одинокого поэта?
На все вопросы не нашел ответа,
но людям я не лгал,
Хотя и мог.
Səksəninci illərdə Oljas poetik toplularını çap etdirmək istəmirdi. O, dil haqqında trilogiya olan “Müqəddəs yazıların dili” əsərini qələmə almışdı. Moskvada, ümumiyyətlə, kitabları işıq üzü görmürdü. Ölkə oxucuları şairin poeziyasının intizarında idilər.
Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatıyla Oljasın sanballı bir kitabını çap eləmək barədə razılığa gəldim.
Axşam Almatıya, Oljekenə zəng vurdum. Kitab barədə söz saldım.
-Buna ehtiyac car? – Oljas soruşdu.
Dedim, çoxdandı Moskvada kitabınız çıxmır. Necə düşünürsünüz, bu çatışmazlığı aradan qaldırmaq lazımdı. Oxucu gözləyir.
-Özün bilərsən, - Oljas dilləndi. – Kitabı hazırlayın, sonra mündəricatının göstərərsiniz.
-Çox gözəl. Kitaba ön söz lazımdı. Kimə yazdıraq? – Mən soruşdum.
-Dostum, Almatıda gecədi, mən də birinci yüzildəyəm. Sizsə Moskvada XX yüzili yaşayırsınız. – Hiss elədim ki, bu məsələ xoşuna gəlmədi.
-Yevgeni Sidirova deyərəm.
-Lap yaxşı. Əlyazmanı ona verin. Mən də birinci yüzildən canımı qurtarandan sonra zəng vuraram. O, dostumuzdu.
-Oldu, - dedim.
-Hələlik, - bariton səsilə dilləndi, yenə birinci yüzilliyin tozuna batdı və Almatıda tək-tənha qaldı.
Mənsə Moskva adlı səs-küylü, daş şəhərdəydim.
7
Bir həftədən sonra Qorki adına Ədəbiyyat İnstitutuna getdim. İnstitutda qırx yaşlarında yazıçılar olan istedadlı yaşıdlarım Anatoli Kim, Vladimir Liçutin və mənim xüsusi emalatxanalarmız açılmışdı. Həmin emalatxanada nasirlərə dərs deyəcəkdik. Mənim emalatxanamda nasirlərlə yanaşı şairlər və tərcüməçilər də təhsil alırdılar. Onlar həm doğma dillərində, həm də rus dilində yazırdılar.
Emalatxanada məşğələmi başa vurub institutun rektoru Yevgeni Sidorovun yanına getdim. O, çox istedadlı, təmkinli və savadlı insan idi.
-Dərdini de görüm, Rollan.
-“Xudojestvennaya literatura” nəşriyyatında Oljas Süleymenovun bircildliyini çap etdirmək istəyirik. O kitaba ön söz yazsanız...
-Elə bundan ötrü gəlibsən?
-Elə bundan ötrü...
-Oljas necədi?
-Hər şey qaydasındadı, Almatıdadı.
-Kitabın içində nə var?
-Seçilmiş şeirləri, bir də “Gil kitab” poeması.
Yevgeni Aleksandrov katibəsini çağırdı.
-Bizə çay ver. Bəlkə, konyak içək?
-Olar, Yevgeni Aleksandroviç.
-Əlyazmanı gətir, mənə ver. “Gil kitab”ı da yaxşı seçmisən. Dünyada yüz böyük əsər olar, “Gil kitab” da onlardan biridi. Ümumdünya musiqisinin bir hissəsi olan nəğmədi. Oljas öz nəğməsini yazanda neçə yaşı vardı? – O, soruşdu.
-Otuz yaşı.
-Ən yaxşı yazıçılarımızdan kim otuz yaşında böyük əsər yazıb, hə? Oljas nəhəng adamdı! Gəl “Gil kitab”ın sağlığına içək.
-İçək, Yevgeni Aleksandroviç.
-Mənə on gün vaxt ver.
