Əməyin mühafizəsi standartlarının tətbiqi baha başa gəlir, lakin işəgötürənlər pul xərcləmək istəmir
Azərbaycanda işçilərin əlil olması və ya ölməsi ilə nəticələnən istehsalat qəzaları nadir hallar sayıla bilməz. Belə ki, bugünlərdə Abşeronda boya istehsal edən bir fabrikin işçisi iş zamanı üstünə aşan torpaq kütləsinin altında qalaraq həlak oldu. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmişin ölümünə səbəb olan səhlənkarlıq və ya digər ağır nəticələr) maddəsi ilə cinayət işi başlanıb.
Ancaq bu cür faciəli halların mümkün qədər az olması üçün günahkarları qanunun ən yüksək səviyyəsində cəzalandırmaqla yanaşı, qabaqlayıcı tədbirlər də görmək lazımdır. Yəni söhbət müəssisələrdə əmək təhlükəsizliyinə riayət olunmasına nəzarət etməkdən gedir.
Bu standart dövlət fonduna daxil edilir və istehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün tədbirlər sistemini nəzərdə tutur. Standart təhlükəsiz və sağlam iş yerlərinin yaradılması və mühafizə tədbirlərin qəbulu yolu ilə sağlamlıq və təhlükəsizlik risklərinin idarə olunmasına kömək etmək məqsədi daşıyır.
Yeganə sual budur ki, praktikada yeni standart işləyəcək, yoxsa lazımsız bir kağız parçasına çevriləcək?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədovun dediyinə görə, Sovet dövründə sənaye standartları mövcud idi və onlar əraziyə görə fərqlənirdi: “Bundan əlavə, universal standartlar - əməyin qorunması üçün ümumi qaydalar var idi. Azərbaycan Əmək Məcəlləsi və digər müvafiq normativ aktlar bütün bu məqamları tənzimləyir, lakin tam olaraq deyil. Bundan əlavə, ölkədə ayrıca bir təhlükəsizlik texnikası qanunu var”.
“Yeni standarta gəldikdə, müqayisə etmək üçün hələ oxumamışam. Standartlar hazırlanarkən, beynəlxalq əmək təşkilatının tövsiyələri də daxil olmaqla çoxsaylı məqamlar nəzərə alınmalıdır”, - deyə ekspert bildirib.
“Müvafiq mexanizmləri inkişaf etdirməliyik. Məsələn, tikinti sənayesini götürək. Niyə bu qədər qanun pozuntusu var? Çünki standartların tətbiqi yüksək xərclər tələb edir və işəgötürənlər isə buna pul xərcləmək istəmirlər”, - deyə Məmmədov vurğulayıb.
“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da şərhində Sovet dövründən missal gətirib: “Texniki müfəttişlər tərəfindən onların tətbiqinə ciddi nəzarət olduğundan, SSRİ-də bu sahədə mövcud olan standartlar özlərini doğruldurdu. Sahələrdə təhlükəsizlik mühəndisləri var idi, amma indi varsa belə, çox vaxt nominaldır”.
“Əmək müfəttişliyi tərəfindən daimi nəzarət, obyekt rəhbərliyinin məsuliyyəti və onların tabeliyində olanlar arasında əməyin mühafizəsi sahəsindəki savadlılıq lazımi səviyyədə olmayana qədər heç nə dəyişməyəcək. Bundan əlavə, bu sahədəki qanun pozuntularına görə məsuliyyəti gücləndirmək lazımdır. Ciddi fövqəladə hadisə baş verəndə nəzarət gücləndirilir, ancaq bu, müvəqqəti xarakter daşıyır. Və sonra hər şey yenidən öz axarınca getməyə başlayır”, - deyə İsmayılov əlavə edib.
ayna.az

Azərbaycanda yeni iş standartı AZS ISO 45001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” hazırlanıb. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. Standart beynəlxalq standartlar əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən hazırlanıbr.
Bu standart dövlət fonduna daxil edilir və istehsalatda bədbəxt hadisələrin qarşısını almaq üçün tədbirlər sistemini nəzərdə tutur. Standart təhlükəsiz və sağlam iş yerlərinin yaradılması və mühafizə tədbirlərin qəbulu yolu ilə sağlamlıq və təhlükəsizlik risklərinin idarə olunmasına kömək etmək məqsədi daşıyır.
Yeganə sual budur ki, praktikada yeni standart işləyəcək, yoxsa lazımsız bir kağız parçasına çevriləcək?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) rəhbəri Sahib Məmmədovun dediyinə görə, Sovet dövründə sənaye standartları mövcud idi və onlar əraziyə görə fərqlənirdi: “Bundan əlavə, universal standartlar - əməyin qorunması üçün ümumi qaydalar var idi. Azərbaycan Əmək Məcəlləsi və digər müvafiq normativ aktlar bütün bu məqamları tənzimləyir, lakin tam olaraq deyil. Bundan əlavə, ölkədə ayrıca bir təhlükəsizlik texnikası qanunu var”.
“Yeni standarta gəldikdə, müqayisə etmək üçün hələ oxumamışam. Standartlar hazırlanarkən, beynəlxalq əmək təşkilatının tövsiyələri də daxil olmaqla çoxsaylı məqamlar nəzərə alınmalıdır”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, bəzi şirkətlərin öz standartları var: “Məsələn, SOCAR. İşə götürdükləri zaman işçiyə onlar haqqında təlimat verirlər. İşə başladıqları zaman isə cari təlimatlar da verilir. Ancaq əksər yerli müəssisələrdə dəfələrlə müzakirə edilsə də, standartlara əməl olunmur”.
“Müvafiq mexanizmləri inkişaf etdirməliyik. Məsələn, tikinti sənayesini götürək. Niyə bu qədər qanun pozuntusu var? Çünki standartların tətbiqi yüksək xərclər tələb edir və işəgötürənlər isə buna pul xərcləmək istəmirlər”, - deyə Məmmədov vurğulayıb.
“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da şərhində Sovet dövründən missal gətirib: “Texniki müfəttişlər tərəfindən onların tətbiqinə ciddi nəzarət olduğundan, SSRİ-də bu sahədə mövcud olan standartlar özlərini doğruldurdu. Sahələrdə təhlükəsizlik mühəndisləri var idi, amma indi varsa belə, çox vaxt nominaldır”.
Həmsöhbətimiz hesab edir ki, yeni avadanlıqların, yeni texnologiyaların, yeni şərtlərin meydana çıxması nəzərə alınaraq, yeni əmək təhlükəsizliyi standartlarına ehtiyac var: “Ancaq çox az adam köhnə standartlara riayət edirsə, sizcə, hamı qəfildən yeni standartlara riayət etməyə başlayacaq? Əlbəttə, yox! Ölkədə hər il təxminən 90 istehsalat qəzası baş verir, ancaq ictimaiyyət bunlardan yalnız bəziləri barədə məlumat alır”.