“Demokratiya və İnsan Hüquqları Komitəsi” İB -nin Masallıda keçirtdiyi tədbir bu sahədə maarifləndirməyə həsr olunmuşdu.
Tədbir iştirakşılarına paylanmış Press-Relizdən bəlli oldu ki, “Demokratiya və İnsan Hüquqları Komitəsi” İB Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İctimai nəzarətin “İctimai iştirakçılıq” haqqında qanunu çərçivəsində həyata keçirilməsində QHT-lərin rolu adlı maarifləndirici tədbirlərinin təşkili” adlı layihə həyata keçir. Layihə 4 ay müddətində həyata keçiriləcək.
Layihənin məqsədi ictimai nəzarət məsələsinin həyata keçirilməsində “İctimai iştirakçılıq” haqqında qanunun təbliği yolu ilə vətəndaşların dövlət idarəçiliyində iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi və bu məsələdə QHT-lərin rolunun artırılmasına kömək etməkdir. Masallıda keçirilən tədbirlərdə icra hakimiyyəti və digər dövlət qurumlarının səlahiyyətli şəxsləri , bələdiyyə üzvləri, əhali qrupuləri, KİV və QHT nümayəndələri iştirak edirdi.
Tədbirin koordinatoru Nabat Qəniyeva məlumat verərək bildirdi ki, tədbirdə Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün
təminatlar yaradan “İctimai iştirakçılıq” haqqında qanunda istifadə edilən hər bir anlayışı geniş izah veriləcək, iştirakçıların çoxsayı suallarını cavablandırılacaq.. Nabat Qəniyeva daha sonra öz çıxışında vətəndaş cəmiyyəti institutları-QHT-lər, kütləvi informasiya vasitələri, həmkarlar ittifaqı, bələdiyyələr, təşəbbüs qrupları və sair qrumların İctimai iştirakçılıqda rolu, eləcə də ictimai nəzarəti həyata keçirtməyin formaları haqqında maraqlı və ətraflı məlumat verdi. Tədbir iştirakçıları həm Nabat Qəniyevanın çıxışında, həm müzakirə gedişində ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, yazılı məsləhətləşmə və sair haqında olduqca dolğun və maraqlı məlumatlar aldılar. Tədbirdə ictimai şuralar-onun yaradılma qaydası,
hüquq və vəzifələri, iclasları. Reqlamenti, aktları haqqında tədbir iştiakçıları daha çox bilgilər əldə etdilər. Müzakirələr zamanı tədbir iştirakçıları belə layihələri reallaşdıdıqları üçün təşkilatçılar dərin minnətdarlıqlarını bildirməklə yanaşı qeyd etdilər ki, regionlarda bu sahədə maarifləndirməyə daha çox ehtiyac var. Belə tədbirlərdə video görüntülərdən daha çox istifadə edilsə daha faydalı olur. Eləcə də təklif edildi ki, ictimai televiziya və digər kanallar bu sahədə ictimai iştirakçılıq haqqında ardıcıl verilişlər təşkil etsə daha çox əhali qrupu faydalanar.Sonda Nabat Qəniyeva iştirakçıların çoxsaylı suallarını cavablandırdı və onlara müzakirə olunan mövzu ilə bağlı paylama materialları təqdim etdi
İştirakçıların Təlim nəticələrinin dinləyici (təlim iştirakçısı) tərəfindən fərdi qiymətləndirilməsinə dair Anket sorğusunu doldurmaları ilə tədbirə yekun verildi.
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə hazırlanmışdır.