-Əlyazmanı gətirməyə ehtiyac var?
-Ehtiyac yoxdu. Kitabxanamda Oljasın bütün kitabları var. “Az i Ya”nı da verib. Avtoqrafla. Sizin emalatxananıza birinci kursdan üç nəfər göndərmək istəyirəm. Biri Leninqraddan, ikisi Moskvadandı. İstəyirəm ki, türk poeziyasını və türk aləmini öyrənsinlər. Biz Oljasın yaradıcılıq qüdrətini və keyfiyyətlərini etiraf eləmək istəmirik. Bu, çox yanlış fikirdi. Əlbəttə ki, siyasətdi. Dünyada ən başlıca şeylər – Həqiqət və Sənətdi. Ağlımız inkişaf eləməsə, Həqiqəti də Sənəti də itirəcəyik. Biz vicdanımızın axırına çıxmışıq.
Yevgeni Aleksandroviç gözlərini üzümə dikib susdu. Belə bir məqamda söylədiyi fikirlər çətin ki, təsadüfi olaydı.
-Sən hələ cavansan, - rektor dilləndi. – Oljasa salam söylə. Sağ olun ki, bunu mənə etibar eləmisiniz. Sənə Oljasın çox sevdiyim bir şeirini oxuyum:
Андрей! Мы с тобой кочевники,
нас разделяют пространства
культур и эпох,
мы бродяжим по разным маршрутам,
как бог и религия.
Я хочу испытать своим знанием
веры великие,
о которых мой гордый рубака
и ведать не мог.
Я пишу по-этрусски о будущем,
ты расшифруй
голоса и значенья
в стены вонзаемых рун,
невегласам учёным доверь
истолкованный бред,
да мудреют они,
узнавая познания вред.
Я брожу по степям не сгибаясь,
как указательный палец
(указательный палец сгибается
только курком).
Это кажется мне: Аз и Я - Азия,
Ошибаюсь,
мы кочуем навстречу себе,
узнаваясь в другом.
Son sətirlərdə Oljasın böyüklüyü var. Dərin biliyi var. Əcdadlarının müdrikliyi var. Müdrik dostum Oljasın sağlığına içək! Alqış!
8
SSRİ Yazıçılar İttifaqı Moskvanın Sütunlu zalında Muxtar Auezovun 90 illik yubileyini qeyd edirdi. Məclisi Oljas Süleymenov aparırdı. Çıxışı yeni, çox ciddi, sanballı fikirlər üzərində qurulmuşdu. Heç bir şişirtmə yox idi. İdarə Heyəti o fikirlərlə razılaşdı. İştirakçılar qazax müğənnilərin konsertinə qaldılar.
Oljas məni “Moskva” mehmanxanasına apardı. Yolda dostum dinib-danışmadı. Tədbirin necə keçdiyi barədə fikrimi də soruşmadı. Müdrik adam bunu özü də bilir. Bütün ölkənin bildiyi barədə nə demək olar?!. Tədbir barədə mən də danışmadım. Oljeken düşüncələrə dalmışdı. Dillənmirdi.
Otağa girəndə oturdu, sonra dilləndi:
-Muxtar Omarxanulı Auezov barədə bir fikrimi ifadə eləyə bilmədim. Bilirəm ki, hələ vaxtı çatmayıb, - dedi.
Yenə əlini siqaret qutusuna atdı.
-Sən restorandan yemək sifariş elə.
-Bəlkə, konyak da gətirdim?
-Yox, qırmızı çaxır gətirt. Mən duşa girirəm. Telefonun dəstəyini götürmə. Bu gün kimsəylə danışmaq istəmirəm
Həmin axşam telefon dəfələrlə zəng çaldı. Amma Oljeken dəstəyi götürmədi.
Şairin başını qatmaq üçün çoxlu suallar verdim. Suallarım ədəbiyyat və sənət haqqındaydı. Arabir qazaxların mənşəyi, öz əcdadları və şəxsi həyatı barədə söz salırdı.
