ABŞ-Rusiya münasibətlərindəki gərginlik artan xətt üzrə davam edir. Vaşinqton Moskva ətrafında qurduğu çəmbəri daraltmaqda israrlıdır. Bununla belə, Rusiyanı tam taqətdən salmaq siyasəti var gücü ilə işləməkdə çətinlik çəkir. Superdövlətin müttəfiqləri ilə bu mövzuda yaşadığı problemlər onun nəzərdə tutduğu sanksiya və təzyiqlərin tam gücü ilə işləməsinə mane olur. Almaniya “Şimal axını-2” layihəsi üzrə boru çəkilişlərinin dayandırılmasına razı olmur. Türkiyə Baydenin seçdiyi sərt ritorikanı bəyənmir. Baxmayaraq ki, Ərdoğan özü də zaman-zaman belə üslubdan istifadə edir. Başqa tərəfdən isə NATO ölkələri xarici işlər nazirlərinin toplantısında qəbul edilən bəyanat ölkələrin ayrı-ayrılıqda yürütdüyü siyasətlə xeyli ziddiyyətdə görünür.
Almaniya niyə israr edir?
ABŞ dövlət katibi Blinken açıq şəkildə dedi ki, almaniyalı həmkarı ilə görüşdə ona “Şimal axını-2” layihəsi üzrə işin davam etdirilməsinin doğura biləcəyi fəsadlardan və mümkün sanksiyalardan danışacaq. Artıq NATO ölkələrinin XİN rəhbərləri sammiti başa çatdı və aydındır ki, Almaniya ilə ABŞ təmsilçisi bu problemi özəl olaraq müzakirə edib. Məsələ burasındadır ki, Almaniya hansı səbəbdən bu projenin dayanmamasında israrlıdır? Burada bir sıra məqamlar var ki, Almaniya məhz özü vaxtında onların aradan qalxmasını istəyirdi. Məsələn, Rusiyadan Ukraynaya olan qaz təzyiqi, AB-nin enerji məsələsində Rusiyadan asılı vəziyyətə düşməsi. Ancaq indi Berlin əvvəl dediklərinin tam əksinə hərəkət etməkdədir. Görünür, Tramp administrasiyasının qlobal siyasətdən çəkilməsi ilə Rusiyanın qarşısında özünü təklənmiş hiss edən Almaniyada düşünürlər ki, artıq Vaşinqtonun verdiyi vədləri dövlətin deyil, hökumətlərin vədi kimi qiymətləndirmək lazımdır və buna görə də belə vədlərə əsaslanıb, uzunmüddətli strategiyalar, dostluqlar və müttəfiqliklər qurmaq düz olmazdı. Buna görə də Almaniyanı sözün həqiqi mənasında daha uzunmüddətli və qalıcı nəticələrin olacağına inandırmaq vacibdir.
Türkiyənin konkret istəkləri var
Türkiyə Rusiya ilə münasibətlərini Vaşinqtonun və ya Bürüsselin istəkləri ilə tez-tez dəyişməyin doğru olmadığını düşünür. Bu düşüncəsində haqlıdırmı? İlk baxışdan bəli. Çünki Türkiyə Sovet İttifaqı dövründən Moskva ilə bütün münasibətlərini Qərbin “dor ağacı”na uyğun qurub. Nəticədə bir neçə dəfə Türkiyə bölgə ilə bağlı siyasi qərarlar alınarkən kənarda qalıb. Buna görə də Ankara indi Moskva ilə ikili münasibətlərə üstünlük verir. Dostluq münasibətlərini də, hərbi ziddiyyətləri də özü planlayır. Ancaq bu yanaşma uzunmüddətli strategiya üçün fayda verə bilərmi? Bunu artıq Ankarada da başa düşürlər ki, belə siyasi kurs təhlükəlidir. Ancaq Türkiyə istər F-35 məsələsində, istər “Patriot” sistemlərinin alınması məsələsində ABŞ-la razılıq əldə etmək istəyir. Yəni mövqe dəyişdirəcəksə, bunun üçün ciddi müdafiə mexanizmləri tələb edir. Bu məsələdə haqlıdırmı? Yenə də bəli. Çünki hazırda Rusiya ilə bütün qarşıdurmaların ön cəbhəsi və açıq hədəfi Türkiyədir. Vaşinqton əgər Türkiyədən bir mövqe dəyişikliyi istəyirsə, bunun müqabilində lazım olanları da əldə etməsi üçün Ankaraya yaşıl işıq yandırmalıdır.
NATO sammiti – bir mesaj
NATO ölkələrinin XİN başçılarının sammitində verilən bəyanat isə açıq-aşkar Rusiyaya birgə meydan oxumaq idi. Bu ittifaqın genişlənməsi və təhlükəsizliyi üçün yeganə təhdidin Rusiya olduğunu elan etmək idi. Beləliklə, Moskva daha nə qədər duruş gətirəcək? Hər halda, Vaşinqton tərəddüd edənlərlə daha yaxşı işləyir, nəinki Moskva. İkincinin bu siyasət üçün hər hansı cəlbedici resursları da görünmür. Qazdan başqa. Görünür, onun da alternativi tapılmaqdadır…
pressklub