"Düşünürəm ki, bundan sonra toylarımız açıq havada təşkil olunmalıdır. Bu bizim qədim toy adət-ənənəmizdir. Bunun üçün dövlət tərəfindən icazə verilməlidir".
Cenub.az xəbər verir ki, bunu sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq bununla insanların israfçılıqdan da xilas ola biləcəyini bildirib:
"Lakin toyda məclis olmasın. İndi sanki toy vaxtı camaatı yığıb onlara yemək satırsan. Bir adam 100 manat dəyərində yemək yeyə bilməz.
Bu adamlardan səndən beş dəfə çox pul alırlar. Bu şəkildə səni növbəti gün başqası toyuna çağırır. İndi əhalinin bir qrupunun vəziyyəti hədsiz çətinləşib. Adamların imkanı yoxdur əvvəlki kimi toya getsin. Toylarda məclis təşkil olunmasını ləğv etmək lazımdır. Burda əsas məqsəd iki adamın təntənəli şəkildə ailə qurmasıdır və bunu da təşkil etmək lazımdır. Əvvəllər bu cür açıq toylar olanda insanlar əsasən rəqs edirdilər. İndi də o toylarımızda rəqs meydançasını təşkil etmək lazımdır. Bir sözlə, biz son 50 ilin toy modelindən qaçmalıyıq. Əsas məsələ insanların ailə qurmasıdır. Yəni vəziyyətdən çıxış yolu budur".
Sosioloq bildirib ki, insanların illərdir şadlıq saraylarının dediyi kimi toy edib aldanırlar:
"Virusun nə vaxt bitəcəyi məlum deyil, bu hələ davam edəcək. Hətta peyvənd olunan adamlara da deyirlər ki, özünüzü qoruyun. Ona görə biz hökmən açıq havada yeni toy modelinə keçməliyik. Dədə-babamızdan gələn adəti biz nəyə üçün maddi maraqlara görə dəyişməliyik və hay-yaray salmalıyıq ki, bizi toy etməyə niyə qoymursunuz? Artıq o dəbdəbəli toylar olmayacaq. Həmin dəbdəbəli toylardan şadlıq sarayları mafiyası çox pul qazanırdı. Adamın birinin yeri 70-100 manat idi. 80-ci illərə qədər toylara gedəndə bir toya 10-15 manat pul yazdırırdıq. Həmin dövrdən sonra Bakıda sürətlə şadlıq sarayları şəbəkəsi əmələ gəldi. Biz artıq xarici ölkələrdə də görürük ki, toyların çoxunu açıq havada, hovuz qırağında edirlər. Təbii ki, bu cür sadə toylar şadlıq saraylarına sərf etməyəcək. Amma onlar da başa düşməlidir ki, vəziyyət əvvəlki kimi deyil.
Ona görə yeni toy modelini təcili şəkildə həyata keçirmək lazımdır. Müvafiq qurumlar bu istiqamətdə iş görməlidirlər".Moderator.az