İyirmi il əvvəlki o axşam Oljas Süleymenovun da, mənim də vaxtımız çox idi. Sualları bir-birinə calayırdım. Saysız-hesabsız hadisələr, çoxlu əhvalatlar danışdı. Sualları bir neçə qrupa ayırıb hərəsinə bir kitab həsr eləmək olardı. Bilmirəm, vaxtım çatmadı, həyat imkan vermədi, yoxsa qazaxlar xas başısoyuqluq, yaxud tənbəllik mane oldu. Bu gün o fürsəti buraxdığımı bağışlanmaz səhv, daha doğrusu, günah sayıram. Bağışlanmaz günahdı.
-İndisə evə get. Yaxşı oturduq. Sabah dincələcəyəm. Mənə görə narahat olma. İşə getmə, evdə yazı-pozunla məşğul ol, - o, axırda dilləndi.
-Mukan haqqında məruzəniz çox gözəl idi, Oljas Omarulı.
-Bir fikrimi ifadə eləyə bilmədim. O fikri söyləməliydim. İnsan – zəmanənin quludu... Əsl insan da qul olmamalıdı. Sosial quruluşumuz bizi köləyə çevirməyə çalışır.
Bir müddət dinməzcə oturdu, sonra yenə siqaret yandırdı.
-Ədəbiyyat tarixində müəlliflərin deyil, qələmə aldıqları əsərləri adları qalmalıdı. Həqiqət o əsərlərdədi, qardaş. “Hərb və sülh”, “Hamlet”, “Madam Bovari”, “Qara söz”, “Abayın yolu”, ... “Yüz ilin tənhalığı”, “Qoca və dəniz”...“
Evə qayıdanda Oljekenin xatırlatdığı böyük əsərlərin siyahısına əlavələr eləyirdim: “İliada”, “Mahabharata”, “Xəmsə”, “Səs-küy və hiddət”, “Böyük Getsbi”, “Gil kitab”...
Siyahı uzun idi...
Zamanın və məkanın dərinliklərində itib-batmayan, insanlar kimi yaşayan və əbədi olan, unudulmaz mütəfəkkirlərin və yazıçıların qələmə aldıqları canlı siyahı yaranmışdı...
9
SSRİ Yazıçılar İttifaqının növbəti plenumlarının biri zamanı Moskvada, Yazıçılar İttifaqının böyük restoranındakı masalardan birinin arxasında Oljas Süleymenov, Tacikistan Yazıçılar İttifaqının birinci katibi Mümin Kanoat, Qazağıstan Yazıçılar İttifaqının birinci katibi Anuar Alimjanov və mən əyləşmişdim. Plenum bir az əvvəl başa çatmışdı, nahar eləməyə gələnlər növbə gözləyirdilər. Onların arasında məşhur tacik şairi, Muxtar Auezovun dostu Mirzo Tursınzadə, Qırğızıstanın ağsaqqal yazıçısı Aalı Tokombayev, ölkədə tanınan Rəsul Həmzətov və Qaysın Quliyev də vardı. Mirzo müəllim növbəyə durmuşdu.
-Gəlin yerimizi onlara verək, - Oljas dilləndi.
Hamımız qalxdıq. Oljas başını tərpədib tacik ağsaqqalla salamladı:
-Müəllim, - dedi, - gəlin bizim masamızda əyləşin, əbəs yerə vaxt itirməyin.
Həmişə zarafat eləməyi sevən Rəsul Həmzətov dilləndi:
-Oljas, nə içdiyinizi bizə də deyərsiniz? – O, stulda oturub dilləndi.
O, süfrədəki iki şüşə konyaka işarə vururdu.
-Cavanları yetişdirmək lazımdı, - Rəsul Mirzə Tursınzadəyə baxa-baxa dilləndi. – Oljas, üçünüz də qalın.
Yerimizi ağsaqqallara verdiyimizi görən məşhur rus şairi Yevgeni Yevtuşenko qışqırdı:
-Asiya yerini ağsaqqallara verir. Ruslar yenə öz işlərindədilər. Şərqin müdrik insanları. Qədim mədəniyyət, qədim adət-ənənələr... Mənasızcasına araq içməkdənsə, bundan dərs almaq lazımdı, - o, qədəhini doldurub başına çəkdi.
Biz restorandan çıxanda Gürcüstan Yazıçılar İttifaqının birinci katibi Nodar Dumbadze də arxamızca gəldi. Yevgeni Yevtuşenko əl eləyib qışqırdı:
-Əlvida, Asiya!
Bu məqamda Nodar Dumbadze bədahətən və geri baxmadan:
-Əlvida, kirli Rusiya! – deyib restorandan çıxdı.
Restorandakılar gülüşdülər.
Həmin gün Moskvadakı yazıçılar restoranında ağlagəlməz miqdarda araq içildi.
Bu sovet yazıçılarının növbəti plenumu yox, yazıçılar üçün çoxlu araq içmə günüydü. Tarix – saxtalığı sevmir. Bu cür düşünənlər saxtakardılar. Tarixin anası - Həqiqətdi.
Cənablar, ayaq üstdə müdrik ağsaqqalların şərəfinə badə qaldıraq!
...И вышел раб
на снег в январский вечер,
и умер бог,
схватившись за живот...
Он отомстил, так отомстить не смог бы
ни дуэлянт, ни царь и ни бандит,
он отомстил по-божески:
умолк он,
умолк, и всё. А пуля та летит.
В её инерции вся злая сила,
ей мало Пушкина, она нашла...
Мишеней было много по России,
мы их не знали, но она –
нашла.
10
Oljas Sülüymenovun yanına gəlib öz dərdini söyləyən saysız-hesabsız adamlar vardı. O, hamını səbirlə dinləyib əlindən gələn köməyi göstərirdi. Cibindəki son rublunu belə bölüşürdü. İyirmi il ərzində bir çox belə hadisələrin şahidi olmuşam. Nə qədər adamın mənzil, maşın almasına, övladlarını məktəbə yerləşdirməsinə, günahsız dustaqların həbsxanadan buraxılmasına yardım göstərib.
Oljasın “yox” dediyini heç eşitməmişəm.
Gecədi. Medeo mehmanxanasının eyvanında dayanmışam. Almatıda koronavirus tüğyan eləyir. Gündə iki yüz nəfərdən artıq insan ölür. Amma Almatının restoranları ağzınacan doludu. Mən də müştərilərdən biriyəm.
Pulunuz varsa, cibinizdə saxlamayın - bu, XX əsrin əllinci illərinin məşhur şüarı idi.
Amma onda insanlar mərhəmətli, şəfqətli, xeyirxah idilər.
Qazaxlar yalana və tərifə, pula və hökmə nifrət bəsləyiblər. Həmişə belə adamlara yaxın düşməməyə çalışıblar.
İndi bunu deyə bilərikmi?
Kaş, o ötən illərə qayıtmaq mümkün olaydı!..
11
Bu gün ədəbiyyatın can çəkişən zamanıdı.
Ümidlər də üzülüb. Ümidləri də öldürdük.
Bizim gənclik çağlarımızda isə ümid diri idi. Həmin ümid sayəsində Ana Yerdə həyatı saxlaya, insanlığımızı qoruya bildik. O ümid vulkan kimi püskürürdü. O vulkan dünya cəngəlliyində yolumuzu azmamaq üçün bizə bələdçi oldu.
İndi vulkanlar sönüb. Yalan ayaq tutub yeriyir. Amma əminəm ki, o yalanlar vulkan atəşilə yanacaq.
Sevgi də öldü.
Sevgi bazara çevrilib. Qızlar əcnəbilərə ərə getmək üçün növbəyə durublar. Ya da milyonçuların qarşısında baş əyirlər. Yaxud zənginləri ələ gətirməyə can atırlar.
Sevgi aləminin möcüzə dolu sirləri keçmişdə qalıb.
Sehir duyğusu yoxa çıxıb. İndi Dəşti-Qıpçaq çölündə onu tapmaq müşkül məsələdi.
Satqınlıq adi hadisəyə çevrilib. Əvvəllər insanlar satqınlığa nifrət bəsləyirdilər. Biz belələrinə yuxarıdan-aşağı baxırdıq. İndisə satqınlar bizə yuxarıdan-aşağı baxırlar.
Alaq otları bir göz qırpımında dünyanı basıb!
Xidmətçiliyə yarayanlar bu gün alimdilər. Əsl alimlərsə, iş tapa bilmirlər.
Bəşər sivilizasiyası artıq ölümün qoxusunu duyur. Ana Yerin bütün zənginlikləri tükənir. Yer kürəsi şeytan yuvasına çevrilib.
Yunan mədəniyyəti hanı?.. Bəs Roma mədəniyyəti hara yox olub? Türk mədəniyyətinin başına nə gəlib? Bunu bilən yoxdu, hamısı itib-batıb.
Gecə-gündüz teatra bilet tapmaq, kitab almaq üçün düşündüyümüz vaxtlar harda qalıb?!.
Mədəniyyət anlayışı var. Amma qədim mədəniyyət çatışmır.
...Fas еst – «Все дозволено».
Римские полководцы посылали солдат на
варварские города, вооружив легионы
правом:
фас!
Fas – погружайте клыки:
мир для вас.
Fas – на чужую жизнь и имущество нет
запрета.
Fas – это блеск суженных злобой
глаз,
расчеловеченье это.
И вспыхнули в Риме ХХ века
скрещенные молнии фразы fasist.
Да, первый философ в черной рубашке
был – лингвист.
В наследство от предков ему достался
варварский мир (он был историк).
Он – в черной рубахе,
Он – против черных (он был истерик).
Нам –
все дозволено!
12
Oljas Sülüymenov – XX əsr qazax poeziyasının arqamakıdı.
“Gil kitab” – dünyanın ən yaxşı eposlarından biridi.
“Az və Ya”, “Müqəddəs yazıların dili” – yüzillərin Həqiqətini günümüzə çatdıran əsərlərdi.
Oljas Süleymenov – bəşər düşüncəsinin nadir hadisəsidi.
Oljas Süleymenov - mənim həyat və sənət müəllimimdi!
Oljas Süleymenov – həyata da, sənətə də, başqa şeylərə də xəyanət eləməyən qazaxdı.
Oljas Süleymenov – kimsəyə baş əyməyən qazaxdı. O, xahiş eləməyib. O, aman diləməyib. O, həqiqəti söyləyib. O, ləyaqətli ömür yaşayıb. O, sanballı, təmkinli, coşqun bir ömür yaşayıb.
Qoy onun insani və ədəbi məktəbi Dəşti-Qıpçaq çölündə əbədi yaşasın!
Türk mənəviyyatına yol salan sarsılmaz və Böyük Şairə türk dünyası naminə uzun ömür diləyirəm.
Qoy qazaxların özünəməxsus mənəvi yolu əbədi olsun!
Qoy Dəşti-Qıpçağın vulkanları qazaxların qanını coşdursun, yayılsın, şərəfini ucaltsın, əhval-ruhiyyəsini yüksəltsin!
Qoy vulkanlarımız püskürsün!
Qoy qazaxlar püskürən vulkanlarımızı görsünlər, tanısınlar, qiymətləndirsinlər!
Tənha olsan, Oljas kimi ol!
Müdrik olsan, Oljas kimi ol!
ОLLJJJAAAAASSSS!..
XXI yüzil
Çingiztau, 21-22 mar